Gündəm

Niyə deputat olmaq istəyirsiniz? – Cavablara baxın…


Azərbaycanda fevralın 9-da növbədənkənar parlament seçkiləri keçiriləcək. Artıq namizədlərin irəli sürülməsinə başlanılıb. Mərkəzi Seçki Komissiyasının son məlumatına görə, 456 şəxsin namizədliyi təsdiqlənib.

Maraqlıdır, ayrı-ayrı peşə sahibləri, nüfuzlu və ya sıravi vətəndaşlar niyə deputat olmaq istəyirlər?

Modern.az bu sual ətrafında deputatlığa namizədlər arasında sorğu keçirib.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu cəmiyyətimiz, millətimiz və xalqımızla bağlı çoxlu ideyalarının olduğunu söyləyib:

"Bunun həyata keçirilməsi üçün ən yaxşı vasitə məhz parlamentdir. Qanunvericilik təşəbbüsü məhz parlamentə məxsus olduğuna görə, biz cəmiyyətin inkişafı, milli problemlərin həllinə kömək edəcək qanunların təklifinə başlamalıyıq. Ona görə, mən partiya sədri kimi xalq üçün reallaşdırmaq istədiyim fikirləri Azərbaycan qanunları çərçivəsində reallaşdırmağı məqsədəuyğun hesab edirəm”.

Beşinci Çağırış Milli Məclisin deputatı Vahid Əhmədov 15 ildir Quba camaatını Milli Məclisdə təmsil etdiyini xatırladıb:

"Bu müddət ərzində rayonda, eləcə də ölkə üçün xeyli iş görülüb. Bundan sonra da yarımçıq qalan – işlərimizi davam etdirməyi düşünürəm. İnsanlar da bunu dəstəkləyir”.  

Təhsil eksperti Kamran Əsədov isə öncə doğulub boya-başa çatdığı rayonun problemlərini sadalayıb:

"Mən Nefçalada doğulub, böyümüşəm. Kəndimizdə nə uşaq baxçası var idi, nədə ki, məktəb. Bunlar üçün 10 kilometr uzaqda olan qonşu kəndlərə gedirdik. 2003-c ildə orta məktəbi bitirib, təhsil almaq üçün Neftçaladan çıxdım. 2007-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin bakalavr, 2009-cu ildə magistr, 2015-ci ildə BDU-nun Azərbaycan tarixi kafedrasını Vətən tarixi üzrə doktoranturanı, 2018-ci ildə MEA-nın Tarix institutunun Qafqaz ölkələri tarixi şöbəsinin doktorantura pulləsini bitirdim, orta məktəblər üçün tarix dərsliklərinin müəllifi oldum. Bu illər ərzində Neftçalaya gedəndə orada heç bir inkişaf, dəyişiklik görmədim. Hər dəfə rayona gedəndə insanların problemlərini deməyə deputatlarını görmədiklərini, məmurların onlara xidmət etmədiklərini eşitdim, gördüm. Digər tərəfdən isə ölkədə təhsilin inkişafı üçün qanunvericilik bazasının formalaşmasında müəyyən çatışmazlıqların olduğunun şahidi oldum. Hələ də içməli su, işsizlik ilə bağlı problemlər qalmaqda davam edir. Əsas məsələ, bizim kənddə yenədə məktəb, bağça, kitabxana, poçt yoxdur. Kənd və qəsəbə daxili yollar bərbad vəziyyətdədir, hələ də qəzalı vəziyyətdə olan məktəblər var, qazlaşma ilə bağlı rayonda problemlər mövcuddur. 80 mindən çox əhalisi olan, 50 dən çox yaşayış məntəqəsi olan Neftçala kəndlərində bankomat yoxdur. Kəndlilər təqaüdlərindən pul çıxarmaq üçün rayon mərkəzinə, qonşu kəndə gedirlər. Kəndlərdə baxçaların olmaması uşaqların normal inişafına maneə yaradır. Rayon üzrə cəmi 16 uşaq bağçası var ki, bu da bağça yaşlı uşaqların yalnız 4 faizini əhatə edir”.

Kamran Əsədov qətiyyətlə vurğulayıb ki, insanlara dəstək verməyi özünə borc bilir:

"Neftçalalıların mövcud problemlərinin həllində mənim dəstəyimə ehtiyacları var. Mən deputat mandatı uğrunda mübarizə aparmıram, mən ölkə Prezidentinin siyasətinin yerlərdə tam şəkildə həyata keçirilməsini təmin etmək üçün, ölkəmizin, rayonumuzun inkişafı, təhsil qanunvericiliyinin təkmilləşdirilməsi üçün bu marafona qoşulmuşam. Neftçalalıların dərdini dinləyəcək, onlara yol göstərəcək, onların içindən çıxmış birinə ehtiyacları var. Hesab edirəm ki, bilik və bacarıqlarım, təcrübəm həm ölkəmizin, həm təhsilimizin, həm də Neftçalamızın inkişafına xidmət edəcək. Mən bunu edə biləcək kompitensiyaya malikəm. Mənim deputat olmağım məndən çox ölkəmiz, dövlətimiz, Neftçalamız üçün faydalı olacaq”.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, xalq şairi Sabir Rüstəmxanlı isə səbəblərini bu cür ifadə edib:

"Bir şəxs tək namizədliyini irəli sürdüyü dairənin deputatı seçilmir, millət vəkili seçilir. İndiyə qədər millət üçün etdiyimiz işlərin davamı üçün namizədliyimi irəli sürdüm”.

Demokratik İslahatlar Partiyasının sədri, beşinci çağırış Mİlli Məclisin deputatı Asim Mollazadənin isə əsas məqsədi müasir, demokratik Azərbaycandır:

"İslahatların davamı, bunun nəticəsində qüdrətli Azərbaycan dövlətinin formalaşdırılması əsas niyyətimizdir. Azərbaycanın ərazi bütövlüyü və güclü dövlət kimi inkişafı hər bir vətəndaşın istəyi olmalıdır. Əsl deputat məhz dövlətinə sədaqətlə xidmət etməlidir”.

Ana Vətən Partiyasının sədri, beşinci çağırış Milli Məclisin deputatı Fəzail Ağamalı növbəti çağırışda deputat seçiləcəyi təqdirdə siyasi proseslərdə yeni hədəflərinin olmadığını söyləyib:

"Mənim hədəfim güclü, demokratik, bütöv Azərbaycandır. Bu amala partiya sədri kimi illərdir xidmət edirəm. Bu xidmətimi yenidən deputat seçilsəm, davam etdirəcəyəm”.

Son xəbərlər

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Bütün xəbərlər