Gündəm
Gündəm
YAP pulsuz efir vaxtından imtina etdi
Yeni Azərbaycan Partiyası (YAP) fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində İctimai Televiziyada pulsuz efir vaxtından imtina edib.
Mumtv xəbər verir ki Trend-in məlumatına görə, partiya bu addımı bütün namizədlərə bərabər şərait yaratmaq məqsədilə atıb.
Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən, 60-dan çox seçki dairəsindən namizədləri qeydə alınan siyasi partiyalara, siyasi partiyaların bloklarına seçkiqabağı təşviqat aparmaq üçün İctimai Televiziya və Radioda efir vaxtı ayrılır, o cümlədən dövlətdən maliyyələşən dövri mətbuatda pulsuz təşviqat aparmaq üçün şərait yaradılır.
YAP-ın deputatlığa 123 namizədi qeydə alınıb.