Gündəm

Azərbaycanda da nazirlərin maaşı azaldıla bilərmi? –

Ukraynanın baş naziri Aleksey Qonçaruk bəyan edib ki, nazirlərin və onların müavinlərinin maaşları ölkədəki orta aylıq əməkhaqqına bərabər tutulacaq.


"Biz razılaşdıq ki, nazirin, nazirin müavininin, digər yüksəkvəzifəli məmurların maaşı ölkədəki orta əməkhaqları ilə eyni olsun. Nazirlərlə müavinlərinin maaşları orta əməkhaqqının 3-5 misli həddindədir. 200-400 faizlik mükafatları da dayandırmaq lazımdır, maksimal mükafat bir əməkhaqqı məbləğindən artıq olmamalıdır", - deyə o, bildirib. Ukraynadakı bu tətbiq Azərbaycanda da mümkündürmü?

İqtisadçı-ekspert Fuad İbrahimov deyir ki, bu məsələ təkcə iqtisadi amillərlə bağlı deyil:

"Ukrayna baş nazirinin səsləndirdiyi model əslində bütün müasir cəmiyyətlərdə olmalıdır. Amma bu iqtisadi məsələ deyil. Həmçinin sosiologiya, ictimai fikir də maaşların tənzimlənməsində mühüm rol oynayır. Ümumiyyətlə istənilən cəmiyyətdə fərdin gəliri onun xərclərini ödəməlidir. Başqa sözlə desək, gəlir xərci üstələməlidir. Əks təqdirdə isə həmin cəmiyyətin inkişafı sual altındadır. Əgər nazirlərlə digər peşə sahiblərinin maaşları arasında əlli faiz fərq olsa bu, sosial rifah naminə çox böyük addım olar”.

Ekspertin fikrincə, ölkəmizdə bu modelin tətbiq olunması üçün şərait var. Sadəcə düzgün işləmək və gətirilən bəhanələrdən əl çəkmək lazımdır:

"Azərbaycan qüdrətli ölkədir. Məmurlarla digərlər peşə sahibləri arasında, məsələn müəllim, həkim və.s –nin əməkhaqqları arasındakı fərqi azaltmaq üçün imkanlarımız var. Bunun üçün xərclər hesablanmalı və ona adekvat maaş təyin olunmalıdır. Bunun mümkün olmadığını əsaslandırmaq üçün müxtəlif bəhanələr göstərilə bilər. Lakin hamı, xüsusilə də iqtisadçılar yaxşı bilirlər ki, nə qədər çətinlik varsa, o qədər də çıxış yolu var. Əslində bu məsələ həmişə dövlətin nəzarətində olub. Məncə, məsələni bir az da tezləşdirmək lazımdır”.

Son xəbərlər

Ramin Abdullayevlə bağlı yeni İDDİALAR...

3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin bələdiyyə sədri ilə SÖVDƏLƏŞMƏSİ – VİDEOMÜRACİƏT

"2300 manat maaş, 15 min manat paket alırdım" - KEÇMİŞ NAZİR

Elm və Təhsil Nazirliyində “nüfuz savaşı” — Aparat rəhbəri ilə müavini nəyin davasını aparır?

Ramin Abdullayevin “göydələn” biznesi

Yeni dələduzluq növü: “Kəsirləri düzəldirəm, imtahan ballarını artırıram” - VİDEO

Şahin Bağırov və Qoşqar Təhməzli MİLLƏTİN QƏSDİNƏ DURUB? - İTTİHAM VAR...

Bu tarixdən maaş, pensiya və müavinətlər artırıla bilər

“Bələdiyyələrin statusu haqqında” qanuna dəyişikliklər təsdiqləndi

Dövlət Reklam Agentliyinin yeni sədri kimdir? - DOSYE

Azərbaycanda 10-dan çox su anbarı inşa ediləcək

Həcc ziyarəti üçün kvota bəlli oldu

Bu tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadıldı

Yaponiya və İran XİN başçıları Yaxın Şərqdəki son hadisələri müzakirə ediblər

“Xəzər Hövzəsi Araşdırmaları” proqramının açılışı olub

Bakıda adsız, ünvansız olan küçə və evlərin problemi - VİDEO

Gecə ac qarına yatmağın FAYDALARI

Prezident Şirvan suvarma kanalının təməlini qoyub

İİTKM informasiya sistemlərini “Hökumət buludu”na köçürüb

Sel və ildırım 43 nəfərin həyatına son qoydu

Vardanyanın “zənginlik yolu” – Odioz milyarderin “biznes karuseli” necə fırlanıb? - ARAŞDIRMA

Türkiyə HƏMAS ilə danışıqlar aparacaq

Bu amillər görmə qabiliyyətini azaldır

İş yerini dəyişdirmək istəyən müəllimlərin NƏZƏRİNƏ!

Məişət zorakılığına görə cəzalar sərtləşdirildi

Naxçıvan Ali Məclisində yeni təyinatlar

Ekoloqdan xəbərdarlıq: "Azərbaycanı böyük su problemi gözləyir"

Azərbaycanlı Polşada deputat seçildi

Bu şəxslərə əsas olmadan sığorta ödənişi edildi

Bu vitaminlər həyat üçün təhlükə yarada bilər

Etibarnamə ilə torpaq alqı-satqısı edənlərə xəbərdarlıq - VİDEO

"Azərbaycan Kredit Bürosu" yeni skorinq xidmətini istifadəyə verib

Bütün xəbərlər