Gündəm


Nazirlik ciddi nöqsanlara görə işdən azad olmuş işçilərə yüksək vəzifə verdi-Video








 

Ötən ilin son ayları demək olar ki, yadda qalan hadisələrlə sona çatdı. Təbii ki,baş verən hadisələr yüksək ranqlı məmurların canlarına xüsusi bir qorxu salmışdır. Cəmiyyət isə baş verən hadisələrə böyük əhval ruhiyyə ilə münasibət göstərirdi. Bəs görəsən əhalinin yüksək əhval ruhiyyədə olması nəyin göstəricisidir?

Məsələyə tam təfərrüatlı yanaşaq. Ötən ilin son aylarında ölkə başçısının göstərişinə əsasən bir neçə yüksək ranglı məmurun həbs olunması və bir neçəsinin də tutduğu vəzifədən azad olması ilə sona çatdı. Bu cür gedişata xoşhal olan insanlar düşünürdülər ki,köhnə məmurları əvəz edən yeni kreslo sahibləri əhaliyə xüsusi diqqət göstərəcək. Amma gedişat onu deməyə əsas vermir. Bəs görəsən nəyə görə vəzifə başına keçən hər bir məmur xalqın və dövlətin maraqlarını deyil,öz şəxsi maraqlarını düşünür?

Dəyərli oxucularımız bu gün "DogruXeber.az" informasiya agentliyi olaraq diqqətinizə çatdıracağımız məlumat hər birinizə məlum olan,Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin qanunsuluğa necə rəvac verməsi ilə bağlı olacaqdır. Barəsində dəfələrlə məlumat vermişik ki,yaşıllıqları məhv edən bir qurup vəzifəsindən sui istifadə edən məmurlar,şəxsi maraqları üçün qanuna zidd əməllərə imza atırlar. Bu cür hadisələrin qarşısının alınması üçün bir neçə dəfə həyacan təbili çalmışıq ki,nazir bu hadisələrə dur desin. Təəssüflər olsun ki,düşündüklərimizin əks olduğunun şahidi olduq.Kiçik xatırlatma olsun deyə yaxın keçmişdə baş vermiş hadisəni sizlərə xatırladırıq. Keçmiş Ekalogiya Naziri Hüseyinqulu Bağırovun dövründə böyük nöqsanlara yol verdikləri üçün, vəzifələrindən əmək məcəlləsinin müvafiq maddəsi ilə azad olunan bir neçə işçini hazırki nazir Muxtar Babayev yüksək vəzifələrə təyin etmişdir.

Həmin şəxsləri diqqətinizə çatdırmazdan öncə kiçik bir məsələyə toxunmaq məncə yerinə düşərdi. Bu gün dünya üzrə şahid oluruq ki,hər bir dövlətdə vəzifəsinə laqeyid yanaşan hər bir şəxs, istər məmur olsun istərsə də siravi bir işçi dərhal onun üçün qanuni tədbir görülməklə yanaşı işindən azad edirlər. Hələ-hələ qalsın verilən vəzifədən sui istifadə edib,dövləti və xalqı deyil,öz şəxsi maraqlarını düşünsün. O zaman isə şəxsin aqibəti düşündüyümüzdəndə fərqli olur. Misal olaraq Ukrayna dövlətini qeyd etmək məncə kifayət edər. Bu dövlətdə vəzifəsinə xəyanət edən və rüşvət alan məmuru hər kəsin gözü qarşısında "zibil qabı"na atırlar. Digər məmurlara görk olsun deyə bu əməli edirlər.


Bu yerdə "Bəyin oğurlanması" filmindəki sujet yadıma düşdü "bəs o əjdahadan bizdə niyə yoxdur" əlqərəz keçid alaq əsas mövzumuza. Yuxarıda qeyd etmişdik ki,keçmiş Ekalogiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırovun zamanında vəzifələrinin öhdəsindən gələ bilməyən bir neçə məsul işçiləri ,tutduqları vəzifələrindən azad etmişdir. Hətta mediada gedən məlumatlara əsaslansaq,onların arasında Bəybala Allahyarov 70-in C-si ilə işdən çıxarıldığı qeyd olunmuşdur. Bəli düz eşitdiniz,həmin B.Allahyarovdur ki, bu gün Şabran Regional Meşə Təsərrüfatı Mərkəzinin direktor vəzifəsində çalışır.

Hələ bu harasıdır işlərinə laqeyd yanaşan və ciddi nöqsanlara yol verən Ağaqardaş Qaraşov,İlqar Qəribov və Vüqar Sultanov da keçmiş nazir H.Bağırovun zamanında vəzifələrindən azad edilmişdir. Əfsuslar olsun ki,bu gün nazir M.Babayev sanki rəqabət aparırmış kimi adları qara siyahıda olan şəxslərə yüksək vəzifələr verir. Müdriklər gözəl buyurub "əməli adətə çevirsən onu tərgitmək asan olmaz" indi siz deyin,meşələri çapıb talamağa adət edən və rüşvətə əlləri bulaşmış bir qurup məmuru yenidən yüksək vəzifəyə təyin etdikdə hansı "yüksək" nəaliyyətləri gözləyirsiniz?

Ekalogiya və Təbii Sərvətlər nazirinin müavini Firdosi Əliyev yuxarıda adları qeyd olunan şəxslərə "krişalıq" etdiyi hər kəsə məlumdur. Belə ki,F.Əliyev A.Qaraşovun həmyerlisidir və elə bu səbəbdəndir ki,o qədər nöqsanlara baxmayaraq bu gün hazırda A.Qaraşov meşələrin inkişafı departamentinin direktoru vəzifəsində çalışır. Oki qaldı İlqar qəribova deyilənlərə görə bu şəxsin anasının erməni olduğu iddia olunurdu və eyni zamanda A.Qaraşovun həm tələbə yoldaşı və kivrəsidir. Hazirda isə İ.Qəribov Qəbələ Meşə Təsərrüfatı Mərkəzinin direktorudur. Zəncirvari yaxınlıqlar bu gün onu deməyə əsas verir ki,necə işləməyinə baxma "adamın adamı olsun gərək" buda bəxtəvərlərdə var da. Xülasə,bəs görəsən meşələrdə baş verən qanunsuzluqlara nazir nə vaxt dur deyəcək?

Dəyərli oxucularımız yəqin ki,agentliyimizin ötən buraxlışında Yasamal rayonu Tibilisi prospektində "İST" yanacaq doldurma məntəqəsinin yanında böyük sahəni əhatə edən yaşıllıqların bir qurup işbazlar tərəfindən zəpt olunduğu haqda gedən məlumatı izləmisiniz. Bu gün aldığımız məlumata görə sözügedən ərazini qanunsuz zəpt edənlər,bu işin ərsəyə gəlməsi üçün bir sıra dövlət qurumlarını rüşvət qarşılığında razı salmışdır. Məlumatlarda xüsusi yer alan isə Ekalogiya və Təbii Sərvərlər nazirliyinin məsul işçisi Xalıqverdi Hüseynovun da adı yer almışdır.

Bu haqda gələn buraxlışlarımızda geniş məlumatları diqqətinizə çatdıracağıq.
Bizi izləyin..!

"DogruXeber.az"




Son xəbərlər

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Bütün xəbərlər