Gündəm


Yenə məmür özbaşınalığı,yenə vətəndaş narazılığı bu cür hallar artıq ənənə halını alıb. Sosial mediada, bu kateqoriyada olan məlumatlar və müraciətlər saysız hesabsızdır. Bəs görəsən bu cür halların yaranmasına səbəb nədir? Hər kəsə məlumdur ki,ölkə Prezidenti cənab İ.Əliyev keçirdiyi müşavirələrin hər birində məmurlara,ilk olaraq verdiyi tapşırıq,xalqa xidmət etmək və onların dərdlərinə şərik olmaları haqda olmuşdur.

Bəs görəsən nə üçün bir çox məmurlar ölkə başçısı tərəfindən verilən göstərişlərə və tapşırıqlara laqeyid yanaşırlar?

Hətta,aşağıdakı kadırlara baxdıqda demək olar ki,Prezidentin göstərişindən açıq-aydın boyun qaçıran məmurlarda məlum olmuşdur. Bəli,bunu demək asan olmasada amma acı bir həqiqətdir. Bu gün "DogruXeber.az” informasiya agentliyinin redaksiyasına müraciət edən şəhid ailəsi,əslən Ağıstafa rayon Eynallı kənd sakini Qəribov Elsevər Ağamir oğlu maraqlı məlumatları bizə danışdı. Uzun illər,yaşayış yerinin olmamasından əziyyət çəkən şəhid ailəsi E.Qəribov təsadüfən "28 May” ərazisindən keçərkən Prezident İ.Əliyevin sadə vətəndaşlarla səyyar görüşünün şahidi olub. İlk öncə tərəddüt edən E.Qəribov yaranan fürsəti əlindən verməyərək ölkə başçısına yaxınlaşıb.

Dərdini ölkə başçısına danışan şəhid ailəsi,onun evi olmadığını və bundan 3 azyaşlı körpə uşaqla əziyyət çəkdiyini bildirib. Prezident,köməkçilərinə göstəriş verərək bidirib ki,vətəndaşın mənzil problemini dərhal aradan qaldırın və mənə məruzə edin. Qısa bir zanam ərzində E.Qəribovun telefonuna zəng gəlir və bildirilir ki,sizinlə danışan Prezident kömkçisidir. Vətəndaşdan ümumi məlumat öyrənildikdən sonra bildirilir ki,yaxın günlərə məsələniz həll olunacaq. Sevinc hissilə məzil gözləyən vətəndaşa bu dəfə gələn zəng isə Binəqədi rayon icra hakimiyyətindən olub.

E.Qəribova bildiriblər ki,sabah səhər Binəqədi rayon icra başçısı hörmətli Elxan Allahverdiyev sizi qəbul edəcək. Bu arada diqqətinizə çatdıraq ki,şəhid qardaşı E.Qəribov bir neçə ildir ki,Binəqədi rayon Biləcəri qəsəbəsi yeni yaşayış ordubadi deyilən ərazidə,3 azyaşlı körpə uşaqla köhnə dəmir vaqonda yaşayır.Təbii ki,deyilən görüş baş tutub amma məsələnin həllinə gəldikdə isə deyiən vədin üzərindən artıq üç ay keçməsinə baxmayaraq icra başçısı E.Allhvedriyev Prezidentin verdiyi tapşırığı icra etməyə tərəddüt edir. Şəhid ailəsi olan E.Qəribovun sözlərinə əsaslanaraq bildiririk ki,Binəqədi rayon icra başçısı E.Allahverdiyev bu işdən necə canını qurtarması barədə asan yollar axtarır. Hətta,vətəndaş bildirir ki,icra başçısı bir neçə dəfə özü-öz dili ilə etiraf edib ki,”mən neynəməliyəm bacarmıram bu iş mənə baha başa gəlir,edə bilməsəm uzaq başı Prezident məni işimdən azad edəcək .

Bu məsələnin bir tərəfi ən əsası isə icra başçısına aid olan şirkətin hansı ərazidə olduğu məlum olub. Belə ki,E.Qəribov iddia edir ki,Azadlıq metrosunun yaxınlığında olan böyük hündür mərtəbəli yaşayış binası,məhz Binəqədi rayon icra başçısı E.Allahverdiyevə məxsusdur. Bunun nə qədər doğru olub-olmaması barədə bir söz deyə bilmərik,amma onu deyə bilərik ki,şəhid qardaşı israrla vurğulayır ki,”necə olur ki,icra başçısının bir o qədər şirkəti ola-ola mənə bir sadə mənzili almağa imkanı yoxdur ? ” Özüdə ölkə başçısı cənab İ.Əliyevin göstərişi ola-ola. Əgər bu deyilənlər doğrudursa onda belə başa düşmək olar ki,icra başçısı E.Allahverdiyev ölkə başçısının

verdiyi göstərişlərə qeyri ciddi yanaşır. Belə olduğu təqdirdə isə buna yalnız bir ad vermək olar məmur qudurğanlığı. Bu və digər məlumatlar barəsində növbəti buraxlışlarımızda geniş məlumatları diqqətinizə çatdıracağıq.

P.S. Məsələ ilə bağlı qarşı tərəfin mövqeyin öyrənmək üçün Binəqədi rayon icra hakimiyyəti ilə telefon əlaqəsi saxladıq. Əldə etdiyimiz məlumatda bildirilir ki,”barəmizdə deyilənlər həqiqətləri əks etdirmir. Qaldı ki,vətəndaşın evlə bağlı olan probleminə o barədə rayon icra hakimiyyətində məsələnin həll olunması istiqamətində işlər aparılır.”

P.S.S. Bu arada məşhur bir atalar sözünü qeyd etmək məncə yerinə düşərdi.”Od olmasa tüstü çıxmaz.” Gələn buraxlışımızda icra hakimiyyətinin məsul işçilərindən birinin audio səs yazısını diqqətinizə çatdıracağıq. O zaman məsələnin nə qədər həqiqət olduğunu hər kəs biləcək.
Bizi izləyin..!!

"DogruXeber.az”

Son xəbərlər

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Bütün xəbərlər