Gündəm
Gündəm
Azərbaycanlı məşhur gənc 54 milyarda ev aldı
Rusiyada yaşayan azərbaycanlı videobloger Hüseyn Həsənov aldığı daha bir evinin görüntülərini paylaşıb.
DogruXəbər.az Oxu.az-a istinadən xəbər verir ki, Hüseyn Moskvanın ən bahalı və elit məkanlarından birində və şəhərə möhtəşəm mənzərə açılan binada 200 kvadrat metrlik üçotaqlı mənzil alıb.
Təmirsiz vəziyyətdə aldığı yeni mənzilinin görüntülərini İnstaqramda paylaşan bloger tezliklə evə köçəcəyini bildirib. Bununla yanaşı, Hüseyn Həsənov eyni kompleksdə anasına da mənzil alıb.