Gündəm
Gündəm
Baş Nazirin müavinindən seçki açıqlaması
Bələdiyyə seçkiləri ilə bağlı ilkin nəticələr elan edilib. Yeni Azərbaycan Partiyası (YAP) tərəfındən bələdiyyə seçkilərinə namizəd kimi irəli sürülən üzvlərin əksəriyyət xalqın səsini qazanıb.
Azvision.az xəbər verir ki, bunu YAP-ın sədr müavini - icra katibi, Baş Nazirin müavini Əli Əhmədov "Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
Ə.Əhmədov bildirib ki, sosial layihələrin həyata keçirilməsi ilə bağlı tədbirlər vətəndaşların qəti inamına səbəb olur: "Bütün bunlar da YAP namizədlərinə olan inamı artırır. Onlar ölkənin inkişafına öz töhfələrini verə biləcəklər. Qələbə münasibətilə onların hər birini təbrik etmək istəyirəm".