Gündəm

Azərbaycanda maaşların hansı sahədə artdığı AÇIQLANDI - SİYAHI

 

 

 

 

 


Azərbaycanda 2019-cu ildə maaşlar 15%-dən çox artıb. Mumtv  xəbər verir ki, 2019-cu ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2018-ci ilin müvafiq dövrünə nisbətən 15,4% artaraq 623,1 manat təşkil edib. 2018-ci ildə orta aylıq əməkhaqqı 540,1 manat olmuşdu.

2019-cu ildə dövlət sektorunda orta aylıq əməkhaqqı 516,5 manat təşkil edib. Bu, 2018-ci ilin eyni dövrü ilə müqayisədə 20% artım deməkdir.

 

Özəl sektorda isə ötən il orta maaş 759,7 manat olub. Bu 2018-ci illə müqayisədə 10,5% artıqdır. Xatırladaq ki, 2018-ci ildə özəl sektorda ümumi orta aylıq əməkhaqqı 687,7 manat, dövlət sektorunda isə 430,5 manat təşkil etmişdi.

2019-cu ildə əməkhaqqı neft-qaz sektorunda 3 059,7 manat, qeyri neft-qaz sektorunda 568 manat təşkil edib.

2018-ci ildə isə əməkhaqqı neft sektorunda 3 000,7 manat, qeyri-neft sektorunda 484 manat təşkil etmişdi.

Başqa sözlə, 2019-cu ildə neft-qaz sektorunda əməkhaqqı 2% artdığı halda, qeyri-neft sektorunda 17,4% artıb.

2019-cu ildə özəl sektorda çalışanlar arasında ən yüksək orta aylıq əməkhaqqı mədənçıxarma sənayesində olub - 3 941,1 manat.

Özəl sektorda ən az maaş alanlar isə dövlət idarəetməsi, müdafiə və sosial təminat sahəsində olub - 250,4 manat.

Dövlət sektorunda ən yüksək orta aylıq maaş maliyyə və sığorta fəaliyyəti sahələrində olub  - 1 654,3 manat. Bu sektorda ən az maaş alanlar kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində çalışanlarda olub -  302,4 manat.

Ümumilikdə, 2019-cu ildə: 

Təhsil sahəsində maaşlar 18,1% artaraq 429,7 manata,

Səhiyyə sahəsində 43% artaraq 343,1 manata,

Maliyyə və sığorta sahəsində maaşlar 12% artaraq 1624 manata,

Ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində maaşlar 21,3% artaraq 473,7 manata,

Dövlət idarəetməsində isə maaşlar 29,2% artaraq 752,8 manata yüksəlib.

 

Son xəbərlər

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Prezidentlər sabah Ağdam və Füzuliyə səfər edəcəklər

Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO

Bakıda taksilərin gediş haqqı qalxdı - VİDEO

Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO

DİN: Həmin ərazi bir müddət əvvəl tam nəzarətə götürülüb

Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR

Ələsgər Məmmədli vəsatətini geri götürdü

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər — CANLI

Prezident Allahverən İsmayılovu təltif etdi

Mülki Prosessual Məcəlləyə dəyişiklik edildi

Bu gün Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək

Azərbaycanda “Konsul leqallaşdırılması” informasiya sistemi yaradılacaq

Azərbaycanda ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə bağlı koordinasiya qrupu yaradılıb

Müsavat Partiyası qurultay KEÇİRƏCƏK

Bayılın göz muncuğu olan parkda yaşıllıq məhv olur - İlham Məmmədov Qafur Məmmədov adına parkda yaşıllıqlara divan tutur - VİDEO

Azərbaycan nefti bahalaşıb

Bu gün Şəki və Qəbələdə qaz olmayacaq

Bu ölkə ABŞ-yə etiraz notası göndərdi

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı - VİDEO

Bütün xəbərlər