Gündəm
Gündəm
Putin beş nüvə gücünə çağırış etdi: Gəlin...
Rusiya Federasiyasının prezidenti Vladimir Putin Federal Məclisə illik Mesajında dünya güclədirnə də səslənib.
Vladimir Putinin fikrincə, Birləşmiş Millətlər Təşkilatını quran beş nüvə gücü bəşəriyyətin qorunması və inkişafı üçün xüsusi bir məsuliyyət daşıyır. Bu ölkələr müdriklik, cəsarət və siyasi iradə göstərməli və məsuliyyətlərini dərk etməlidirlər.
"Beş güc qlobal müharibəyə aparan ilkin şərtlərlə mübarizə aparmalı, təhlükəsizlik strategiyası hazırlamalıdır. Eyni zamanda, beynəlxalq əlaqələrin siyasi, iqtisadi və hərbi cəhətlərini də nəzərə almaq vacibdir", - deyə Putin əlavə edib.