Gündəm

Ölkələr arasında müharibəyə səbəb olacaq böhranlar – Nüvə silahı, ölüm, siyasət, inqilab… (FOTOLAR)

 
 


 
 
 
 
 
 
 

 
 
 
 
Müxtəlif dövrlərdə dünya ölkələri arasında baş vermiş siyasi böhranlar

Son günlər Türkiyə və ABŞ arasında baş vermiş silah böhranı bütün dünyada geniş əks-səda doğurdu. İki ölkə arasında uzun illərdi davam edən tarixi müttəfiqlik əlaqələri sürətlə pozulmağa davam edir.

Tarixin müxtəlif dövrlərində buna bənzər siyasi böhranlar baş verib. Bu cür böhranlar bəzən qısa zamanda həll olunsa da, bəzən uzun müddət öz aktuallığını qoruyub.

İran-ABŞ: "Səfirlik böhranı”

Ölkələr arasında müharibəyə səbəb olacaq böhranlar – Nüvə silahı, ölüm, siyasət, inqilab… (FOTOLAR)
İran və ABŞ arasında ixtilafların ilk hadisəsi kimi səciyyələndirilən səfirlik böhranı 1979-cu ilin 4 noyabr tarixində bir qrup iranlı tələbənin ölkədəki ABŞ səfirliyi əməkdaşlarını girov götürməsi ilə başlamışdı. Hadisə 444 davam etmiş və dünya tarixində ən uzunmüddətli diplomatik böhran kimi yadda qalmışdı. 1981-ci ilin 20 yanvar tarixində diplomatik danışıqlar sonrasında girovların azad edilməsi ilə bağlı razılıq əldə olundu. Bu hadisədən sonra ABŞ-ın İranda fəaliyyət göstərən diplomatik qurumları ləğv edildi. Araştırmalar zamanı hadisəni İranda həmin dövrdə yeni hakimiyyətə gəlmiş din xadimlərinin təşkil etdiyi sübut olundu.

SSRİ-ABŞ: "Karib böhranı”
Ölkələr arasında müharibəyə səbəb olacaq böhranlar – Nüvə silahı, ölüm, siyasət, inqilab… (FOTOLAR)
Kubada Fulqensio Batista rejiminin devrilməsindən sonra hakimiyyətə gələn Fidel Kastro və silahdaşları SSRİ ilə ideoloji yaxınlıq səbəbindən geniş əlaqələr qurmağa başladılar. ABŞ müdaxiləsindən ehtiyyat edən SSRİ rəhbərliyi Kuba ərazisinə öz nüvə silahlarını yerləşdirmək qərarına gəldi. Bu qərarın qəbul edilməsində ABŞ-ın Kubada təşkil etdiyi uğursuz üsyan cəhdinin də böyük rolu oldu. SSRİ rəhbərliyinin bu addımından hiddətlənən ABŞ tərəfi buna cavab olaraq öz "Yupiter” nüvə başlıqlarını Türkiyə ərazisinə yerləşdirməyə başladı. Dünya tarixinə "Karib böhranı” adı ilə daxil olmuş bu hadisə "Soyuq müharibə” dövründə baş vermiş ən böyük hadisələrdən biri oldu. 1962-ci ilin 28 oktyabrında ABŞ prezidenti Con Kennedi və SSRİ rəhbəri Nikita Xruşov arasında əldə edilmiş razılığa əsasən hər iki ölkə öz nüvə başlıqlarını geri qaytarmışdır. Bu hadisə dünya tarixində ilk "Nüvə müharibəsi” təhlükəsini gündəmə gətirmişdir.

Böyük Britaniya, Fransa, İsrail-Misir: "Süveyş böhranı”
Ölkələr arasında müharibəyə səbəb olacaq böhranlar – Nüvə silahı, ölüm, siyasət, inqilab… (FOTOLAR)
Misir prezidenti Camal Əbdül Nasirin 26 iyul 1956-cı ildə Süveyş kanalının milliləşdirməsi adına fəaliyyətə başlaması Fransa və Böyük Britaniyanın kəskin etirazına səbəb oldu. Hər iki ölkə İsrailində qatılması ilə London konfrasında Misirə müdaxilə qərarı qəbul etdi. İsrailin hərbi əməliyyatlara başlamasından 1 gün sonra Böyük Britaniya və Fransa Misirə hava zərbələri endirməyə başladılar. 1957-ci ilin martına qədər davam edən döyüşlər BMT və SSRİ-nin müdaxiləsi ilə dayandırıldı. Misir və koalisya dövlətləri arasında əldə olunmuş razılığa əsasən Süveyş kanalı Misirin nəzarətində qaldı. Bu hadisə SSRİ-nin şərqdəki nüfuzunu daha da artırdı.

