Gündəm

Abşeronda könüllülərlə görüş keçirildi













 

 

" DogruXəbər.az"xəbər verir ki , Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Abşeron könüllüləri ilə görüş keçirilib. Tədbirdə Abşeron RİH-nin başçısı İradə Gülməmmədova, Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan resursları və təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev və könüllülər iştirak edib.

İştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçək dəstələri düzüb.

Dövlət himninin səsləndirilməsi ilə açıq elan olunan tədbirdə Abşeron Rayon İcra Hakimiyyətində təcrübə keçən "ASAN könüllü”lərinin uğurlarından bəhs edən film nümayiş olunub.

Abşeron RİH-nin başçısı İ.Gülməmmədova çıxış edərək Azərbaycanda geniş vüsət alan könüllülük hərəkatının əsasının məhz ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu bildirib. Hazırda da bu idoelogiyanın cənab Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirildiyini söyləyən başçı vurğulayıb ki, 2020-ci ilin Azərbaycanda "Könüllülər ili” elan olunması könüllülərə verilən daha bir yüksək qiymətdir.

Qeyd edilib ki, Abşeron Rayon İcra Hakimiyyəti hələ 5 il bundan önçə ilk könüllü proqramına ölkəmizdə keçirilən birinci Avropa Oyunları zamanı, bu möhtəbər yarışa dəstək və kömək məqsədi ilə 100-dən çox könüllüsü ilə qoşulub. Daha sonra həmin ilin oktyabr ayında Abşeron RİH-in və "Asan Xidmət”in birgə təşkilatçılığı ilə 12 gənc "Master 2” könüllü proqramı çərcivəsində icra hakimiyyətində təcrübbə keçmək üçün fəaliyyətə başlayıb. Xüsusi ilə qeyd edək ki, həmin gənclərdən 4-ü Abşeron rayon icra hakimiyyətində işlə təmin olunub.

Vurğulanıb ki, son 1 il ərzində isə Abşeron Rayon İcra Hakimiyyətinə könüllülük fəaliyyəti üçün ümumilikdə 470-ə yaxın gənc müraciət edib, onlardan 196-sı (117 qız və 79 oğlan ) könüllü olaraq 3 ay müddətinə fəaliyyətə cəlb olunub və ixtisaslarına uyğun olaraq İcra Hakimiyyətinin müvafiq şöbələrində və rayon ərazisində fəaliyyət göstərən digər dövlət qurumlarında 2 növbədə ( 9:00-13:00, 14:00-18:00 ) könüllülük fəaliyyətini həyata keçirilib. Könüllülər Abşeron RİH tərəfindən təşkil olunan "Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda, Novxanı çimərliyi ərazisində, Bakı-Sumqayıt və Bakı-Şamaxı magistral yolunun kənarlarında keçirilən ağacəkmə aksiyası və iməciliklərdə yaxından iştirak etmiş, mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Birinci vitse-prezident Mehriban Əliyevanın bir gündə 650 min ağac əkilməsi təşəbbüsünə qoşulmuş, rayonun kənd və qəsəbələrində 2 min ağac əkmişlər. Abşeron rayon İcra Hakimiyyətinin təşkilatçılığı və RİH-də təcrübə

keçən "ASAN könüllü”lərinin təşəbbüsü ilə könüllülər Bakı-Şamaxı avtomobil yolunun Abşeron rayonunun ərazisinə düşən hissəsində 20 Yanvar faciəsində həlak olan 147 şəhidin xatirəsini əbədiləşdirmək məqsədilə 147 ədəd eldar şamı və sərv ağacı əkiblər. Ağaclardan soyqırım zamanı şəhid olan soydaşlarımızın adı, soyadı və yaşı əks olunmuş lövhələr asılıb.

