Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) xüsusi təyinatlı dəstələri Biləsuvar rayonunun İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirir.
Mumtv.az qafqazinfo-ya istinadən xəbər verir ki, İcra Hakimiyyətinin binasına giriş qadağan edilib.
Artıq icra başçısı və bir neçə müavini saxlanılaraq Bakıya gətirilib.
Qeyd edək ki, Mahir Quliyev 2011-ci ildə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.