Gündəm
Gündəm
Ermənilərin istifadə etdiyi ev 2 milyona satışa çıxarıldı - FOTOLAR
Türkiyənin Nevşehir şəhərində mağara ev satışa çıxarılıb.
Mumtv Publika.az -a istinadən xəbər verir ki, 40 otaqdan ibarət, 800 kv/km-lik mağara evin qiyməti 2 milyon 750 min Türkiyə Lirəsidir (785,675 manat).
Tamamilə təbii infrastruktura sahib 5 mərtəbəli evin qapıları oyma oval qaplardan ibarətdir. Qapıları itələməklə bağlamaq mümkündür. Mağara daha əvvəl romalılar və ermənilər tərəfindən istifadə edilib.
Evin elanı qısa müddətdə böyük maraq doğurub. Son təklif 2 milyon TL olsa da, mağara ev satılmayıb.