Fransa prezidenti Emmanuel Makron İsrailin hüquq-mühafizə orqanlarının əməkdaşları ilə mübahisə edib.

 Mumtv xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb.

Mübahisə Qüdsün "Müqəddəs Anna" bazilikasının girişində qeydə alınıb. 

Emmanuel Makron polis əməkdaşlarının onunla birgə müqəddəs məkana daxil olmasına etiraz edib.

Fransa prezidenti israilli polis əməkdaşlarını əsrlərlə mövcud olan qaydalara hörmət etməyə çağırıb. 

Dünya mediası prezidentlə polis əməkdaşları arasındakı mübahisəyə geniş yer verib. 

 BAKU.WS

VİDEO