Gündəm

Adil Süleymanov: "İndiyədək qardaşımla görüşə bilməmişik, ondan heç bir xəbərimiz yoxdur”

Nərmin Quliyeva cinayətində təqsirləndirilən İlkin Süleymanovun şikayəti əsasında bu gün Apellyasiya Məhkəməsində iclas keçiriləcək. Bu barədə AYNA-ya İ.Süleymanovun qardaşı Adil Süleymanov məlumat verib. Onun sözlərinə görə, proses 14.30-da baş tutacaq.

A.Süleymanov onu da qeyd edib ki, indiyədək qardaşı ilə görüşə bilməyiblər: "Dünən qardaşımla vəkili görüşməli idi, ancaq görüş mümkün olmadı. Qardaşımdan hələ də bir xəbər ala bilməmişik. Səhhəti ilə bağlı soruşanda da, yaxşı olduğunu bildirirlər. Ümid edirik ki, bugünkü məhkəmədə İlkini görə biləcəyik”.

A.Süleymanovun sözlərinə görə, atasının mediaya müsahibəsindən sonra da cinayət işinin istintaqında heç bir dəyişiklik olmayıb: "Onsuz da kənd sakinləri İlkinin bu qətli törətdiyinə inanmırdı, indi də inanmırlar, ailəmizi dəstəkləyirlər, atama, anama baş çəkirlər. Müraciətlərimizdən sonra sosial şəbəkə istifadəçiləri tərəfindən də xeyli dəstək gördük. Hər kəs yazır ki, İlkin qatil ola bilməz və hər kəs bizim kimi, əsl qatilin tapılmasını tələb edir”.

Təqsirləndirilən şəxsin qardaşı Nərmin cinayəti ilə bağlı irəli sürülən ehtimallar barədə də danışıb: "Hər kəs bir ehtimal səsləndirir, öz fikrini deyir, ancaq bizim bu barədə heç bir fikrimiz yoxdur. Hər hansı bir iddia irəli sürüb, kiminsə günahına girə bilmərik. Haqsız yerə kiminsə bizim vəziyyətimizə düşməsini qəbul edəmmərik. Ümidimiz ona qalıb ki, əsl qatil tapılacaq”.

Qeyd edək ki, 10 yaşlı Quliyeva Nərmin Şərif qızı ötən il noyabrın 21-də, yaşadığı Tovuz rayonunun Dondar Quşçu kəndində itkin düşüb. Bu il yanvarın 6-sı axşam saatlarında isə onun yanmış cəsədi evlərinin yaxınlığında tapılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib. Tovuz Rayon Məhkəməsinin qərarı ilə İ.Süleymanovun barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı - VİDEO

MM-də iki deputat arasında gərginlik: "Bu qanunun əleyhinə səs verəcəm"

COP29-la əlaqədar vergi və ƏDV güzəştləri müəyyənləşir

Dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin siyahısı dəyişir

“AzerGold” QSC-nin 1-ci rübdə pərakəndə satış gəliri 8% artıb

Boşanmaq istəyənlər 15 dollar ödəyəcək

Aşağı keyfiyyətli alkoqollu içkilərin satışının qarşısı alınacaq

Bu işçilərə kompensasiya veriləcək

Siqaret istehsalında yerli xammaldan istifadə tələbi qoyulacaq

Azərbaycanda yeni rüsum müəyyənləşir

Gürcüstandan sərhədin demarkasiyasına başlanılması ilə bağlı AÇIQLAMA

DTX-nin xaricdəki nümayəndələrinin gəlirləri vergidən azad edilir

Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib

Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma aradan qaldırılır

Bu gün Ermənistanda sərhədin demarkasiyasına başlanılacaq

İran XİN-dən 4 kəndin Azərbaycana qaytarılması ilə bağlı AÇIQLAMA

Məhkəmə Əvəz Zeynallının apellyasiya şikayətini təmin etməyib

MDB ölkələrinin fond birjalarının yeni strateji planı qəbul edilib

"Qarabağ uğrunda müharibə aparmaq fikrində deyilik" - Paşinyan

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır

“AzerGold” QSC-nin hasilat həcmlərində artım qeydə alınıb

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Abşeron rayonunda ağacəkmə və təmizlik aksiyaları keçirilib - FOTO

Rusiya sərhədçiləri Ermənistandan çıxır? - Peskov AÇIQLADI

Qubad İbadoğlu ev dustaqlığına buraxıldı - VİDEO

Deputatı sorğu-sual edən olacaqmı? - Sakinlər risq altında yaşayır...

Dövlət Xidməti Komitənin tenderini ləğv etdi – Səbəb bilinmir

"Ramin Abdullayev hər ay 10-larla mənzilə necə sahiblənir?..." - İTTİHAM VAR...

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər

Bütün xəbərlər