Gündəm


Əli Əsədov tikinti ilə bağlı yeni qərar imzaladı - NƏLƏR DƏYİŞDİ?

Tikinti layihələrinin memarlıq həllərində müvafiq əraziyə uyğun memarlıq üslubuna riayət olunmasına nəzarət ediləcək.

 Mumtv Hurriyyet.org-a istinadən  xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov "Müfəssəl planların hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların Siyahısı”nın təsdiq edilməsi haqqında” 2015-ci il 12 yanvar tarixli 5 nömrəli və "Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2015-ci il 12 yanvar tarixli 6 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə qərar imzalayıb.

2018-ci ildə Prezidentin müvafiq Fərmanı ilə tikintisinə icazə tələb olunan binaların layihələri hazırlanarkən onların memarlıq üslubunun, tikintinin yerləşdiyi ərazinin ümumi memarlıq mənzərəsinə uyğunlaşdırılması mexanizmlərinin işlənilib hazırlanması tapşırılıb .

Yəni, tikilən hər bir bina yerləşdiyi ərazinin (məhəllə, küçə, rayon və s.) ümumi mənzərəsi ilə uzlaşmalı və onun tərkib hissəsi olmalıdır.

Nazirlər Kabinetinin 493 nömrəli Qərarı ilə edilmiş dəyişikliklərə əsasən hər hansı bir müfəssəl plan (məhəllə, qəsəbə və s. yaşayış məntəqəsinin və ya onların bir hissəsinə dair şəhərsalma tələblərini özündə əks etdirən plan) hazırlanan zaman planlaşdırılan ərazinin 3D formatında vizual görünüşünün hazırlanması tələb olunacaqdır.

Ərazinin 3D formatında hazırlanan vizual görünüşündə aşağıdakılar nəzərə alınmalıdır:
- binaların fasadlarının tərtibatında müasir memarlıq üslublarının tətbiqi;
- binaların memarlıq həllərində milli memarlığa xas olan irsin və şərq memarlıq üslubunun müasir formada tətbiqi;
- eləcə də, binaların xarici görünüşünün müvafiq ərazi ilə uzlaşdırılması.

Əgər müfəssəl plan yoxdursa, tikinti layihələri şəhərsalma əsaslandırılması layihələrinə (sırf tikinti obyektinin yerləşdirilməsi üçün hazırlanan planlaşdırma sənədinə) uyğun işlənilməlidir. Odur ki, yuxarıda sadalanan tələblər şəhərsalma əsaslandırılması layihələrinə də şamil edilir.

Şəhərsalma əsaslandırılması hazırlanan zaman binanın memarlıq üslubunun müəyyən edilməsi ilə bağlı sifarişçi (sahibkar, fiziki və ya hüquqi şəxs) tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sorğu ilə müraciət oluna bilər. Həmin müraciətə 10 gün müddətində əsaslandırılmış cavab verilməlidir.

Tikintisinə icazə tələb olunan binaların memarlıq həllərində müvafiq ərazinin memarlıq üslubuna riayət edilmədikdə, şəhərsalma əsaslandırılmasını təsdiq edən orqan tərəfindən sifarişçiyə işçi qaydada uyğunsuzluqların aradan qaldırılması üçün zəruri tövsiyələr veriləcəkdir.

Həmin tövsiyələrə əsasən şəhərsalma əsaslandırılması layihəsi üzrə işlənilmiş memarlıq üslubunu razılaşdırmaq mümkün olmadıqda, layihə üzrə hazırlanması nəzərdə tutulan küçə daxili və məhəllədaxili yolların açılışı cizgiləri sifarişçinin ərizəsi əsasında Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən ödənişsiz qaydada tərtib ediləcəkdir.

Son xəbərlər

Ramin Abdullayevlə bağlı yeni İDDİALAR...

3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin bələdiyyə sədri ilə SÖVDƏLƏŞMƏSİ – VİDEOMÜRACİƏT

"2300 manat maaş, 15 min manat paket alırdım" - KEÇMİŞ NAZİR

Elm və Təhsil Nazirliyində “nüfuz savaşı” — Aparat rəhbəri ilə müavini nəyin davasını aparır?

Ramin Abdullayevin “göydələn” biznesi

Yeni dələduzluq növü: “Kəsirləri düzəldirəm, imtahan ballarını artırıram” - VİDEO

Şahin Bağırov və Qoşqar Təhməzli MİLLƏTİN QƏSDİNƏ DURUB? - İTTİHAM VAR...

Bu tarixdən maaş, pensiya və müavinətlər artırıla bilər

“Bələdiyyələrin statusu haqqında” qanuna dəyişikliklər təsdiqləndi

Dövlət Reklam Agentliyinin yeni sədri kimdir? - DOSYE

Azərbaycanda 10-dan çox su anbarı inşa ediləcək

Həcc ziyarəti üçün kvota bəlli oldu

Bu tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadıldı

Yaponiya və İran XİN başçıları Yaxın Şərqdəki son hadisələri müzakirə ediblər

“Xəzər Hövzəsi Araşdırmaları” proqramının açılışı olub

Bakıda adsız, ünvansız olan küçə və evlərin problemi - VİDEO

Gecə ac qarına yatmağın FAYDALARI

Prezident Şirvan suvarma kanalının təməlini qoyub

İİTKM informasiya sistemlərini “Hökumət buludu”na köçürüb

Sel və ildırım 43 nəfərin həyatına son qoydu

Vardanyanın “zənginlik yolu” – Odioz milyarderin “biznes karuseli” necə fırlanıb? - ARAŞDIRMA

Türkiyə HƏMAS ilə danışıqlar aparacaq

Bu amillər görmə qabiliyyətini azaldır

İş yerini dəyişdirmək istəyən müəllimlərin NƏZƏRİNƏ!

Məişət zorakılığına görə cəzalar sərtləşdirildi

Naxçıvan Ali Məclisində yeni təyinatlar

Ekoloqdan xəbərdarlıq: "Azərbaycanı böyük su problemi gözləyir"

Azərbaycanlı Polşada deputat seçildi

Bu şəxslərə əsas olmadan sığorta ödənişi edildi

Bu vitaminlər həyat üçün təhlükə yarada bilər

Etibarnamə ilə torpaq alqı-satqısı edənlərə xəbərdarlıq - VİDEO

"Azərbaycan Kredit Bürosu" yeni skorinq xidmətini istifadəyə verib

Bütün xəbərlər