mumtv.az
mumtv.az

Mafiya ilə əlaqə futbolçunun karyerasını məhv etdi

Mafiya ilə əlaqə futbolçunun karyerasını məhv etdi
13-01-2020, 17:05 12 dəfə baxılıb

Mafiya ilə əlaqə futbolçunun karyerasını məhv etdi

 

 

 

 

 

 "Yuventus", "Fiorentina" və "Palermo"nun keçmiş futbolçusu Fabrisio Mikkolinin "Koza Nostra" Siciliya mafiyasının patronlarından birinin oğlu ilə tanış olub və ona olan borcun qaytarılmasında yardım istəyib.

 

Mikkoli karyerasının çox hissəsini Siciliyanın "Palermo" klubunda keçirib və "Koza Nostra"nın rəhbərlərindən biri olan senyor Ninonun oğlu Mauro Lauriçella ilə də burada tanış olub. Məhkəmədəki oyunçu tanışlığını gizlətməyib, lakin Mauronun valideynləri barədə məlumatsız olduğunu deyib.

 Qeyd edilir ki, "Palermo"nun fizioterapevti Corcio Qasparini onun 12 min avro borcunu qaytaraq istəmədikdə Mikkoli kömək üçün Lauriçellaya müraciət edir. Mafiya ilə əlaqəyə görə o, borcludan 20 min avro alır və bunun 40%-i görülən işin zəhməthaqqı olub. 

Məhkəmə borcluya təzyiq metodlarını çox sərt hesab etdiyi üçün Lauriçella 7 il həbs cəzasına məhkum edilib. Mikkoli isə 3,5 illə canını qurtarıb. 2017-ci ilin oktyabrında qəbul edilmiş hökmə 2020-ci ilin ilk həftəsində məhkəmə orqanlarında təkrar baxış olub, amma futbolçunun müraciəti rədd edilib və ilkin hökmü qüvvədə saxlanılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA