mumtv.az
mumtv.az

Namizədlər saniyəsi 65 manata efirə çıxacaq... - Ekspert

Namizədlər saniyəsi 65 manata efirə çıxacaq... - Ekspert
10-01-2020, 17:47 8 dəfə baxılıb

 

 

 

 

 

 Yanvarın 17-dən etibarən Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar təşviqat kampaniyası başlayır. Artıq İctimai Televiziyada (İTV) deputatlığa namizədlərin ödənişli seçkiqabağı təşviqatı üçün qiymətlər də müəyyənləşib.

Belə ki, namizədlərin çıxışının saniyəsinin qiyməti minimum 22, maksimum isə 65 manatdır. Çıxışlar 5 və 6 dəqiqə nəzərdə tutulur.

Mövzunu Axar.az-a şərh edən professor, media eksperti Qulu Məhərrəmli müəyyən edilmiş qiyməti yüksək hesab edir:

"Namizədlər üçün pullu efir saatı həmişə olub. Ancaq hesab edirəm ki, hazırda müəyyən edilən qiymətlər yüksəkdir”.

Q.Məhərrəmli bildirib ki, qiymətlər müəyyən edilərkən namizədlərin iş adamı, biznesmen olmadığı nəzərə alınmalıdır:

"Qiymətlər nə qədər aşağı olsa, namizədlər üçün bir o qədər yaxşı olardı. Xüsusilə nəzərə almaq lazımdır ki, budəfəki seçkiyə qatılanlar arasında oliqarx, iş adamı, biznesmen azdır. Namizədlərin əksəriyyəti tanıdığımız, imkanlarına bələd olduğumuz elm, təhsil adamları, mətbuat nümayəndələridir. Hamıya da məlumdur ki, bu kütlədə böyük pullar yoxdur. Ona görə də hesab edirəm ki, optimal namizədlərin əksəriyyətinə uyğun bir qiymət müəyyən edilsəydi, çox yaxşı olardı”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA