Gündəm

"Beynəxalq təhlükəsizlik sistemində ciddi böhran yeni müharibə ocaqlarının yaranmasına, sülh və əməkdaşlığın deqredasiyasına gətirib. Əsasən ABŞ - Rusiya, ABŞ -İran və Rusiya-NATO və Rusiya-Ukrayna arasında yaşanan böhranlar sülh imkanarını tükədib, Moskvanın çox qütblü dünya iddiası daha da yeni şəkil alaraq regionunumuzun təhlükəsizliyinin təhdidinə səbəb olub”. Mumtv  xəbər verir ki, bu fikirlər Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri Məhəmməd Əsədullazadəyə məxsusdur.

"Moskvanın bu siyasəti regional və beynəlxalq əməkdaşlığa zərbədir”

Əsədullazadə bildirib ki, NATO -nun Avropada keçirməsi nəzərdə tutduğu "Avropanın müdafiəsi-2020” taktiki hərbi təlimləri Şərqi Avropa və Cənubi Qafqazı əhatə etməklə Rusiya ilə açıq maraq toqquşması müstəvisində irəlləyir: "Artıq Rusiya Ukraynanın münaqişə zonasında Donbasda separatçılara dəstək verməklə Minsk razılaşmasını pozaraq hücuma keçib. Bir tərəfdən Türkiyə ilə əldə olunan İdlib məsələsini əhatə edən Soçi razılaşmasını pozur, Liviyada Haftara dəstək verməklə orada atəşkəs müqaviləsini heçə sayır. Göründüyü kimi, Rusiya şimali Afrika, Yaxın Şərq və Şərqi Avropada əldə olunan razılaşmalara əməl etməyərək öz maraqlarını diktə etmək siyasətini yeridir. Moskvanın bu siyasəti regional və beynəlxalq əməkdaşlığa zərbədir və bunun qarşısını almaq üçün ABŞ və NATO -nun səyləri hələ ki, effektli deyil”.

Əsədullazadənin fikrincə, Rusiya çalışır ki, özünün idarə etdiyi bir siyasi-hərbi nizam formalaşdırsın və ABŞ bununla hesablaşsın: "Amma post -Putin dönəmi yaxınlaşır, Moskvanın siyasi perferiyasını formalaşdırması uğurla başa çatmayacaq”.

"Ermənistanın işğalına son verilməli və regionda əməkdaşlıq sülh yaranmalıdır”

"Cənubi Qafqazın Qərbin təsir dairəsinə keçməsi və Xəzər regionunda Mərkəzi Asiyaya açılması bir təhlükəsizlik çəmbəri formalaşmasına gətirə bilər. İlk növbədə, burada Ermənistanın işğalına son verilməli və regionda əməkdaşlıq sülh yaranmalıdır. ABŞ və Avropanın strateji planı budur”,-deyə politoloq əlavə edib.

Regional təhlükəsizlik sisteminin kövrək olaraq qaldığını qeyd edən M. Əsədullazadə vurğulayıb ki, müharibə riskiləri qalmaqdadır: "Regionda bu münaqişələr Rusiyanın iradəsindən asılı olduğu üçün sülh imkanları yetərsiz qalmaqdadır”./Hurriyyet.org

Son xəbərlər

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Gürcüstan Prezidenti bu qanuna veto qoyacağını AÇIQLADI

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Şahmar Mövsümov yeni sədri kollektivə təqdim etdi

Daha bir sabiq deputat vəfat etdi (FOTO)

Şimal Tacı bürcündə yeni ulduz alışması gözlənilir

Çovdarovun 30 milyonluq əmlakı əlindən çıxdı - Son qərar

Hikmət Hacıyev sülhməramlıların Qarabağdan çıxarılmasını belə ŞƏRH ETDİ

İş adamı Manaf Ağayevə ev bağışlayıb?

Jurnalist Cəmil Məmmədliyə hökm oxundu

Sülhməramlılar Qarabağdan çıxarılır - VİDEO

Prezident Kayrat Sarıbayı qəbul etdi

Paşinyan yenidən Qazaxla sərhədə getdi

Alimlər Yerin yaxınlığında nəhəng qara dəlik kəşf etdi

Bütün xəbərlər