Gündəm

Salyanda məmurların əlindən intihara cəhd edən şəxsin son aqibəti-Video











 

Ağır vərəm xəstəsi olan Salyan rayon sakini Coşqun Eyvaz oğlu Nuriyevi intihara sövq edən məmurlar, Salyan rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov və Salyan rayon polis şöbəsinin rəisi Cəbrayıl Vəliyev!?

Belə ki,Dogruxeber.az informasiya agentliyinə daxil olan video materialda Salyan rayon sakini, Nuriyev Coşqun Eyvaz oğlunun yüksək gərginlikli elektrik dirəyinə çıxaraq intihara cəhd etmişdir. Vətəndaşın bu həddə çatdırılmasının səbəbi isə,şəxsin bildirdiyinə görə Salyan rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov və Salyan rayon polis şöbəsinin rəisi Cəbrayıl Vəliyevdir.

Vərəm xəstəsi olan Coşqun Nuriyev, heç bir yerdə işləmədiyini və işsizliyi ilə bağlı Rayon icra hakimiyyətinə dəfələrlə müraciət etməsinə baxmayaraq, heç bir işlə təmin olunmamasını, bununla yanaşı dövlətdən heç bir müavinət ala bilməməsini və dövlət qayğısından kənarda qalmasını, bunun da nəticəsində özünün və ailəsinin maddiyyat tərəfdən ağır durumda olduğunu bildirmişdir...
Hələ bütün bunlar azmış kimi, yaşadığı ünvanda suyun və mavi qazın olmamasından şikayətlənən Coşqun Nuriyev öz haqqının tələbinə bir neçə dəfə qalxdığına görə onu, qanunsuz olaraq ruhi əsəb dispanserinə saldıran Salyan rayon polis şöbəsinin rəisi Cəbrayıl Vəliyevin olduğunu qeyd edib....

Əziz oxucular!

Diqqətinizə çatdıraq ki,Nuriyev Coşğunun anası Nuriyeva Təranə Əlövsət qızı,redaksiyamızla telefon əlaqəsi saxlayaraq bildirib ki,həmin gün oğlu C.Nuriyevi hündürlükdən aşağı endirərək Polis şöbəsinə aparıblar. Həmişə olduğu qayda ilə şöbədə anasının icazəsi olmadan,C.Nuriyevin dayısına ərizə yazdıraraq 1 saylı Respublika Psixiatriya xəstəxanasına yerləşdiriblər. T.Nuriyeva bildirir ki,”övladım hər zaman qanuni haqqlarını tələb etdiyi vaxt Salyan Polis şobəsinin rəisi C.Vəliyevin və rayon icra başçısı S.Hətəmovun göstərişinə əsasən onu ruhi əsəb xəstəxanasına yerləşdirirlər” Təbii ki,bu qeyd olunan hadisələr barədə redaksiyamız bir neçə dəfə məsələni araşdırıb gündəmə gətirmişdir. Bu gün isə redaksiyamız,iki gün öncə 1 saylı Respublika Psixiatriya xəstəxanasına yerləşdirilən C.Nuriyevlə bağlı xətəxananın baş həkiminin müavini Sevinc xanımla telefon əlaqəsi saxladıq.

Xəstəxananin baş həkiminin müavini Sevinc xanım ilk öncə C.Nuriyevin daxil olmasından xəbərsiz olduğunu desə də,sonradan dediklərinin tam əksini bildirdi. Verdiyimiz suallardan yayınmağa çalışsa da nəticədə C.Nuriyevin həmişəki qayda olaraq qanunun tələblərinə uyğun olmayan qayda ilə xəstəxanaya qəbul edildiyi müəyyən olundu. Sonradan müavin xanım bizə bildirdi ki,bir saat ərzində məsələni araşdırıb yekun məlumatı verərəm. Beləliklə də deyilən vaxtdan 15 dəqiqə keçmədi ki,C.Nuriyevin anası bizə zəng vurub bildirdi ki,”məsələyə sizin qarışdığınızı bildikləri üçün səflərini başa düşüb oğlum Coşğunu sərbəst buraxdılar.”

P.S. Düşünürük ki,bir çox dövlət müəssəsi var ki,insanların keçirdiyi stres və gərginliyi nəzərə almadan vətəndaşların haqq və hüquqların kobud şəkildə pozurlar. Bu isə ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasətə müəyyən dərəcədə xələl gətirir. Salyanda daha nələr baş verdiyi haqda növbəti buraxlışlarımızda diqqətinizə çatdıracağıq. Bu hələ son deyil..!!
Dogruxeber.az


Son xəbərlər

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Gürcüstan Prezidenti bu qanuna veto qoyacağını AÇIQLADI

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Şahmar Mövsümov yeni sədri kollektivə təqdim etdi

Daha bir sabiq deputat vəfat etdi (FOTO)

Şimal Tacı bürcündə yeni ulduz alışması gözlənilir

Çovdarovun 30 milyonluq əmlakı əlindən çıxdı - Son qərar

Hikmət Hacıyev sülhməramlıların Qarabağdan çıxarılmasını belə ŞƏRH ETDİ

İş adamı Manaf Ağayevə ev bağışlayıb?

Jurnalist Cəmil Məmmədliyə hökm oxundu

Sülhməramlılar Qarabağdan çıxarılır - VİDEO

Prezident Kayrat Sarıbayı qəbul etdi

Paşinyan yenidən Qazaxla sərhədə getdi

Alimlər Yerin yaxınlığında nəhəng qara dəlik kəşf etdi

Əfv sərəncamı kimlərə şamil olunacaq? - VİDEO

Dövlət Ehtiyatları Agentliyi sığortaçı seçir

Manikür lampaları kor olmağınıza səbəb ola bilər

Zurabişvili Makron və Mişeldən kömək İSTƏDİ

Hadı Rəcəbli vəfat etdi

Aqrar Sığorta Fondu 677 min manat qanunsuz köçürmə edib

Daha bir "TikTok"er saxlanıldı

Milli Məclisin növbəti iclasının gündəliyi

Bütün xəbərlər