Böyük Britaniya-Argentina: "Folklend böhranı”
Ölkələr arasında müharibəyə səbəb olacaq böhranlar – Nüvə silahı, ölüm, siyasət, inqilab… (FOTOLAR)
2 aprel 1982-ci ildə Argentina ordusunun Folklend və Cənubi Corciya adalarını işğal etməsi ilə başlayan müharibə Böyük Britaniyanın qələbəsi ilə nəticələnmişdi. Argentina hökumətinin "tarixi torpaqları” adlandırdığı adalardan çıxarılması ilə nəticələnən böhran ölkədə böyük ixtişaşlara səbəb olmuşdu. Argentinada Leopoldo Galtieri hakimiyyəti devrildi. Bu qələbə Britaniyada Marqaret Tetçerin nüfuzu daha da gücləndirdi. Sonralar dəfələrlə BMT-yə müraciət edən Argentina adaların statusu barədə heç bir nəticə əldə edə bilmədi. Böyük Britaniyanın Folklend və digər adalar üzərindəki hakimiyyəti bu gündə davam edir.

Türkiyə-İsrail: "Mavi Mərmərə hadisəsi”
Ölkələr arasında müharibəyə səbəb olacaq böhranlar – Nüvə silahı, ölüm, siyasət, inqilab… (FOTOLAR)
Türkiyədən yola çıxaraq Qəzza zolağına humanitar yardım daşıyan 6 gəminin İsrail hərbi qüvvələri tərəfindən saxlanılması iki ölkə arasında böyük böhranla nəticələndi. Müdaxilə zamanı 5 gəmi döyüşsüz təslim olsa da, "MV Mavi Mərmərə” adlı gəmidən İsrail qüvvələrinə qarşı cavab atəşi açılmışdı. İsrail xüsusi təyinatlılarının sərt müdaxiləsi nəticəsində gəmidə olan 10 nəfər öldürülmüş, 10-u İsrail hərbiçisi olmaqla 50-dən çox insan yaralanmışdı. Hadisədən sonra Türkiyə hökuməti İsraillə olan bütün əlaqələrini dondurmuş, ancaq rəsmi üzr istənilməsi müqabilində əlaqələrin bərpa olunacağı bildirilmişdi. Bundan 3 il sonra İsrail hökuməti üzr istəmiş, 6 il sonra isə 20 milyon təzminat ödəmişdi. Bu hadisənin hələ uzun illər iki ölkə arasında əlaqələrə mənfi təsir göstərəcəyi güman edilir.

Türkiyə-Rusiya: "Təyyarə böhranı”
Ölkələr arasında müharibəyə səbəb olacaq böhranlar – Nüvə silahı, ölüm, siyasət, inqilab… (FOTOLAR)
Türkiyə hava sərhədlərini pozan rus hərbi təyyarəsinin vurulması iki ölkə arasında siyasi böhrana səbəb oldu. Hadisə zamanı təyyarədə olan pilotlardan biri öldü, digəri isə Rusiyanın Suriyada yerləşən hərbi bazasına çatdırıldı. Hadisədən sonra Rusiya rəhbərliyi Türkiyə tərəfi ilə bütün sahələrdə əlaqələrin dondurulduğunu bəyan etdi. Türkiyədən ixrac edilən məhsullara qadağa tətbiq olundu. Sonrakı prosseslərdə Türkiyə tərəfinin hadisə ilə bağlı üzr istəməsi iki ölkə arasındakı əlaqələrin yenidən bərpasına şərait yaratdı. Bu hadisə "soyuq müharibə” sonrası ilk dəfə olaraq bir Rusiya təyyarəsinin vurulması kimi tarixə düşdü.

Son xəbərlər

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Gürcüstan Prezidenti bu qanuna veto qoyacağını AÇIQLADI

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Şahmar Mövsümov yeni sədri kollektivə təqdim etdi

Daha bir sabiq deputat vəfat etdi (FOTO)

Şimal Tacı bürcündə yeni ulduz alışması gözlənilir

Çovdarovun 30 milyonluq əmlakı əlindən çıxdı - Son qərar

Hikmət Hacıyev sülhməramlıların Qarabağdan çıxarılmasını belə ŞƏRH ETDİ

İş adamı Manaf Ağayevə ev bağışlayıb?

Jurnalist Cəmil Məmmədliyə hökm oxundu

Sülhməramlılar Qarabağdan çıxarılır - VİDEO

Prezident Kayrat Sarıbayı qəbul etdi

Paşinyan yenidən Qazaxla sərhədə getdi

Alimlər Yerin yaxınlığında nəhəng qara dəlik kəşf etdi

Bütün xəbərlər