Gündəm

Şirvan şəhər sakini 2-ci qrup əlil icra başçısından nələr danışdı?-Video

Böyük maraqla kadr islahatlarının gedişatın izləyən sadə vətəndaşlar,güman edirdilər ki,yeni təyin olunan məmurlar xalqın problemlərinin həllində onlara yaxından köməklik göstərəcəklər. Amma necə deyərlər "sən saydığını say gör fələk nə sayır". Bu düşüncədə olan vətəndaşlardan biri,Şirvan şəhər sakini Qulibekov Ziyafət Yaşar oğlu olmuşdur. Bu şəxs "DogruXeber.az" informasiya agentliyinin redaksiyasına gələrək bu cür düşüncələrdə olduğunu və təəssüf hissi ilə yanıldığını açıq şəkildə etiraf etmişdir.

Uzun illər boyu Şirvan şəhərinə başçılıq edən Mərdan Camalovun zülmündən canını qurtardığını zənn edən Z.Qulibekov böyük ümidlə yeni təyin olunmuş icra başçısı İ.Abbasovun qəbuluna gedərək ailə vəziyyətinin ağır durumda olduğunu bildirib. Qolunun biri pratez olan 2-ci qrup əlil Z.Qulibekov başçıdan onu müvafiq işlə təmin etməsini xahiş etmişdir. İcra başçısı İlqar Abbasov şəhər təsərrüfat üzrə müavini Azər Abdiyevə onu işlə təmin etməsi haqda göstəriş verir. A.Abdiyev isə köhnə iş üslubuyla vətəndaşın əlaqə nömrəsini götürüb yola salır. Hər vətəndaşa olduğu kimi,2- ci qrup əlil Z.Qulibekova da yalançı vəd verərək bildirib ki, get sizinlə əlaqə saxlayacağıq.

Verilən vədin üzərindən uzun müddət keçdiyini görən vətəndaş bu qənaətə gəlib ki,yeni təyin olunan başçı keçmiş başçıdan heç də geri qalmır. Necə deyərlər "yağışdan çıxdıq yağmura düşdük" indi isə yerli dövlət qrumlarından ümüdi üzülmüş əlil vətəndaş,son ümüd yeri olaraq "DogruXeber.az" informasiya agentliyi vasitəsi ilə öz səsini ölkə başçısına çatdırmaq istəyib. Ağır durumda olan 2-ci qrup əlil Z.Qulibekov 3 azyaşlı uşaq atasıdır. Ailədə ümumi gəlir yeri yalnız təqaütdən aldığı 200 manat puldur və onunda 70 manatını Bankdan götürdüyü kredit borcuna ödəyir. Yerdə qalan 130 manatla necə dolanacağını bilmiyən vətəndaş qolunun birinin olmamasına baxmayaraq ailəsini dolandırmaq üçün hansısa bir münasib işlə məşgul olmaq qənayətinə gəlir.

Təəssüflə qeyd etmək isdərdik ki,əlil vətəndaşın bu istəyidə boşa çıxır. Dəyərli oxucular,diqqətinizə bir məlumatı çatdıraq ki,uzun müddət Suraxanı rayonuna başçılıq edən İlqar Abbasov,rayona rəhbərlik etdiyi dövürdə rayon sakinlərinin böyük narazılıqlarına səbəb olmuşdur. Bu haqda "Google”də qısa araşdırma aparsanız hər şey sizlərə gün kimi aydın olacaqdır. Bəs görəsən bu cür yarıtmaz məmurlar nə üçün vəzifələrindən azad edilmirlər? Düşünürük ki,ölkə başçısı cənab İlham Əliyev bu cür məmurlara bir daha şans verir ki,buraxdıqları səfləri düzəltsinlər. Görünür,Şirvan şəhərinə yeni təyin olunmuş İ.Abbasov köhnə iş prinsiplərini davam etdirməkdə israrlıdır.

Hər birimizə məlumdur ki,Ölkə Prezidenti hər müşavirəsində məmurlara xüsusi vurğulayır ki,xalqa xidmət edin,onlara qayğı göstərin və xalqla yaxın ünsiyyətdə olun. Amma görünən mənzərə onu deməyə əsas verir ki,Şirvan şəhər icra başçısı hörmətli İ.Abbasov ölkə başçısı tərəfindən verilən göstərişləri eşitməməzlikdən və görməməzlikdən gəlir. Əgər belə olmasaydı,acınacaqlı durumda olan 3 azyaşlı uşaq atası, 2-ci qrup əlil Z.Qulibekovun müraciətinə dırnaqarası baxmazdı.

P.S. Redaksiya olaraq vətəndaşın müraciəti haqda qarşı tərəfin mövqeyini öyrənmək üçün Şirvan şəhər icra hakimiyyətinin bir neçə əlaqə nömrələri ilə əlaqə saxladıq. Təbii ki,icra hakimiyyətinin rəsmi saytlarında qoyduqları telefonlar sadəcə görüntü olaraq qeyd olunub. Əlbətdəki bunu qeyd etməyimizə əsas səbəb budur ki,saatlarla qeyd olunan əlaqə nömrələrinə zəng vururuq dəstəyi qaldıran biri olmur. Nəhayət uzun cəhdimizdən sonar İçtimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdrinin müavini Hüseynov Adəm ilə əlaqə saxlamaq nəsib oldu. Amma biz haradan bilərdik ki,suallarımıza cavab tapa bilməməyimiz bir yana hətta Adəm "bəyin qızılda”n dəyərli vaxtını aldığımızı güman etdik. Bu qənayətə ona görə gəldik ki,vətəndaşın problemi haqqında müdir müavini A.Hüseynova məlumat verdikdə bizə yüksək tonal bildirdi ki, o kimdirsə gəlsin bizə müraciət etsin. Bizdən əvvəl sizə müraciət etdiyini dedikdə isə A.Hüseynov bildirdi ki,bu məsələ mənlik deyil deyib dəstəyi yerə atdı.

P.S.S. Düşünürük ki,müdir müavininin mətbuata bu cür cavab verdiyi təqdirdə sadə vətəndaşa hansı tərzdə cavab verəcəyi artıq məlumdur.

"DogruXəbər.az”

Son xəbərlər

Bu şəxslər 2500 manat cərimə ediləcək

Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO

ISW rusların bu il Ukraynada nə qədər ərazini ələ keçirdiyini açıqladı

Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək (VİDEO)

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı - 7 il cəza almışdı

"Oğlumu bu vətənə qurban verdim, amma 31 ildir kimsə qapımı tanımır" - Cəbrayıllı şəhid atasının gözünün yaşı qəzəbə dönüşdü // VİDEO + FOTO

Bu gün "Qarabağ" 11-ci dəfə çempion ola bilər

Gəncədə dəfn ilə bağlı qeyri-adi inanclar (VİDEO)

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - VİDEO

Bu gün milli təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramıdır

Bu gün ilk Qədr gecəsidir

Vətəndaşların nəzərinə: Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda Rusiya Kino Günləri keçiriləcək

Ermənistan bu kəndi Gürcüstana qaytarmağa hazırlaşır

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Bütün xəbərlər