Gündəm

Azərbaycanda pullu yollar barədə - RƏSMİ AÇIQLAMA
Yolun hər iki tərəfi çəpərlənəcək

"Bakı-Quba-Rusiya yolunun 100 kilometr hissəsinin bu ilin may ayının sonuna qədər inşasının yekunlaşdırılması, qalan hissəsinin isə 2021-ci il ərzində tamamlanması nəzərdə tutulub”. Bunu baku.ws-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bildirib. Onun sözlərinə görə, Bakı-Rusiya istiqamətində yeni avtomobil yolunun 2018-ci ildə təməli qoyulub: "Mövcud yol öz başlanğıcını Bakı-Quba-Rusiya istiqamətində olan Bakı-Quba yolunun 45-ci kilometrindən götürür. Ümumi uzunluğu 152 kilometrdir. Birinci texniki dərəcəli olmaqla inşa olunur. Yolun 100 kilometr hissəsinin bu ilin may ayının sonuna qədər inşasının yekunlaşdırılması, qalan hissəsinin isə 2021-ci il ərzində yekunlaşdırılması nəzərdə tutulub.

Yolun hər iki tərəfi çəpərlənəcək. Hərəkət hissəsinə kənar heç nə daxil ola bilməyəcək. Yol ətrafında maşınlar və sərnişinlərə xidmət üçün istirahət əraziləri qurulacaq. Tam olaraq müasir standartlara cavab verən yol olacaq”.

Anar Nəcəfli əlavə edib ki, yeni salınan yollara alternativ yollar olduğu üçün bu yolların ödənişli olması ilə bağlı təkliflər verilib: "Bildiyiniz kimi, Azərbaycan şimal-cənub nəqliyyat dəhlizi üzərində yerləşir. Nəqliyyat dəhlizi üzərində ən böyük elementlərdən biri Bakı-Quba-Rusiya sərhəd yolu və Bakı-Ələt-Astara avtomobil yoludur. Artıq Bakı-Ələt-Astara istiqamətində yeni yolun inşası artıq yekunlaşdırılıb. Birinci texniki dərəcəyə uyğun olaraq bu il ərzində Astaradan İran sərhədinə qədər yolun inşası və İranla sərhəddə bir körpünün inşasının aparılması və Bakı-Quba-Rusiya yolunun istifadəyə verilməsi ilə artıq şimaldan cənuba və ya əks istiqamətdə istər yük daşımada, istər tranzit yük daşımada, istərsə də sərnişin daşımada və regionları birləşdirmək baxımından bu yolların çox böyük əhəmiyyəti olacaq.

Bu yollara alternativ yollar olduğu üçün yolların ödənişli olması ilə bağlı təkliflər verilib və inşaat işlərinin yekununa doğru bu təkliflərə baxılacaq. Hər hansı qərar qəbul ediləcəyi təqdirdə artıq ödənişin tətbiqi ilə bağlı işlər aparılacaq. Qeyd edim ki, həm Bakı-Quba-Rusiya, həm də Bakı-Ələt-Astara yolları boyunca müəyyən istirahət əraziləri yaradılır ki, vətəndaşlar istirahət edə bilsin və nəqliyyat vasitələrində yaranan problemləri rahat şəkildə aradan qaldıra bilsinlər”.

Azərbaycanda pullu yollar barədə - RƏSMİ AÇIQLAMAAzərbaycanda pullu yollar barədə - RƏSMİ AÇIQLAMA

Son xəbərlər

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Bütün xəbərlər