Gündəm

Əbülfəs Qarayev Britaniya Şurasının İncəsənət Şəbəkəsinin baş ofisində görüş keçirib

Mədəniyyət naziri Əbülfəs Qarayev Londonda Britaniya Şurasının İncəsənət Şəbəkəsinin (Arts Network) direktoru Karoline Mebay ilə görüşüb.

Mədəniyyət Nazirliyindən Mumtv -a bildirilib ki, görüşdə ötən il Britaniya Şurası ilə nazirlik arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində həyata keçirilmiş tədbirlər və gələcək planlar barədə müzakirələr aparılıb.

Ə.Qarayev bildirib ki, ötən bir il müddətində ölkədə yaradıcı sənayenin inkişaf etdirilməsi ilə bağlı bır sıra addımlar atılıb, "Kreativ Azərbaycan” portalı və loqosu təsis olunub. Loqo bu sahədə fəaliyyətlərin əlaqələndirilməsinə və vahid istiqamətdə həyata keçirilməsinə imkan verir. Nazir Britaniya Şurası ilə birgə "Creative Spark” proqramı çərçivəsində layihə həyata keçirildiyini qeyd edib. O, həmçinin ümumilikdə yaradıcı sənayelərlə məşğul olan biznes nümayəndələri və fərdlərlə bir sıra layihələrin reallaşdırıldığını bildirib.

Nazir deyib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 2020-ci il ölkədə "Könüllülər ili” elan edilib. Bununla əlaqədar yaxın zamanda Kreativ Azərbaycan Könüllülük Hərəkatının yaradılması nəzərdə tutulub. Bu sahədə biznesin inkişaf etdirilməsi, biznes modellərinin yaradılması və startapların dəstəklənməsi məqsədilə ölkədə kreativ biznes mərkəzinin açılması üçün hazırda BP və digər təşkilatlarla danışıqlar aparılır.

Karoline Mebay Britaniya Şurasının Azərbaycandakı Nümayəndəliyi ilə ölkədəki tərəfdaş dövlət qurumları və Mədəniyyət Nazirliyi arasında əməkdaşlıqdan məmnun olduqlarını qeyd edərək Britaniya Şurasının fəaliyyətinə göstərilən dəstəyə görə nazir Əbülfəs Qarayevə təşəkkürünü bildirib. O qeyd edib ki, hazırda Britaniya Şurası bir sıra ölkələrdə maraqlı layihələr həyata keçirir. Bu layihələrdən ən əhəmiyyətlisi "Crafting Futures” layihəsidir. Layihə yaradıcı bizneslə məşğul olan insanlara və təşkilatlara bu sahədə bilik və bacarıqların öyrədilməsi ilə bağlı dəstək göstərməkdən ibarətdir. K.Mebay layihə ilə əlaqədar Azərbaycana səfərin təşkil olunduğunu qeyd edib.

Ə.Qarayev Britaniya Şurasının layihələrini yüksək qiymətləndirdiyini, təkcə yaradıcı sənayelərlə bağlı deyil, həm də teatr, musiqi və digər sahələrdə Britaniya Şurasının layihələrinin Mədəniyyət Nazirliyi tərəfindən dəstəkləndiyini qeyd edib. Nazir hazırda Azərbaycanda yaradıcı sənayelərin inkişafı ilə bağlı 2020-2025-ci illər üçün İnkişaf Proqramı hazırlandığını, ilkin mərhələdə proqramın konseptual təhlilinə və onun strategiyasının hazırlanmasına Britaniya Şurasının dəstəyi ilə müvafiq xarici ekspertlərin də cəlb olunduğunu bildirib. Həmçinin vurğulayıb ki, növbəti mərhələdə də bu prosesə xarici ekspertlərin cəlb olunması nəzərdə tutulur.

Görüşün sonunda gələcək əməkdaşlıq üçün irəli sürüləcək təşəbbüs və layihələrin qarşılıqlı mübadiləsi barədə razılıq əldə olunub.

Son xəbərlər

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Prezidentlər sabah Ağdam və Füzuliyə səfər edəcəklər

Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO

Bakıda taksilərin gediş haqqı qalxdı - VİDEO

Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO

DİN: Həmin ərazi bir müddət əvvəl tam nəzarətə götürülüb

Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR

Bütün xəbərlər