Gündəm

 

"Azərbaycanda növbədənkənar parlament seçkiləri açıq, şəffaf və demokratik keçirilib. Parlament seçkilərini 77 790 yerli, 883 beynəlxalq müşahidəçi izləyib. Beynəlxalq müşahidəçilərin əksəriyyəti eyni mövqedədirlər, onlar bildiriblər ki, Azərbaycan demokratik inkişaf yolunda növbəti addımını atıb, seçkilər demokratik şəraitdə keçirilib. Təəssüf ki, Azərbaycanda məğlub olanın qalib gələn tərəfi təbrik etməsi mədəniyyəti formalaşmayıb. Seçki prosesində məğlub olan tərəf qalibi təbrik etməlidir”.

 

Bunu Pravda.az-a açıqlamasında V çağırış Milli Məclisin deputatı Elman Nəsirov deyib.

 

E.Nəsirov xatırladıb ki, ümumilikdə, 68 seçki dairəsindən şikayətlərə baxılır: "Bu şikayətlər seçki dairələrinin 3-4 məntəqəsini əhatə edir. Dörd seçki dairəsi istisna olmaqla, digər seçki dairələrində ciddi qanun pozuntuları olmayıb. Qeyd etdiyim 4 seçki dairəsində də nəticələr ləğv edilib, çünki şikayətlər, demək olar, bütün məntəqələri əhatə etmişdi. Təəssüflər olsun ki, məğlub olanlar, səs toplaya bilməyənlər özünü qalib elan edir. Heç biri özünü real qalib gələnlə müqayisə etmir... Fikirləşirlər ki, gəncdirlərsə, qalib gəlməlidirlər. Bu, mübarizədir. Sənin axı potensialın o səviyyədə deyil ki, qalib gələsən. Seçici tanıdığı, əməllərinə şahidlik etdiyi şəxsə səs verir. Təəssüf edirəm ki, məğlub olanlar Mərkəzi Seçki Komissiyasının qarşısına toplaşırlar, razılaşdırılmamış mitinqə cəhd edirlər, yallı gedirlər. Onlar bu yolla diqqəti öz üzərlərinə çəkmək istəyirlər. Polis tam qanuni olaraq bu cür halların qarşısını alır. Seçki ilə bağlı səsləndirilən ittihamlar əsassızdır. Müraciətləri müvafiq dairə seçki komissiyasıları, Mərkəzi Seçki Komissiyası araşdırır, qərar qəbul edir. İğtişaşlar yaratmaqla vəziyyəti dəyişməyə cəhd yanlış yanaşmadır. Unutmasınlar ki, hər bir məsələyə hüquqi müstəvidə qiymət verilir”.

 

O qeyd edib ki, kim deputat seçilirsə, deyirlər, bu şəxs hökumətlə anlaşıb: "Kim deputat seçilmirsə, hesab edirlər ki, onun hüquqları pozulub. Onları məntiqi ilə desək, hüquqları pozulan deputat seçilsəydi, belə çıxır, hökumətlə sövdələşməyə gedən hesab olunacaqdı? Bu, yanlış yanaşmadır, qəbuledilməzdir. Hansısa seçki dairəsində 9 nəfər qalib gələn namizədə qarşı birləşir. Tutaq ki, onların tələbləri ilə nəticələr ləğv edildi, elə bilirsiniz, həmin 9 nəfər bir-biri ilə yola gedirlər? Əlbəttə, xeyr! Dərhal öz aralarında mübarizə başlayır. Məlum olur ki, bunların bir-birilərinə güzəştə getmək niyyətləri yoxdur. Biz bunun dəfələrlə şahidi olmuşuq. Azərbaycan demokratik dövlətdir, Prezident İlham Əliyev elə şərait yaratdı ki, iddiası olan hər kəs seçkilərə qatıla bildi, gücünü sınamaq imkanı əldə etdi. Dövlət başçısı söyləmişdi ki, seçkilərə qatılın, gücünüzü, potensialınızı ortaya qoyun, xalqın etimadını qazanın. Kim güclüdürsə, xalq arasında nüfuzu varsa, təbii ki, o seçiləcəkdi... Etiraz edənlər, yallı gedənlər narahat olmasınlar, Mərkəzi Seçki Komissiyası daxil olan bütün müraciətlərə həssaslıqla yanaşır. Hər şey ədalətlə, diqqətlə araşdırılır”.

 
 
 
 
 
 
 
 
 
 
 
 


Son xəbərlər

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Bütün xəbərlər