Bildirilib ki, Abşeron RİH-nin təşkilatçılığı ilə könüllülər şəhid ailələri və Qarabağ qaziləri ilə görüşmüş, Cocuqmərcanlıya səfər etmiş və Füzuli rayonu ərazisində yerləşən "N” saylı hərbi hissəyyə baş çəkmiş və şəxsi heyətə asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə 5000-dən çox bədii ədəbiyyat təqdim etmişlər. Könüllülər tərəfindən həmçinin bir neçə sosial və maarifləndirici layihələr və video çarxlar hazırlanmışdır. Könüllülərimiz tərəfindən son 1 il ərzində rayon ərazisində yerləşən "N” saylı hərbi hissəyə 2 fevral- Gənclər günü , 26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü, Novruz bayramı, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramlarında bir necə dəfə baş çəkilmiş və şəxsi heyətə asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə 3000-dən çox bədii ədəbiyyat hədiyyə edilmişdir. Bütün bunlarla yanaşı Abşeron RİH-nin təşəbbüsü ilə Könüllülər üçün pulsuz ingilis dili və kompyuter kursları təşkil olunub. Hər iki kurs xüsusi proqramla və peşakar müəllimlər tərəfindən 3 ay müddətində (həftədə 3 dəfə) yüksək səviyyədə keçirilib.

Məlumat verilib ki, Abşeron RİH-nin əməkdaşı Şəmsi Əliyev və RİH-də təcrübə keçən "ASAN könüllü”sü Fəxri Nuriyev tərəfindən ölkədə ilk dəfə olaraq rayon ərazisində fəaliyyət göstərən uşaq bağçalarına qəbulun elektron qaydada aparılması üçün sistem hazırlanıb (http://abseronbagca.com/) . 5 dekabr – Beynəlxalq Könüllülər Günü və "Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində Xırdalan şəhərində yerləşən Mədəniyyət Mərkəzində tədbir keçirilimiş, tədbirdə respublikanın və rayonun tanınmış incəsənət ustalarının konsert proqramı təqdim olunmuşdur. Tədbirdə rayonun ictimai-siyasi həyatında fəal iştirak edən könüllülərə və könüllük fəaliyyətinin təşkil olunmasında iştirak edən fəal məsul şəxslərə Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərman və qiymətli hədiyyələr verilmişdir. 2019-cu ildə RİH-də təcrübə keçən "ASAN könüllü”lərinin 6 nəfəri bələdiyyə seçkilərində iştirak etmiş və 4 könüllümüz rayonun kənd və qəsəbələrindən bələdiyyə üzvü seçilmişdir. Abşeron RİH-də könüllü kimi 3 ay müddətində işləyib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə rayon rəhbəri tərəfindən xüsusi sertifikatlar və müsbət xasiyyətnamə verilmiş, son 1 ildə 11 nəfər könüllü isə rayon ərazisində fəaliyyət göstərən dövlət qurumlarında müvafiq işlə təmin olunmuşdur.

Sonra C.Hacıyev çıxış edərək ölkədə könüllülər üçün yaradılan imkanlardan və onun nəticəsində əldə edilən uğurlardan danışıb.

Daha sonra könüllülər çıxış edərək təcrübə müddətində bir çox biliklərə yiyələndiklərini, Abşeron RİH aparatının kollektivi tərəfindən qayğı ilə əhatə olunduqlarını və gələcək fəaliyyətlərində bu təcrübələrdən istifadə edəcəklərini bildiriblər.

Sonra 76 könüllüyə Abşeron RİH-i tərəfindən sertifikatlar təqdim olunub
Abşeronda könüllülərlə görüş keçirildi
Abşeronda könüllülərlə görüş keçirildi
Abşeronda könüllülərlə görüş keçirildi
Abşeronda könüllülərlə görüş keçirildi

Son xəbərlər

Gəncədə dəfn ilə bağlı qeyri-adi inanclar (VİDEO)

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - VİDEO

Bu gün milli təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramıdır

Bu gün ilk Qədr gecəsidir

Vətəndaşların nəzərinə: Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda Rusiya Kino Günləri keçiriləcək

Ermənistan bu kəndi Gürcüstana qaytarmağa hazırlaşır

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Fransa səfiri Kəlbəcərlə sərhəddə

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

Etirazçılar Pentaqon rəhbərinin evinin qarşısına peyin səpiblər

Orduda müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin NƏZƏRİNƏ

Paşinyan üçtərəfli görüş üçün Brüsselə gedəcək

Havadan atılan yardımlar faciəyə səbəb oldu - VİDEO

Bütün xəbərlər