Gündəm

Meriyadan milyonlar talayan məmur
 
 
 
 
 

Məlumdur ki, Eldar Əzizov meriyaya gələndən sonra Bakı Şəhər İcra Hakimiyyətində Hacıbala Abutalıbov dövründə baş vermiş qanunsuzluqlar xüsusi komissiya tərəfindən araşdırılıb və adı korrupsiyada hallanan xeyli kadr işdən çıxarılıb. Bunlardan biri də Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədr müavini olmuş Vidadi Əliyevdir.
Aktualxeber.az-a daxil olan məlumatda vurğulanır ki, V.Əliyev sabiq paytaxt merinin ən yaxın adamlarından biri olub. Mənbəmiz bildirir ki, o qədər də böyük vəzifəsi olmayan Vidadi Əliyev sabiq merin köməkliyi ilə bir çox "yağlı” idarələrə öz yaxın ətrafını yerləşdirə bilibmiş. Belə idarələrdən biri Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsidir (ona "Parkomat idarəsi” də deyirdilər). Bu idarənin müdiri Vidadi Əliyevin oğlu Coşqun Əliyev imiş. Bundan əvvəl isə həmin idarənin rəisi V.Əliyevin "sağ əli” sayılan Təyyar Abdullayev adlı şəxs olub. Vidadi Əliyevin oğlu həmin idarəyə rəis təyin olunandan sonra isə Təyyar Abdullayev Bakı şəhər İH-nin İşıqlandırma İdarəsinin rəisi vəzifəsinə keçirilibmiş. Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin "Kommunal Xidmətlər Müəssisəsi” MMC-nin rəhbəri İlqar Hüseynov isə Vidadi Əliyevin doğma xalası oğluymuş.
Rəsmi əməkhaqqı min manatdan yuxarı olmayan Vidadi Əliyev bu gün paytaxtda və müxtəlif rayonlarda yerləşən onlarla bahalı obyekt və daşınmaz əmlaklara sahibdir. Onun varidatının ümumi dəyəri təxmini bazar qiymətləri ilə hesablansa on milyonlarla dollar məbləğində dəyərləndirilir. Aktualxeber.az-a danışan mənbəmiz bildirir ki, daşınmaz əmlakdan əlavə, Vidadi Əliyevin ortaq biznes şəbəkəsinə yanacaqdoldurma məntəqələri də daxildir (məlumata görə, "Sədərək” Ticarət Mərkəzinə gedən yolun üstündəki "Lukoil” yanacaqdoldurma məntəqəsi də ona məxsusdur). Bundan başqa "qəhrəman”ımızın Bərdə şəhərində və İsmayıllı rayonunda onlarla obyekti, yanacaqdoldurma məntəqələri və mal-qara təsərrüfatları, torpaq sahələri mövcuddur. Həmçinin, Vidadi Əliyevin biznes şəbəkəsinin ən gəlirli sahələrindən biri də Bakının Zirə kəndindəki nəhəng istixanadır. V.Əliyev istixana biznesindən yaxşı gəlir əldə etdiyi üçün bu sahəni daha da genişləndirmək "eşq”inə düşüb. Bunun üçün də Bərdə rayonunda aldığı hektarlarla torpaq sahəsində daha böyük və qiyməti milyonlarla manat dəyərində olan, xarici avadanlıqla təchiz olunmuş müasir tipli istixanalar inşa etdirib. Son olaraq bir faktı da xatırladaq ki, bu qədər var-dövlətin və vəzifələrin sahibi olanVidadi Qəşəm oğlu Əliyev 2003-cü ildə qəsdən adam öldürməyə görə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilibmiş və bunu onu vəzifəyə təyin edənlər də bilirmiş. Ümidvarıq ki, bu yazımızdan sonra əlaqədar orqanlar lazımi ölçü götürəcək və yeni təyin olunacaq Baş Prokurorumuz Vidadi Əliyevin taladığı milyonları dövlət büdcəsinə qaytaracaqdır.

Qarşı tərəfi də dinləməyə hazırıq.

Son xəbərlər

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Bütün xəbərlər