Gündəm

DSMF DÖVLƏTİN ANA QANUNUNU TANIMIR? - Prezidentin sərəncamının 14, məhkəmə qərarının 12 il sonra icra olunacağı bildirilir

Qarabağ Qaziləri Rövşən Məmmədov, Xaliq Abbaszadə və başqaları tərəfindən "Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Həmin məktubu olduğu kimi dərc edirik:

"Azərbaycan Respublikasının demokratik, hüquqi,  dünyəvi, unitar dövlət olması Konstitusiyanın 7 -ci maddəsi ilə təsbit olunub. Ölkədə ən yüksək  hüquqi qüvvəyə malik olan Qanunun Azərbaycan Respublikasının Konstitusiyasının olması da Ana Qanunun 147 -ci maddəsində əks olunub.  Bunları diqqətə çatdırmaqda amacımız bir çox icra hakimiyyəti orqanlarının,  hətta məhkəmə və  qanunvericilik hakimiyyəti orqanlarının Konstitusiyaya zidd hərəkətləri və ya hərəkətsizlikləri ilə Azərbaycan Respublikasının antidemokratik,  qanunun aliliyinə əməl etməyən ölkə imici formalaşdırmaq çabalarını vurğulamaqdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi  (ƏƏSMN ) yanında Dövlət Sosial Müdafiə Fondunun  (DSMF) sosial təminat sektorunun başlıca görəvi,  adından bəlli olduğu kimi,  sosial müdafiəyə ehtiyacı olan şəxslərin sosial təminatını həyata keçirməkdir. Başqa sözlə,  dövlətlə sosial müdafiəyə ehtiyacı olan şəxs arasında körpü rolunu oynayan ƏƏSMN yanında DSMF-in işi-görəvi dövlətin ayırdığı maddi-texniki (və mənəvi) təminatı ehtiyacı olanlara çatdırmaqdır. Bəs sözügedən dövlət qurumu işinin,  görəvinin öhdəsindən layiqincə gəlirmi? Son olaylar, nə yazıq, suala müsbət cavab verilməsinə imkan vermir.  Təsəvvür edin,  bir qrup Qarabağ müharibəsi əlili 3 ildir Səhiyyə Nazirliyinin və ƏƏSMN -in birgə komissiyasının rəyi ilə xaricdə müalicəyə göndərilməli olduğu halda,  3 ildir ƏƏSMN yanında DSMF-in direktor müavini Əminə Seyidzadə bildirir ki,  ƏƏSMN HEÇ BİR ÖLKƏ İLƏ MÜQAVİLƏ BAĞLAMADIĞINDAN MÜALİCƏMİZİN XARİCDƏ TƏŞKİLİ MÜMKÜN DEYİL.  Özbaşınalığa baxın,  DSMF-in sosial təminat sektoru görəvini icra etməkdən imtina edərək əlillərin müalicəsinə ayrılan dövlət vəsaitini mənimsəyir və bu mənimsəməsini ƏƏSMN -in müqaviləsinin olmaması ilə izah edir! (?)

Prezidentin " Azərbaycan Respublikasının ərazi bütövlüyünün,  müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial -məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında”  20.06.2014 tarixli 569 saylı Sərəncamına əsasən 2014 -cü ilə kimi növbədə duranlar 2018-ci ilə kimi mənzillə təmin olunmalı idilər. Lakin bu təminata cavabdeh olan ƏƏSMN yanında DSMF dövlətin və onun başçısının tapşırığına əməl etmədi və bu təminatsızlığa  2028 -ci ildə son qoymağı qərarlaşdırdı. Sosial təminatsızlıq özbaşınalığına baxın, PREZİDENTİN SƏRƏNCAMI 14 İLDƏN SONRA İCRA OLUNACAQ !(?) Halbuki,  Konstitusiyanın 149-cu maddəsi Prezident Fərmanının icrasını məcburi edir.  ƏƏSMN yanında DSMF-in sosial təminat sektoru nəinki  Prezident sərəncamıını, heç dövlətin adından çıxarılan məhkəmə qərarını da saymır. Ana Qanunun 129-cu maddəsində isə  MƏHKƏMƏ QƏRARIARININ DÖVLƏTİN ADINDAN ÇIXARILDIĞI VƏ İCRASININ HAMIYA MƏCBURİ OLDUĞU TƏSBİT OLUNUB. Borclu ƏƏSMN yanında DSMF-in direktor müavini Əminə Seyidzadə, sektor müdiri Vüqar Behbudov 1-ci dərəcəli Qarabağ əlilinin mənzillə növbədənkənar təminatı haqqında  2016-cı İLDƏ QƏBUL EDİLƏN QƏRARIN 12 İLDƏN SONRA 2028 -ci İLDƏ NÖVBƏLİLİK ƏSASINDA İCRA OLUNACAĞINI BİLDİRMƏKDƏN NƏ USANIRLAR,  NƏ DƏ UTANIRLAR.  Amma utanmadan Nizami rayonunda tikilən evin rüşvətlə  qanunsuz bölgüsünə meydan verirlər.   Belə sosial təminat xidməti ilə yalnız rüşvətə və korrupsiyaya xidmət etmək mümkündür”.

Son xəbərlər

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Prezidentlər sabah Ağdam və Füzuliyə səfər edəcəklər

Bütün xəbərlər