Gündəm

Ölkə başçısının fərmanı ilə Təhsildə Keyfiyyət Təminatı Agentliyi yaradılıb. 

Belə ki, Prezident İlham Əliyev Təhsil Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi və "Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 17 yanvar tarixli 479 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” fərman imzalayıb. Fərmana əsasən, Təhsil Nazirliyinin tabeliyində olan Akkreditasiya və Nostrifikasiya İdarəsi Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu olan Təhsildə Keyfiyyət Təminatı Agentliyinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək.

Yeni qurumun yaradılması təhsilin keyfiyyətində hansı dəyişikliklər yaradacaq?

Turkustan.info bildirir ki, təhsil üzrə ekspert Elşən Qafarov Cebhe.info-ya açıqlamasında deyib ki, yeni agentliyin yaranması təhsil sahəsində və keyfiyyətində müsbət irəliləyiş olacaq:

"Əvvəl Təhsil Nazirliyinin tabeliyində olan Akkreditasiya və Nostrifikasiya İdarəsi vardı. İndi akkreditasiya bir qədər də genişlənib. Hazırda məktəbəqədər və ümumtəhsil müəssisələrindən başqa digər tədris müəssislərinin hamısı akkreditasiya olunur. Bu iş genişləndiyindən 2019-cu ilin yanvarın 1-dən Prezident nostrifikasiya işini Təhsil Nazirliyinin Aparat rəhbərinə tapşırdı. Bu sahədə struktur dəyişikliyi gözlənilirdi. Ayrıca bir agentliyin yaradılması çox müsbət addımdır. Çünki publik hüquqi şəxs olaraq nostrifikasiya qaydaları ödənişli həyata keçiriləcək. Yəni diplomunu nostrifikasiya etmək istəyən şəxs bununla bağlı müəyyən ödəniş edəcək. Ona görə də artıq bu qurum publik hüquqi şəxsdir. İkinci bir tərəfi odur ki, bu agentliyə təhsilin keyfiyyəti ilə bağlı müəyyən səlahiyyətlər verilib. Bu da təhsildə bütün pillələr üzrə bütün qiymətləndirmələrin aparılması üçün agentliyin işi və finksiyası olaraq bəlli olacaq. Baxmayaraq ki, Təhsil Nazirliyinin sifarişi əsasında fəaliyyət göstərəcək. Amma bu qurum təhsil sahəsində  uğurlar və  nöqsanları üzə çıxarmaqda kömək edəcək. Düşünürəm ki, təhsilimiz üçün çox müsbət bir addımdır”. 

Qeyd edək ki, Təhsil Nazirliyi yeni yaradılan agentliyin vəzifələrini açıqlayıb. "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda təhsilin keyfiyyəti başlıca strateji prioritet elan olunub. Sənəddə ölkəmizdə keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında aparıcı mövqe tutan təhsil sisteminin formalaşdırılması məqsədi ilə təhsilin keyfiyyətini ölçən göstəricilər sisteminin təkmilləşdirilməsi və təhsilin maliyyələşdirilməsinin onun keyfiyyətinə yönəldilməsi kimi hədəflər öz əksini tapıb.

Göstərilən hədəflərə nail olunması və mövcud tələblərə cavab verən effektiv keyfiyyət təminatı sisteminin formalaşdırılması üçün ölkəmizin beynəlxalq səviyyədə üzərinə götürdüyü öhdəliklərə uyğun təşkil olunmuş təhsildə keyfiyyət təminatı sisteminin yaradılması zəruridir. Sadalanan tədbirlərin həyata keçirilməsi Azərbaycanın təhsil müəssisələrinin beynəlxalq reytinqlərdə irəliləməsinə və dövlət büdcəsindən kadr hazırlığı üçün ayrılan vəsaitin səmərəli və məqsədyönlü şəkildə istifadə olunmasına xidmət edəcək

Son xəbərlər

Məktəb direktoru icra başçısına müavin təyin olundu

Bu universitet publik hüquqi şəxsə çevrildi - Baş nazirdən qərar

"Qarabağ" "Qəbələ"yə, "Zirə" "Neftçi"yə qarşı

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış edib

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Bütün xəbərlər