Gündəm

Faşizmin təbliğatı Ermənistana baha başa gəlir - GƏLİŞMƏ
Bu həftə dünyanın 40-dan çox lideri Osvensimin azad edilməsinin 75-ci ildönümünü bayram eləmək üçün İsrailə toplaşacaq. Mumtv xəbər verir ki "Yeni Müsavat”ın məlumatına görə, bu barədə İsrailin nüfuzlu nəşri olan "The Yerusalem Post” qəzetində dünən getmiş məqalədə bildirilir.

Məqalədə daha sonra deyilir: "Litvalılar, ermənilər, polyaklar və başqaları faciəvi tarixdə oynadıqları rolu şişirdir və təhrif edirlər. Götürək Ermənistanı. 2016-cı ildə İrəvanda nasist əlaltısı və hərbi cani, Vermaxtın erməni legionuna başçılıq eləmiş Qaregin Njdeyə abidə qoyulub. Onun dəstələri Krımda, Qafqazda, Fransanın cənubunda vuruşurdular - harada ki, nasistlər yəhudiləri və müqavimət hərəkatının döyüşçülərini tutaraq ölüm düşərgələrinə göndərirdilər. Njde milliyyətçi ideologiya hazırlamışdı. Həmin ideologiyaya görə, fərd üçün ən böyük dəyər onun millətidir. Bu ideologiya özündə ”klassik erməninin ruhi və bioloji mahiyyəti"ni təcəssüm etdirir".

Nəşr Ermənistanda Njdenin milli qəhrəman sayıldığını qeyd edərək yazır: "Onun adı İrəvanda meydana və metrostansiyaya verilib. İrsi dövlət məktəblərində uşaqlara tədris edilir. Abidənin açılışı olarkən müxalifətin səsi eşidilmədi. Xolokost təhqiqatçısı, doktor Efraim Zuroff bu addımı ”hiddət doğuran yanlış və bütün qurbanlara, həmçinin nasistlərə qarşı vuruşanlar təhqir" adlandırmışdı".

"The Yerusalem Post” hesab edir ki, Qaregin Njdenin şərəfləndirilməsi məsələsini yeganə hal da saymaq olmaz: "Çoxsaylı sübutlar var ki, erməni cəmiyyəti sistemli olaraq antisemitdir. Belə ki, 2014-cü ildə - hələ Njdeyə abidə qoyulmamışdan qabaq 100-dən çox ölkədə antisemitizmin tədqiqi üzrə aparılan son araşdırmalar göstərmişdi ki, Ermənistanda antisemit baxışlara dəstək faizi (58%) Avropa üzrə üçüncü, postsovet ölkələri və Şərqi Avropa üzrə isə ən yüksək olub. ”Rew" araşdırma mərkəzinin sorğusuna görə isə ermənilərin 32%-i yəhudiləri öz vətəndaşları kimi qəbul eləmir. 1991-ci ildə Ermənistan müstəqilik əldə edəndə respublikada 5 minlik erməni icması var idisə, bu gün onların sayı 100 nəfərdir".

"The Yerusalem Post” bu yerdə Azərbaycanı Ermənistana nümunə göstərib. "1991-ci ildə müstəqilik əldə edən Azərbaycan indiyədək Ermənistanla münaqişədədir. Ötən ilin noyabrında Bakıda Qarabağ müharibəsinin qəhrəmanı (1969-1992), milliyyətcə yəhudi olan Albert Aqarunova (Azərbaycanın Milli Qəhrəmanı, tankçı olub - ”YM") abidə qoyulub. Aqarunova və Njdeyə abidə qoyulması arasında təzad ortadadır. Aqarunov Azərbaycanda musiqi məktəbində oxuyub. Daha sonra Neft Emalı Zavodunda işləyib. SSRİ dağılandan sonra Ermənistanın Qarabağı işğal eləməsinə qarşı mübarizə aparıb. O vaxt Aqarunov müharibəni işıqlandıran jurnalistlərə belə demişdi: "Bu, mənim torpağımdır. Mənim başqa vətənim yoxdur. Mənim üçün öz evimi müdafiə etməyim təbiidir”. 1992-ci ildə o, erməni snayperi tərəfindən güllələnib. Aqarunov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına - ölkədə hərbi xidmətə görə ən ali mükafata layiq görülüb. Aqarunovun mükafatı əhalisi 90% müsəlman olan bir ölkəyə yəhudilərin güclü inteqrasiyası və milli fəxarət nümunəsidir. Azərbaycanda antisemitizm yoxdur, konfessiyalararası əlaqələr isə çiçəklənir", - deyə nəşr qeyd edib.

Məqalənin sonunda deyilir: "Ermənistanda Njde kimi Xolokost ”qəhrəmanları" şərəfinə ölkələrdə memorialların qoyulması Avropa və Asiyada Xolokostu unutdurmağa yönəlik cəhdlərin davam etməsinə qarşı mübarizəni gücləndirmək zərurəti yaradır".

*****

Qeyd edək ki, İrəvanda faşist əlaltısı Njdeyə abidə sabiq prezident Serj Sərkisyanın hakimiyyəti dönəmində (2016) qoyulub. Lakin 2018-ci ildə Sərkisyan hazırkı baş nazir Nikol Paşinyanın başçılıq elədiyi etiraz hərəkatı nəticəsində devrilib. Bununla belə, Paşinyan da Sərkisyan və erməni cəmiyyətinin əksəriyyəti kimi Njde sevdalısı olaraq qalır. Abidənin hələ də sökülməməsinin əsas səbəbi budur.

Paşinyan hətta vaxtaşırı məsələ ilə bağlı haqlı iradlarla üzləşərkən israrla Njdeni və onun faşist ideologiyasını müdafiə eləməyə cəhdlər də edir - o Njde ki, "Faşist Almaniyası yolunda ölən Ermənistan uğrunda ölür” demişdi. MDB-nin Aşqabad sammitində Azərbaycan prezidenti İlham Əliyevin Njde ilə bağlı məşhur ifşaedici çıxışına Paşinyanın absurd reaksiyasını və sərsəmləməsini yada salmaq yetər. Rusiya XİN-in nasistlər və onların əlatıları haqda hazırladığı hesabat da öz yerində...
"Yeni Müsavat”

Son xəbərlər

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Prezidentlər sabah Ağdam və Füzuliyə səfər edəcəklər

Bütün xəbərlər