Gündəm

İran Qasım Süleymaniyə görə 3 milyard
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH)sabiq komandanlarından olan Həsən Abbasi qalmaqala səbəb olan bəyanatla çıxış edib.

H.Abbasi SEPAH-ın "Qüds Briqadası”nın sabiq komandanı Qasım Süleymaninin ölümünə görə 3 milyard, amerikalı jurnalist Ceyson Rzayiyana görə isə 1 milyard 700 milyon dollar gəlir əldə etdiyini deyib. Sabiq komandan qeyd edib ki, 3 milyard dolları "qan pulu” olaraq Qətər İran dövlətinə, sonuncu da öz növbəsində SEPAH-a verib. Həsən Abbasi çıxışı zamanı həmçinin SEPAH-ın ikili vətəndaşlığı olan insanları girov götürərək, öz gəlirlərini təmin etdiyini deyib. Yanvarın 12-də Qətər əmiri Təmim bin Həməd Al Saninin Tehrana səfəri ilə bağlı bəzi mənbələr qeyd etmişdilər ki, o, SEPAH-ın raketlə vurduğu Ukrayna sərnişin təyyarəsində ölənlərə kompensasiya ödəməyə kömək təklif etmək üçün İrana səfər edib.

İran Qasım Süleymaniyə görə 3 milyard


Həmin kömək təklifinin məbləğinin 3 milyard dollar olduğu deyilirdi. Lakin İran hökumətinin sözçüsü Əli Rəbii yayılan xəbərləri təkzib etmişdi. Digər tərəfdən, SEPAH-ın sözçüsü Ramazan Şərif Həsən Abbasinin sözlərini "əsassız” və "heç bir qanuni əsası” olmayan fikirlər adlandırıb. O, eyni zamanda Abbasinin sözlərinin "bədxahların SEPAH-a qarşı qarayaxma fəaliyyətlərinin alətinə çevrildiyi”ni deyib. Bəsic Qüvvələri və Əli Xamneyinin tərəfdarları qarşısında tez-tez çıxış edən Həsən Abbasi səsləndirdiyi fikirlərə görə 2016-cı ildə İran ordusunun şikayəti əsasında saxlanılıb. O, bir neçə gündən sonra sərbəst buraxılmışdı.

Xatırladaq ki, İran saxta ittihamlarla həbs edərək girov saxladığı jurnalist Ceyson Rzayiyanı 2016-cı ilin yanvar ayının 16-da, nüvə razılaşmasının əməli olaraq icra edilməsinə start verilən gün azadlığa buraxılmışdı. İki ölkə arasında baş tutan tarixi məhbus mübadiləsi zamanı ABŞ İranın dondurulmuş aktivlərindən 1.7 milyard dollarını rəsmi Tehrana qaytarmışdı. (cebhe.info)

Son xəbərlər

"Qarabağ" "Qəbələ"yə, "Zirə" "Neftçi"yə qarşı

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış edib

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Bütün xəbərlər