Üçüncü çağırış Milli Məclisin deputatı olmuş Lalə Abbasova fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək.
Mumtv Turkustan.info-a istinadən xəbər verir ki, bu barədə modern.az-a Lalə Abbasova özü məlumat verib.
O, namizədliyinin qeydə alındığını bildirib:
"55 saylı Xaçmaz şəhər seçki dairəsindən namizədliyimi irəli sürmüşdüm. Artıq namizədliyim Dairə Seçki Komissiyası tərəfindən qeydə alınıb”.
Qeyd edək ki, Lalə Abbasova "Qadın və tərəqqi” İctimai Birliyinin sədridir. Heç bir partiyanın üzvü deyil.