Gündəm

İcra başçısını hədələdi
Ötən yazımızda 35 saylı Xətai seçki dairəsindəki əsas rəqiblərin - Ümid Partiyasının sədri İqbal Ağazadənin və "Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun arasında "bir-birinə hücum etməmək” barədə şifahı razılıq (AXP sədri Pənah Hüseynin vasitəçiliyi ilə) əldə olunması barədə qeyd etmiş və belə bir proqnoz vermişdik ki, tezliklə bu razılıq pozulacaq, tərəflər fürsət düşdükcə bir-birinin boşluqlarından istifadə etməyə çalışacaq, bir-birinə qarşı antitəbliğat tezislərini dövriyyəyə buraxacaqlar.

Budur, dünən İqbal Ağazadə sosial mediada yaydığı videomüraciətdə Rauf Arifoğlunun adını çəkmədən onun "səngər”inə doğru bir neçə "atəş açıb”., necə deyərlər, atəşkəsi pozub.

Partiya sədri Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyevə müraciət edərək, onu seçkilərə müdaxiə etməməyə çağırıb və əgər bu istiqamətdə fəaliyyətinə davam edərsə, onun barəsində ifşaedici məlumatlar yayacağı ilə hədələyib.

Ümid rəhbərinin bu cür hədələyici müraciətinin əsas səbəbi odur ki, "Yeni Müsavat” qəzetində Xətai rayonundakı bərbad küçələrin, yaşayış massivlərinin problemlərindən bəhs edən yazılar dərc olunub, bundan qısa müddət sonra İcra Hakimiyyəti öz vəzifə borcunu yerinə yetirərək həmin problemləri həll etməyə başlayıb.

"Yeni Müsavat” qəzeti isə, "biz yazdıq, problemlər həll olundu” məzmunlu daha bir yazı dərc edib.

Əslində bura qədər hər şey normaldır, "Yeni Müsavat” qəzeti də, digər media qurumları da bütün il boyunca ölkədəki analoji problemlərdən yazırlar və bəzi hallarda İH-lər, bələdiyyələr həmin siqnallara müsbət cavab verir, gücləri çatan problemləri (yol, su, işıq, kanalizasiya və s.) həll edirlər. İcra hakimiyyətləri son zamanlar bu işləri adlarının dilə-dişə düşməməsi üçün çox sürətlə həyata keçirirlər. Ona görə ki, həssas məqamdır, ölkədə islahat gedir, adları yarıtmaz məmur kimi "qara dəftər”ə düşənlərin karyerasında problem yaranır. Bu baxımdan indiki məqamda İH məmurlarının siqnallara operativ reaksiya verməsi anlaşılandır.

Lakin 35 saylı dairədə məsələni qəlizləşdirən əsas detal odur ki, problemlərdən yazan və onların həll edildiyi zaman əksər qəzet və saytlar kimi, "biz yazdıq, problemlər həll olundu” deməkdən özünü saxlaya bilməyən "Yeni Müsavat” qəzeti 35 saylı seçki dairəsindən rəsmi namizəd Rauf Arifoğluya məxsusdur. Ona görə də qəzetin "biz yazdıq, problemlər həll olundu” məzmunlu qeydləri dolayısı ilə "Rauf Arifoğlu filan problemləri həll etdi” anlamına gəlir, ya da gətirilir.

Bununla, dolayısıyla olsa da, İqbal Ağazadə birbaşa seçki təbliğatı, hətta "administrativ resursların Arifoğlunun xeyrinə sərf edilməsi” xəttini görür.

Gerçəkliyə qalsa, burada heç bir qanun pozuntusu yoxdur, qəzet yazır, İH problemləri həll edir. Və bunu onlara yasaqlamaq olmaz. Hər kəs öz işini görür. Görülən işlərin namizədlərdən birinin ayağına yazılması isə artıq yozmaq məsələsidir. Əgər Rauf Arifoğlu çıxıb açıq tekstlə "filan küçələrdəki problemləri mən həll etdim” desə və ya jurnalistlər "o problemləri Rauf Arifoğlu həll etdi” yazsa, bu seçki təbliğatı sayıla bilər. İndiki halda isə bu qənaətə yalnız mövzuya dair məqamları yoza-yoza, detalları bir araya toplayaraq, aralarında bağlantı qurmaq yoluyla gəlmək mümkündür. Və İqbal Ağzadə də belə edir.

Onun belə bir müraciət etməsi və bunun ilk, ancaq sonuncu olmayacağını bildirməsi iki mətləbdən xəbər verir:

1. Ağazadə Arifoğlundan bu cür qızğın seçki kampaniyası gözləmədiyi üçün öz kampaniyasının bir qədər sönük qaldığını, indiyə qədər neytral mövqedə olmuş seçicilərin rəqibinə doğru meylləndiyini görür və haqlı olaraq əndişələnir.

2. O, bu kütləvi meyllənmənin üzərinə inzibati resursların da Arifoğlunun xeyrinə ola biləcəyi ehtimalını gəlir və İH başçısının təhdid etməklə onu neytrallaşdırmağa, seçkinin nəticələrinə indidən kölgə salmağa çalışır.

Lakin bu müraciətin əsas mənfi cəhəti odur ki, İH başçıları gərək seçki bitənə qədər öz vəzifə borclarını yerinə yetirmək əvəzinə hərəkətsizlik etsinlər, seçki kampaniyasının bitməsini gözləsinlər. Çünki onların qol qoyduğu hər hansı bir abadlıq işi namizədlərdən birinin və ya bir neçəsinin xidməti kimi yozula bilər.

Bu isə, əslində xalqın ümdə maraqlarına zidd mövqedir. Çünki hər kəsə aydındır: bu ölkədə əsas abadlıq işləri seçki ərəfəsində görülür. İH aparatları və bələdiyyə şuraları məhz seçkilər ərəfəsində (bir də dövlət rəhbərliyinin təşrif buyuracağı məqamlarda) öz işlərini canfəşanlıqla görürlər. Əgər onları təhdid edərək öz görəcəkləri işi təxirə saldırsalar, onda insanların problemlərinin həlli bir az da ləngiyəcək, ya da tamamilə ertələnəcək (yaddan çıxacaq da demək olar). Bununla belə, İqbal Ağzadənin Rafiq Quliyevə ünvanladığı müraciətin sonunda yaxşı bir fikir var. O deyir ki, özü də bənzər videolar çəkib, bəzi küçələrin problemlərini qaldıracaq və İH başçısından adekvat münasibət gözləyəcək.

Bax, bu, çox yaxşı olar. Arada camaatın problemləri həll edilər. Lakin bu halda İqbal Ağazadənin təcili bir qəzet (sayt, tv) təsis etməsi lazımdır ki, bu qurum "biz yazdıq, problemlər həll olundu” qeydi ilə çıxış edə bilsin. Yoxsa "İqbal Ağzadə çəkdi, yazdı, problemlər həll olundu” qeydi yolverilməz seçki təbliğarı hesab olunacaq.

Son xəbərlər

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Bütün xəbərlər