Gündəm

İHB-nın müavini tərəfindən vətəndaşa qarşı psixoloji təzyiqlər-Video
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 

Bu gün dünyanı cənginə alan Covid -19 pandemiyası demək olar ki,bir çox dövlətləri iflic vəziyyətinə salıb. Məcburiyyət qarşısında qalan dövlətlər qarantin rejimini tətbiq etməklə,maksimum dərəcədə bu bəladan az zərərlə ötüşməyə çalışırlar. Amma təəssüf hissi ilə qeyd etmək istərdik ki,bəzi dövlətlər ehtiyyat tədbirlərini vaxtında aparmadıqları üçün,xeyli sayda can itgisi verməklə,böyük iqtisadi böhranla üz-üzə qalıblar.

 Bütün bunlara baxmayaraq,ölkə Prezidenti cənab İlham Əliyevin müdrik siyasəti nəticəsində dövlət qurumlarına vaxtında göstəriş və tapşırıqlarını verməklə,xalqı bu "virus" bəlasından uzaq tutmağa nail olmuşdur. Beləliklə də demək olar ki,ən az ziyana uğrayan dövlətlər sırasında,məhz bizim də dövlət öz xüsusi yerin almışdır.

 Tapşırığa əsasən nazirlər kabineti yanında operativ qərərgahın yaradılması və qərərgah tərəfindən bir neçə qanuni qərarlar hazırlanaraq,önləyici tədbirlər həyata keçirilmişdir. İlk növbədə ölkədə qarantin rejiminin tətbiq olunması nəticəsində ,"virus"un yayılmasının qarşısı alınmışdır. Bütün bunlara baxmayaraq,Covid -19 pandemiyasına qarşı mübarizə,hələdə davam etdirilməkdədir.

 Tədbir məqsədi ilə qarantin rejiminin tətbiq olunması,bir çox aztəminatlı ailələrin yaşayışında müxtəlif çətinliklər yaratmışdır. Əlbətdə ki,dövlət bu istiqamətdə də lazımi göstərişləri vermişdir. Amma əfsuslar olsun ki,bir sıra acgöz və məsuliyyətsiz məmurların ucbatından,böyük sayda aztəminatlı ailələrin etiraz dalğası yüksəlməkdədir. Bir neçə gün öncə "Mumtv.az” informasiya agentliyinin redaksiyasına Samux rayon Qarayeri kənd sakini İmanova Rahilə Rafael qızı tərəfindən müraciət daxil olmuşdur.

 

Belə ki,vətəndaşın bildirdiyinə görə bir neçə ildir ki,evinə bitişik olan işıq dirəyinin ailə üçün təhlükəli olması barədə rayonda bütün aidiatı orqanlara məlumat verib. Gecə-gündüz qorxu və həyacan içində olan R.İmanova,elektirik naqilinin qırılaraq ailə üzvülərinə zərər verməsindən hər zaman ehtiyat etmişdir. Hətta onun sözlərinə görə bu haqda rayon İcra başçısı Alı Qocayevə də şəxsən məlumat veribmiş. Hər dəfə yalan vədlərlə aldanılan sakin son ümidini mətbuatda axtarıb.Hələ bu azmış kimi,dövlət tərəfindən aztəminatlı ailələr üçün verilən ərzaq yardımından da bu ailəni məhrum etmişlər.

 Bir parça quru çörəyə möhtac olan ailə,çətin durumda olduqları barədə, rayon icra nümayəndəsi Məftun müəllimə məlumat veriblər. İcra nümayəndəsi Məftun müəllim isə hər səfərində bildirib ki,qeydə almışıq, vaxtı çatanda veriləcək. Əlbətdə ki,əli rüşvətə öyrənmiş Məftun "bəy”in qəlbi o qədər qəsavətlənib ki,vətəndaşın acınacaqlı vəziyyətdə olmasını belə düşünmür. R.İmanova bildirir ki,illər öncə kənd icra nümayəndəsi bizə bildirdi ki,millət vəkili Qənirə Paşayeva rayona gələcək. İmkansız ailələrdən kimin kəbni yoxdursa onlara iki yüz (200) manat pul veriləcək. Rüşvətə meyilli icra nümayəndəsi Məftun müəllim,öncədən ailə ilə şərt kəsir ki,sizin adınızı o siyahiyə sala bilərəm. Amma gərək yüz (100) manatın mənə verəsiniz.

 

Bir parça çörəyə möhtac olan ailə,şərti qəbul etməyə məcbur olurlar. Bu haqda videorolikdə daha ətraflı məlumatı izləyə biləcəksiniz. Keçid alaq idarə etməni itirən rayon İcra başçısı Alı Qocayevə. Bu şəxs barədə sosial mediada yetərincə mənfi xarakterli məlumatlar dərc olunmuşdur. Onlardan müsbətə doğru bir nəticə çıxarmayan başçı,bir qayda olaraq şəxsi biznesi uğrunda gecə-gündüz fəaliyyət göstərir. Məgər bu belə olmalıdır?

 Xalqın sağlam qalması və gözəl yaşamaları uğrunda var gücü ilə çalışan ölkə başçısı cənab İlham Əliyev hər zaman öz uğurlu addımları ilə bütün məmurlara nümunə olaraq bir mesaj verir. Təəssüf olsun ki,Samux rayon İcra başçısı hörmətli Alı Qocayev və digər məmurlar bu cür addımlardan nəticə çıxarmaq əvəzinə,daha da öz şəxsi maraqları naminə mübarizə aparırlar. Harınlamış məmurlar,bu cür atdıqları yalnış addımların əvvəl-axır cəzasını çəkəcəklər. Hesab edirik ki,bu haqda daha çox danışmağa gərək yoxdur. Çünki aşağıda təqdim etdiyimiz video roliklərdə açıq-aydın bütün məlumatları təfərrüatlı olaraq,diqqətinizə çatdıracağıq.

 

P.S. Rayon sakini R.İmanovanın müraciəti ilə əlaqədar rayon icra hakimiyyətinin birinci müavini Tahir Qarayev ilə telefon əlaqəsi saxladıq. Vətəndaşın problemləri haqda bütün məlumatları hörmətli T.Qarayevin diqqətinə çatdırdıq. Nəticədə isə İHB-nın birinci müavini T.Qarayev bizim əlaqə nömrəmizi götürərək,bizə bildirdi ki,vətəndaşa lazımi köməkliklər olunacaq. Təəssüflər olsun ki,üzərindən bir neçə gün keçməsinə baxmayaraq, vətəndaşa heç bir köməklik olunmamışdır. Əlbətdə ki,bu nəticəni gördükdən sonra,video çarxı yayımlamalı olduq.

 Əfsuslar olsun ki,video yayımlandıqdan sonra "Padşah yardımçısı” T.Qarayev,ailənin yaxın adamlarından biri ilə R.İmanovanın özünə və həyat yoldaşına psixoloji təzyiqlər göstəriblər. Sadə vətəndaşlar,öz hüquqlarını tələb etdikləri üçün,yerli məmurların qəzəbinə məruz qalıblar. İllərdir rayonda "fironluq” edən icra məmurları sonlarının çatdıqlarını hiss etdikləri üçün,artıq nə etdiklərinin belə fərqinə varmırlar. Bu hələ son deyil,gələn buraxlışlarımızda diqqətinizə daha maraqlı məlumatları çatdıracağıq.

Bizi izləyin..!!

"Mumtv.az" 



 

Son xəbərlər

Ermənistan və Azərbaycan sərhədçiləri qarşılıqlı əlaqə ilə sərhədi mühafizə edəcək - Paşinyan

Bu marşrut xətti “BakuBus”a verildi

Talıstan kəndinin yenilənən qaz xətləri

Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir

İçərişəhərdə restorandan oğurluq edən şəxs həbs edildi

Azərbaycanda bu şəxslər gəlir vergisindən azad edilir

Cavanşir Məmmədov dünyasını dəyişdi

Əməkdar artist 49 yaşında dünyasını dəyişdi

Məktəb direktoru icra başçısına müavin təyin olundu

Bu universitet publik hüquqi şəxsə çevrildi - Baş nazirdən qərar

"Qarabağ" "Qəbələ"yə, "Zirə" "Neftçi"yə qarşı

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış edib

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Bütün xəbərlər