Gündəm

İcbari tibbi sığorta haqları ilə bağlı tətbiq olunan cərimə: yığılan pullar bu qurumlar arasında bölünəcək - SİYAHI
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 Gələn il aprelin 1-dən icbari tibbi sığorta haqları ilə əlaqədar qanunvericiliyin tələblərinin pozulmasına görə tətbiq olunacaq maliyyə sanksiyalarının bölüşdürülməsi prinsipi müəyyənləşib.

Bu, Prezident İlham Əliyevin 25 dekabr 2019-cu il tarixdə tətbiqi barədə fərman imzaladığı "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunda əksini tapıb.

Beləliklə, "Tibbi sığorta haqqında” qanunun 15-9.2-ci maddəsinə uyğun olaraq həmin qanunun tələblərinin pozulmasına görə Vergi Məcəlləsinə əsasən vergi orqanları tərəfindən tətbiq olunan maliyyə sanksiyalarının 50%-i aşağıdakı kimi bölüşdürüləcək:

– 5% Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikasının Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularının sosial müdafiəsini gücləndirmək məqsədilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının hesabına köçürülür;

– 22,5% Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin maddi-texniki bazasını və işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə həmin Nazirliyin hesabına köçürülür;

– 22,5% İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin maddi-texniki bazasını və işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə həmin Agentliyin hesabına köçürülür;

"Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-9.2-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən vergi orqanları tərəfindən sığorta haqqının ödənilməsinin gecikdirilməsinə görə hesablanan faiz məbləğinin 30%-i aşağıdakı kimi bölüşdürülür:

– 5% Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikasının Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularının sosial müdafiəsini gücləndirmək məqsədilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının hesabına köçürülür;

– 12,5% Azərbaycan İqtisadiyyat Nazirliyinin maddi-texniki bazasını və işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə həmin Nazirliyin hesabına köçürülür;

– 12,5% İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin maddi-texniki bazasını və işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə həmin Agentliyin hesabına köçürülür.

Qeyd edək ki, gələn il aprelin 1-dən aşağıdakı kateqoriyalar müəyyənləşdirilmiş icbari tibbi sığorta haqqı ödəməlidirlər:

– muzdla işləyən fiziki şəxslər, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Azərbaycan Respublikasının Milli Məclisi və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan şəxslər, seçkili ödənişli vəzifə tutan şəxslər – sığortalı tərəfindən işçinin əməkhaqqının 8000 manatadək olan hissəsindən 2%, 8 000 manatdan yuxarı olan hissəsindən 0,5%, sığortaolunan tərəfindən əməkhaqqının 8 000 manatadək olan hissəsindən 2%, 8 000 manatdan yuxarı olan hissəsindən 0,5%;

– Vergi Məcəlləsinə əsasən sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri)  – minimum aylıq əməkhaqqının 4%-i;

– mülki-hüquqi müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslərə münasibətdə sığortalı qismində onları işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edən şəxslər – gəlirlərinin 8 000 manatadək olan hissəsinin 2%-i, 8 000 manatdan yuxarı olan hissəsinin 1%-i./apa/

 


Son xəbərlər

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Prezidentlər sabah Ağdam və Füzuliyə səfər edəcəklər

Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO

Bakıda taksilərin gediş haqqı qalxdı - VİDEO

Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO

DİN: Həmin ərazi bir müddət əvvəl tam nəzarətə götürülüb

Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR

Ələsgər Məmmədli vəsatətini geri götürdü

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər — CANLI

Prezident Allahverən İsmayılovu təltif etdi

Mülki Prosessual Məcəlləyə dəyişiklik edildi

Bütün xəbərlər