Gündəm


Hansı məmur və deputatlar ADAU-dan

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU-da) axsamaqda olan tədris prosesinə ciddi zərbələr vuran daha bir paxırın üstünü açıram, bilin cənablar! Demə, ciddi nöqsan və özbaşınalıqlara meyilli rektor İbrahim Cəfərov ADAU-nu bir çox iriranqlı məmur üçün "sosial yardım" mərkəzinə də döndərməkdən çəkinməyib.

"Demokratik.Az"-ın oxucusuna təqdim etdiyim aşağıdakı siyahıdan görəcəksiniz ki, rektor şəxsi iradə və maraqları ilə ADAU-da "müəllim" adı altında bir çox yüksək vəzifəliyə yarımştat (0,5 ştat dərs vahidi) iş təminatı təşkil edib. 

Formal sənədləşmələrdə hansısa məmurun ADAU-da 0,5 ştat olmaqla elmi-pedoqoji fəaliyyətə cəlb edilməsi normal səslənsə də, rektorun tədris ocağında yaratdığı naxoş tədris ortamı bizə başqa şeylər deyir.

Aşağıda adıçəkiləcək bir sıra tanınmış məmur əslində "ölü can"a dönüşərək auditoriya görmədən və tələbəyə dərs keçmədən büdcəni havaya sovuran müftəxor dəstə halındadır. Ən əsası, kənarda qalıb müəllimliyi zəpt edənlərin tədrisə zərbə vurduqları, ayrı-ayrı ixtisas fənləri üzrə kafedra və dekanlıqlara ağırlıq olduqları təkzibedilməzdir.

Əlimdə olan siyahı xeyli uzun və məmur-müəllim adları diqqətçəkicidir. Hələlik onlardan bir neçəsini aidiyyatı qurum rəhbərlərinə və sayqılı oxucularımızın nəzəri-diqqətinə təqdim edirəm:

 

 

 

Natiq Cavadov (müəllim) - Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin direktoru,

 

İqbal Əliyev (müəllim) - Şəmkir Regional Meşə Təsərrüfatı Mərkəzinin rəisi, 

 

ŞOK SİYAHI! Hansı məmur və deputatlar ADAU-dan

Azad İbrahimov - ADAU-nun sabiq prorektoru, hazırda Bakıda yaşamaqla KT nazirliyi yanında Bitki Mühafizə Mərkəzinin direktoru,

İlyas Məmmədov (müəllim) Gəncə Gömrük İdarəsinin əməkdaşı, (şəkli tapılmadı)

 

Qoşqar Məmmədov (müəllim) - Gəncə ş, Nizami rayon bələdiyyəsinin sədri,

 

ŞOK SİYAHI! Hansı məmur və deputatlar ADAU-dan

 

Naqif Həmzəyev (müəllim) - Deputat, YAP Gəncə Təşkilatının sədri, 

Vəfa Nağıyeva (müəllim) - Gəncə İHB-də başçının humanitar məsələlər üzrə müavini,

 

ŞOK SİYAHI! Hansı məmur və deputatlar ADAU-dan

Cəmil Səfərov (müəllim) - Gəncə Det-Al Aliminium Kompleksinin direktoru,

 

ŞOK SİYAHI! Hansı məmur və deputatlar ADAU-dan

Mahir Hacıyev (müəllim) - Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunun direktoru,

 

Eldar İbrahimov (məsləhətçi) - Deputat, MM-in Aqrar İqtisadiyyat Komissiyasının sabiq sədri və sair...

Bu möhtəşəm siyahını bir az da uzada bilərik. Amma bu da yetərlidir ki, rektor İbrahim Cəfərovun təhsil adına mühüm qaydaları bilərəkdən pozub, başına karlı məmur toplayaraq ADAU-nun tədris mühitinə, Əmək Məcəlləsinə tüpürdüyünü söyləyə biləsən. Hələ bu əndirəbadi yolla büdcə israfçılığını demirəm. Qorxuram ki, desəm Korrupsiya idarəsi gəlib İbrahim Cəfərovu cinayət işinə cəlb edər, yazıq universitet rektorsuz qalar.

Bir daha ifadə edirəm ki, hansısa məmurun elmi-pedoqoji fəaliyyətinə qadağanın tətbiqinin yolverilməzliyini bilirəm. Əksinə, onlara bu yöndə şərait yaradılması təqdirəlayiq haldır. Və bilirəm ki, adıkeçən məmurların bəzilərində yüksək elmi dərəcələr olmasa belə, onların həm də praktiki bilgiləri tələbələr üçün faydalı ola bilər. Lakin, əgər siyahıda adıkeçənlərə ayrılan dərs yükündə auditoriya saatları mövcud deyilsə, onlar bakalavr pilləli auditoriyalarda mühazirələr demirsə, onda ADAU-nun tədrisində məmurların "müəllimliyinə" hansı ciddi zərurətlər mövcuddur? Və niyə ADAU-nun "məmur-müəllimləri" öz bilik və təcrübələrini məhz magistratura şöbəsində sınaqdan çıxarmalıdırlar?

Bu nə hoqqadır orda özünüzdən açmısız axı, cənab rektor?!

Araşdırılmalıdır ki, əgər ADAU-da pedoqoji kollektivi gücləndirmək rektorun hədəfində olubsa, niyə aqrar mütəxəssis hazırlığına və universitetin digər kafedralarına kənardan yüksək hazırlıqlı professor-müəllim heyəti gətirilməyib, məhz İbrahim Cəfərovun məmur dost-tanışları 0,5 ştatlıq təşrif buyurub?

Təbii ki, bu suallara rektor özü məsuliyyətli və məntiqi cavab verməlidir. Mən isə bilirəm ki, məmurların məhz magistratura şöbəsində tədrisə cəlb edilməsi bu universitetin ilkin elmi dərəcə şöbəsinin xaotik durumda olmasına, dərslərin çox aşağı səviyyədə tədris edilməsinə, magistratura şöbəsinin dekanının özünün heç elmi dərəcəsinin olmamasına, ümumiyyətlə ali təhsili olmayan birinin belə həmin şöbədə rahatlıqla tyutor olmasına çox uyğun haldır. Bu dərsə gəlməyən magistr tələbə-müəllim hesabına yaradılmış şəraitlə mümkün olub. 

Əgər dövlət başçısı ölkəmizdə peşəkar yerli aqrar mütəxəssis hazırlığına gecə-gündüz can yandırırsa, son 5 ildə 60 milyondan çox büdcə pullarını ADAU-nun inkişafına yönəldirsə hansı haqla rektor belə özbaşınalıqlar etməlidir? Tədrisi diz çökdürüb aqrar mütəxəssisləri əslində alimliyə aparmalı olan magistr şöbəsini yarıtmaz hala salmalıdır? 

Universiteti bəzi məmurlar üçün sosial yardım mərkəzinə döndərilməlidir? Bu harada yazılıb? Axı bunca özbaşınalıqların dəyirmanına kimlər su tökür ki, rektor da ADAU-da öz atını öz istədiyi kimi dördnala çapır?  

Xeyli müddətdir ki, yazdıqlarım qarşısında özünü lallığa, karlığa və korluğa vuran cənab İnam Kərimova səslənirəm. Sizcə daha bəs deyilmi, bu universitet özbaşınalıqdan və məsuliyyətsizliklərdən nə qədər əziyyət çəkməlidir ki, elmi adları belə şübhə doğuran İbrahim Cəfərova "DUR!" deyəsiniz? 

Nə etməli, bu dəfə də aidiyyatı şəxsləri yuxarıdakı siyahının təftişi ilə baş-başa buraxıram. Əgər rektor İbrahim Cəfərovun idarəçiliyi son dərəcə vazkeçilməzdirsə onda onu oturduğu kreslosunda daha bərk-bərk tutaq!

Bircə yazıq da indi olacaq ADAU-nun halına...

Osman Nərimanoğlu

Demokratik.Az   

Son xəbərlər

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər — CANLI

Prezident Allahverən İsmayılovu təltif etdi

Mülki Prosessual Məcəlləyə dəyişiklik edildi

Bu gün Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək

Azərbaycanda “Konsul leqallaşdırılması” informasiya sistemi yaradılacaq

Azərbaycanda ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə bağlı koordinasiya qrupu yaradılıb

Müsavat Partiyası qurultay KEÇİRƏCƏK

Bayılın göz muncuğu olan parkda yaşıllıq məhv olur - İlham Məmmədov Qafur Məmmədov adına parkda yaşıllıqlara divan tutur - VİDEO

Azərbaycan nefti bahalaşıb

Bu gün Şəki və Qəbələdə qaz olmayacaq

Bu ölkə ABŞ-yə etiraz notası göndərdi

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı - VİDEO

MM-də iki deputat arasında gərginlik: "Bu qanunun əleyhinə səs verəcəm"

COP29-la əlaqədar vergi və ƏDV güzəştləri müəyyənləşir

Dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin siyahısı dəyişir

“AzerGold” QSC-nin 1-ci rübdə pərakəndə satış gəliri 8% artıb

Boşanmaq istəyənlər 15 dollar ödəyəcək

Aşağı keyfiyyətli alkoqollu içkilərin satışının qarşısı alınacaq

Bu işçilərə kompensasiya veriləcək

Siqaret istehsalında yerli xammaldan istifadə tələbi qoyulacaq

Azərbaycanda yeni rüsum müəyyənləşir

Gürcüstandan sərhədin demarkasiyasına başlanılması ilə bağlı AÇIQLAMA

DTX-nin xaricdəki nümayəndələrinin gəlirləri vergidən azad edilir

Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib

Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma aradan qaldırılır

Bu gün Ermənistanda sərhədin demarkasiyasına başlanılacaq

İran XİN-dən 4 kəndin Azərbaycana qaytarılması ilə bağlı AÇIQLAMA

Məhkəmə Əvəz Zeynallının apellyasiya şikayətini təmin etməyib

Bütün xəbərlər