mumtv.az
mumtv.az

Türkiyəli aparıcı Alim Qasımov və qızından üzr istəyəcək

Türkiyəli aparıcı Alim Qasımov və qızından üzr istəyəcək
10-01-2020, 17:51 39 dəfə baxılıb

 
Türkiyəli aktyor-aparıcı Okan Bayülgən "TV 100” televiziyasında aparıcısı olduğu "Uykusuzlar klubu” verilişində Azərbaycanın xalq artisti Alim Qasımov və əməkdar artist Fərqanə Qasımovaya qarşı hörmətsizlik edib. Mumtv bildirirki  Lent.az -ın məlumatına görə, Okan bildirib ki, şənbə günü saat 23:00-da həmin proqramın növbəti buraxılışında xanəndələrdən üzr istəyəcək.

Xatırladaq ki, verilişdə Okan Bayülgənin Alim Qasımovun qızına himayəçilik etməsinin təqdir etmək məqsədilə işlətdiyi ifadə Azərbaycan cəmiyyətində birmənalı qarşılanmayıb.

"Uykusuzlar klubu” verilişinin prodüseri Pınar Yüzbaşıgil Turan Lent.az -ın əməkdaşına bildirib ki, Okan Bayülgən şənbə günü yerli vaxtla saat 23.00-da proqramın əvvəlində bu məsələyə aydınlıq gətirəcək: "Okan bəy Azərbaycan türkcəsini çox sevir. Onun Alim Qasımovun sənətinə də, şəxsinə də çox böyük sayğısı var. Okan Bayülgən sözügedən proqramda işlətdiyi ifadənin yanlış anlaşılmasına çox təəssüf edir və bununla bağlı üzrxahlığını ifadə edəcək. Ümid edirik ki, məsələyə aydınlıq gətirdikdən sonra bu aqressivlik aradan qaldırılacaq






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA