Gündəm


Azərbaycanda - 600-Ə YAXIN FERMER
 
 
 
 
.

 "Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) gübrə, toxum, pestisid təchizatçılarının, eləcə də baytarlıq, fitosanitariya xidmətləri göstərənlərin özlərini fermerlərə tanıtması üçün ən yaxşı platformadır”.

Mumtv  xəbər verir ki, bunu Kənd Təsərrüfatı nazirinin müavini İlhamə Qədimova gübrə, pestisid və toxum təchizatçıları ilə görüşdə deyib.

 
 "EKTİS təchizatçılara imkan verir ki, rəqabətə dözümlü qiymət, keyfiyyətli və çeşidli məhsul təklif etməklə sistemdə qeydiyyatdan keçmiş fermerləri öz alıcılarına çevirsinlər. Bu platforma həm təchizatçılara, həm də fermerlərə seçilmək və seçmək üçün böyük üstünlüklər təqdim edir,” – nazir müavini əlavə edib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədri Mirzə Əliyev isə gübrə və pestisid bazarının tamamilə liberallaşdığını bildirib: "Hazırda EKTİS-də 83 gübrə və pestisid təchizatçısı, 250-dən artıq toxumçu qeydiyyatdan keçib. Lakin görüşdə iştirak edənlərin və bizimlə əlaqə saxlayan, müxtəlif səbəblərdən görüşə qatılmayanların sayı bu rəqəmin bir neçə dəfə artıq olduğunu söyləməyə bizə imkan verir”

O, görüşün əsas məqsədinin təchizatçıları EKTİS-də qeydiyyatdan keçməyi sürətləndirməyə səsləmək olduğunu vurğulayıb. Agentlik sədri qeydiyyatdan keçmə prosedurunu əvvəldən sona qədər iştirakçılara nümayiş etdirib.

Payızlıq əkinlərə gübrə vermək vaxtının başladığını qeyd edən Mirzə Əliyev təchizatçıları qeydiyyatdan keçməyə, satışlarını həyata keçirən mağazları pos-terminallarla təmin etməyə çağırıb. Nazirlik rəsmisi Subsidiya İnformasiya Sistemində (SİS) bu günə qədər 465 321 fermerin 594 855 təsərrüfatının qeydiyyatdan keçdiyini bildirib: "Fevralın 4-nə qədər 245 387 fermerə məxsus 336 954 təsərrüfat təsdiq edilib. 342 min fermer tərəfindən 690 min əkin payızlıq əkin bəyanı SİS-ə daxil olunub. Bundan 243 min fermer tərəfindən edilmiş 431 min əkin bəyanı yoxlanılıb və təsdiq edilmiş sənədlər üzrə 719 min hektar əkin bəyanı SİS-ə daxil edilib”.

Fermerlərin subsidiyaları yeni qaydalarla alacağına hazırlıqların tam sürətlə getdiyini deyən AKİA sədri bu günədək 179 000 ədəd "Fermer kartı”nın sifariş olunduğunu vurğulayıb. "Çap olunmuş 163 000 ədəd "Fermer kartı” hal-hazırda tərəfdaş bankın yerli filialları tərəfindən fermerlə paylanılır”./ Report



Son xəbərlər

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Bütün xəbərlər