Gündəm

Praqa məhkəməsi 2017-ci ilin yayında bu şəhərdə azərbaycanlı biznesmen Rəşad Qafarovu qətlə yetirənlərdən biri Ramil Əliyevin barəsində qiyabi hökm çıxarıb. Hökmə əsasən o, 18 il azadlıqdan məhrum edilir. Virtualaz.org Çexiya nəşrlərinə istinadən xəbər verir ki, Rusiya vətəndaşı olan 36 yaşlı Əliyev ədalətdən yayınır. Onun cinayət ortağı, Gürcüstan vətəndaşı Mamuka Apaxidze artıq tutulub və 16 il həbs cəzası alıb.

Rəşad Qafarov 2017-ci il iyunun 30-da qətlə yetirilib, onun meyiti öz avtomobilində aşkar edilib. Cinayətkarlar biznesmeni çoxsaylı bıçaq zərbələri ilə öldürüblər.

Rəşad Qafarov Çexiyada və Azərbaycanda öz sahəsində kifayət qədər tanınmış biznesmen olub. O, fəaliyyətini dayandırmış Azərbaycan Beynəlxalq Universitetinin məzunu olub, bundan əvvəl "Panalphina" beynəlxalq loqistika şirkətinin regional nümayəndəliyində işləyib. Sonuncu vəzifəsi TERN Transport & Trading CZ şirkətinin baş direktoru vəzifəsi idi. Çexiyanın şirkətlər reyestrində yer alan məlumata görə bu şirkətin səhmdarları Rəşad Qafarov və Dilara Qafarovadır.

Biznesmen qətlə yetirilməzdən cəmi iki gün əvvəl-iyunun 28-də Bakıda olmuşdu və Praqaya geri qayıdandan az sonra qətlə yetirilmişdi.

"Məhkəmə Əliyevin günahkar olduğuna şübhə emir. Onun günahı sübut olunub”,-məhkəmə nümayəndəsi Vlasta Lanqamerova bildirib. Cinayətin üstünün açılmasında videomüşahidə kameralarının görüntüləri mühüm rol oynayıb. Bu görüntülərə əsasən Əliyev və Apaxidzenin cinayət yerinə necə gəldikləri görünür.

Qatillər qurbana 20 bıçaq zərbəsi vurublar, cinayət zamanı Əliyev özü də yaralanıb. Cinayətdən sonra qeydə alınmış görüntülərə əsasən onun əli sarıqlıdır.

Prokuror Marqarita Kraliçki bildirib ki, biznesmenin öldürülməsi sifarişli qətlə oxşayır. Qətl yaxşı düşünülüb və planlaşdırılıb.  Lakin vəkil Vera Ptaçkova qətlin motivinin sona qədər aydın olmadığını deyib.

İş materiallarına əsasən Əliyev və Apaxidze Praqaya qətl günü qəliblər və biznesmenlə görüşmək barədə razılığa gəliblər. Qətl biznesmenin maşınında baş verib, Ramil ona bıçaqla zərbələr endirib. Qan içində olan biznesmen öz avtomobili ilə bir neçə metr gedə bilib, amma huşunu itirib və başqa avtomobillə toqquşub. Qatillər isə bıçağı ataraq qaçıblar. Onlar Ukraynaya gedən avtobusla Çexiyanı tərk ediblər. Apaxidze Lvovda düşüb, Əliyev yoluna davam edib.

Gürcünü sonradan Ukrayna polisi yaxalayıb. Onun əvvəllər Rusiyada zorakı əməllərə görə 10 il həbsdə olduğu bildirilir. Ramil Əliyevi isə Çexiya polisinin sorğusu əsasında Rusiya polisi axtarıb. Lakin yaşadığı Sankt-Peterburqda və Rusiyanın digər regionlarında onu tapmaq mümkün olmayıb. İnterpol-un Bakı bölməsindən isə bildiriblər ki, Əliyev Azərbaycanı tərk edib və yeri məlum deyil.

Bəs cinayətin motivi nə ola bilərdi? Biznesmenin dul arvadının bildirdiyinə görə, onun ərini qısas olaraq öldürə bilərdilər. Çünki əri ilə Ramil Əliyevin qohumlarından biri arasında "məhəbbət romanı” olub. Həmin qadının əri hətta biznesmenin arvadını və atasını öldürməklə hədələmişdi.

Digər versiya ilə bizneslə bağlıdır. Belə ki, Qafarov neft biznesi ilə bağlıdır, habelə nar şirəsi ixracı ilə məşğul olub.

Virtualaz.org

Son xəbərlər

"Qarabağ" "Qəbələ"yə, "Zirə" "Neftçi"yə qarşı

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış edib

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Bütün xəbərlər