Gündəm

26 ildən sonra kimliyi bilinən şəhid Yevlaxda dəfn edildi - FOTOLAR

Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Məlumatda deyilir:

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının (Dövlət Komissiyası) Azərbaycan Respublikasının Baş prokuroruna müraciəti üzrə Bakı Hərbi Məhkəməsinin Qərarına uyğun olaraq, 1993-1994-cü illərdə Füzuli rayonu istiqamətində işğalçı Ermənistan Respublikasının silahlı birləşmələrinin hücumlarının qarşısını alarkən döyüşlərdə həlak olaraq tanınmadan İmişli rayonundakı "Şəmmədli” qəbiristanlığında dəfn edilmiş şəhidlərə aid meyit qalıqları ekshumasiya olunub.

Həmin məzarlıqda yaxınlarının dəfn olunduğunu ehtimal edən 8 itkin ailəsinin iştirakı ilə Dövlət Komissiyası, Respublika Hərbi Prokurorluğu və Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya ETT-Birliyi tərəfindən 2019-cu ilin iyul ayında həyata keçirilmiş ekshumasiya prosesində 12 naməlum meyit qalığı müəyyən edilərək müvafiq nümunələr götürülüb. Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan Respublikasındakı Nümayəndəliyi ekshumasiya prosesinə texniki və ekspert dəstəyi göstərib.

Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya ETT-Birliyinin mütəxəssisləri tərəfindən aparılmış molekulyar-genetik ekspertizanın nəticələrinə əsasən, meyit qalıqlarından və dəfn edilmiş şəxslərin yaxın qohumları olduğunu iddia edən ailə üzvlərindən götürülmüş nümunələrin eyniləşdirilməsi zamanı meyitlərdən birinin iddiaçı Məmmədova Yasəmən Vəlyəddin qızı ilə valideyn-övlad səviyyəsində qohumluq əlaqəsinin olduğu müəyyən edilib. Eyni zamanda meyit qalıqlarının ekshumasiyası və molekulyar-genetik ekspertizasının yekunu ilə bağlı nəticələrə dair itkin ailələrinə ətraflı məlumat verilib.

Yasəmən Məmmədovanın atası – Yevlax rayon sakini, Müdafiə Nazirliyinin 702 nömrəli hərbi hissəsində xidmət etmiş, 1971-ci il təvəllüdlü İbrahimov Vəlyəddin Səhrab oğlu 1994-cü il yanvarın 19-da Füzuli rayonu ərazisində gedən döyüşlərdə itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyata alınıb. Şəhid Vəlyəddin İbrahimovun nəşi ailə üzvlərinin istəyi ilə Yevlax şəhərindəki Şəhidlər xiyabanında dəfn edilib.

Hərbi rituallara uyğun dəfn mərasimi Dövlət Təhlükəsizliyi Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Dövlət Komissiyası, İmişli və Yevlax rayon icra hakimiyyətlərinin təşkilatçılığı, şəhid ailəsinin, ictimaiyyətin, Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə həyata keçirilib.

İmişli rayonundakı "Şəmmədli” qəbiristanlığında müəyyən edilmiş digər 11 naməlum meyit qalığının eyniləşdirilməsi, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı tanınmadan dəfn edilmiş şəxslərə aid meyit qalıqlarının ekshumasiyası işi Dövlət Komissiyası ilə BQXK arasında 2008-ci ildə imzalanmış çərçivə sazişinə uyğun olaraq mərhələli davam etdirilir".

Son xəbərlər

Azərbaycanda bu şəxslər gəlir vergisindən azad edilir

Cavanşir Məmmədov dünyasını dəyişdi

Əməkdar artist 49 yaşında dünyasını dəyişdi

Məktəb direktoru icra başçısına müavin təyin olundu

Bu universitet publik hüquqi şəxsə çevrildi - Baş nazirdən qərar

"Qarabağ" "Qəbələ"yə, "Zirə" "Neftçi"yə qarşı

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış edib

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

Bütün xəbərlər