Gündəm

Bildirilir ki, bu il ölkəmizdə inflyasiya 3 faiz olacaq. Dekabrın 13-də də Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 7,75%-dən 7,5%-ə endirilməsi haqqında qərar qəbul edib.

Bəs görəsən, Mərkəzi Bankın bu tarixindəki uçot dərəcəsini dəyişdirmə qərarını nəzərə alsaq, gələn il üçün əsas inflyasiya risklərinin nələr olduğunu proqnozlaşdırmaq olar? Ümumiyyətlə, 2020-ci ildə inflyasiyaya hansı amillər təsir edəcək?

Bu barədə suallarımızı iqtisadçı ekspert Natiq Cəfərli cavablandırıb. O, "Yeni Sabah"a açıqlamasında gələn ildə inflyasiyaya təsir edən əsas amilin neft qiymətləri olacağını bildirib:

"Azərbaycanda mərkəzi bankın uçot dərəcəsi ilə inflyasiya və bankların kredit dərəcələri arasında korrelyasiya pozulub. Mərkəzi Bankın uçot dərəcəsi məsələn, 2014-ü ildə 3% idi, bizdə həmin ildə infilyasiya 4-5% olub. Kredit faizləri də indikindən bir qədər yuxarı idi. Sonra 2 devalvasiyadan sonra bu göstərici 15%-ə qalxdı. Yenə onda da inflyasiya dərəcəsi ilə birbaşa əlaqəsi olmadı. Çox təəssüf ki, bizdə mərkəzi bankın bazara təsirləri çox zəifdir. Ona görə də mərkəzi bankın uçot dərəcəsinin dəyişməsi ilə birbaşa inflyasiyanın və faiz dərəcələrinin arasında əlaqə qurmaq olmur.

Gələn il Azərbaycanın inflyasiya ilə bağlı əsas riskləri sosial xərclərin artması ilə bağlıdır. Builki fərmandan sonra həm minimum əmək haqqında, minimum təqaüdlərdə vəsaitlər xərclənəcək. Pul dövriyyəsinin artmasını görəcəyik.

Bundan başqa gələn il inflyasiya yaradan amillərdən biri əhalinin alıcılıq qabiliyyətindən asılı olacaq. Əhalinin alıcılıq qabilliyyəti artdıqca xarici ölkələrdən gətirilən məhsulların həcmi də artır. Bu həmişə belə olub. İdxalın həcmi artdıqca iflyasiyaya müəyyən təkan verir. Amma əsas məsələ neft qiymətləridir. Neft qiymətlərinin büdcədə nəzərdə tutulmuş səviyyədə olması ( yəni, 55 dollar nəzərdə tutulub gələn il) Azərbaycanın bütün makroiqtisadi nəticələrinə, o cümlədən inflyasiyaya da təsir göstərən əsas amil olacaq. İl ərzində qiymətlər 55 dollardan daha çox olarsa, bu zaman inflyasiya riskləri də xeyli dərəcədə azalmış olacaq".

N.Cəfərli inflyasiyaya bu il təsir göstərən amillərdən də danışıb:

"Bu il rəsmi inflyasiya o qədər böyük deyil. 3% civarındadır. İnflyasiyanın heç olmaması və yaxud da deflyasiya olması, qiymətlərin aşağı düşməsi iqtisadiyyat üçün heç də yaxşı bir şey deyil. Bununla bağlı çox az danışılır. Ölkələrin normal inkişafı və biznesə maraq dairəsinin genişlənməsi üçün heç olmasa, illik inflyasiya 3-4%-lik olması vacib amillərdən biridir. Ona görə də, 3%-lik inflyasiya o qədər də ciddi rəqəm deyil. Biz bu il həddən artıq, kəskin qiymət artımını görmədik. Bu ilin əsas amili pul dövriyyəsinin artması oldu. Azərbaycanda keçən ilə nisbətən bu il nəticə təqribən 9% artdı. Bu da infilyasiyanı sıxışdıran əsas amillərdən biri oldu".

 

Xatırladaq ki, dekabrın 13-də Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 7,75%-dən 7,5%-ə endirilməsi haqqında qərar qəbul edib. Bildirilib ki, faiz dəhlizinin aşağı həddi 5,75%, yuxarı həddi isə 9,25% (uçot dərəcəsinə ±1,75%-lik simmetrik diapazonda) səviyyəsində müəyyən edilib. Qərar həmin gündən qüvvəyə minib. Qedye olunub ki, AMB-nin rəhbərliyi faiz dəhlizinin parametrlərinə növbəti dəfə yanvarın 31-də baxacaq.

Son xəbərlər

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Bütün xəbərlər