Gündəm

Bakıda bu yolun
 

Binəqədi Rayon İcra Hakimiyyəti Biləcəri qəsəbəsi, Məmməd Səid Ordubadi küçəsində yolların bərbad vəziyyətdə olması ilə bağlı məsələyə aydınlıq gətirib.

İH-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, rayon ərazisində asfalt örtüyünün çəkilməsi Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən deyil, aidiyyəti üzrə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən müəyyən edilmiş tədbirlər proqramına uyğun olaraq mərhələli şəkildə aparılır:

"Biləcəri qəsəbəsi Məmməd Səid Ordubadi küçəsi tədbirlər planına salınıb və həmin ərazidə yol örtüyünün salınması işlərinin həyata keçirilməsi agentlik tərəfindən planlaşdırılır. Məlumat üçün AAYDA-ya müraciət etməyiniz xahiş edilir”.

 

AAYDA-nın Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli isə saytımıza açıqlamasında bildirib ki, qəsəbədaxili yollar agentliyin balansında deyil:

"İndiyə kimi o yolların bu cür vəziyyətdə olmasına görə cavabdeh yerli İcra Hakimiyyəti və bələdiyyələrdir. Çünki qəsəbə daxilində, yeni yaşayış sahələrində infrastrukturların yaradılmasına birbaşa onlar cavabdehdir. Yolların təmir olunmamasına görə, onlar cavab verməlidirlər ki, niyə təmir olunmayıb? Niyə bu vəziyyətdədir?

Prezident İlham Əliyev ötən il Şəfayət Mehdiyev küçəsinin yenidənqurmadan sonra açılışında bizim qurumun qarşısında tapşırıq qoydu ki, qəsəbələrarası yollarla yanaşı, qəsəbədaxili yollar da təmir olunsun. Bu tapşırığın icrası ilə əlaqədar olaraq, bizim balansımızda olmadığı üçün əməkdaşlarımız tərəfindən qəsəbələr üzrə araşdırma aparıldı.

Bakının 60 qəsəbə üzrə araşdırma zamanı 2300 yolun təmirə ehtiyac olduğu müəyyənləşdi və tədbirlər planı hazırlandı. Ona uyğun olaraq ötən il işlərə start verildi. 2019-cu ildə təkcə Binəqədi rayonu üzrə 26,8 kilometr uzunluğunda olan 32-yə yaxın küçə və yola asfalt beton örtüyü çəkildi”.

A.Nəcəfli qeyd edib ki, ötən ilin dekabrında İlham Əliyevin Binəqədi rayonu avtomobil yollarının əsaslı təmir işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlə bağlı imzaladığı sərəncama görə, rayonun Binəqədi, Rəsulzadə, Biləcəri, Xocahəsən, 28 May qəsəbələri ərazisində yolların əsaslı təmiri məqsədi ilə 8,7 milyon manat pul ayrılıb:

"Sözügedən sərəncam çərçivəsində agentlik tərəfindən hazırda qeyd edilən qəsəbələr üzrə ümumi uzunluğu 30 kilometr olan daxili küçə yollarında əsaslı təmir işləri həyata keçirilir. Bu işlər yekunlaşdıqdan sonra digər yerlərdə də təmir işləri aparılacaq.

Planlaşdırırıq ki, 2023-cü ilə kimi Bakının 60 qəsəbəsi üzrə araşdırma zamanı 20300 yolun təmir işləri aparılsın. Sadəcə, səbr etmək lazımdır. İndiyə kimi o yolların bu vəziyyətdə olmasına biz cavabdeh deyilik. Bundan sonra biz o yolları təmir etməliyik, çünki qarşımızda tapşırıq qoyulub. Həmin yol da təmir ediləcək”.

Son xəbərlər

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Prezidentlər sabah Ağdam və Füzuliyə səfər edəcəklər

Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO

Bakıda taksilərin gediş haqqı qalxdı - VİDEO

Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO

DİN: Həmin ərazi bir müddət əvvəl tam nəzarətə götürülüb

Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR

Ələsgər Məmmədli vəsatətini geri götürdü

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər — CANLI

Prezident Allahverən İsmayılovu təltif etdi

Mülki Prosessual Məcəlləyə dəyişiklik edildi

Bu gün Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək

Azərbaycanda “Konsul leqallaşdırılması” informasiya sistemi yaradılacaq

Azərbaycanda ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə bağlı koordinasiya qrupu yaradılıb

Müsavat Partiyası qurultay KEÇİRƏCƏK

Bayılın göz muncuğu olan parkda yaşıllıq məhv olur - İlham Məmmədov Qafur Məmmədov adına parkda yaşıllıqlara divan tutur - VİDEO

Azərbaycan nefti bahalaşıb

Bu gün Şəki və Qəbələdə qaz olmayacaq

Bütün xəbərlər