Gündəm

Qazdan istifadə limitinin sıfırlanması ilə bağlı — RƏSMİ AÇIQLAMA
 
 
 
 
 
 

 
 
 
 
 
 
 
 
İlin sonu yaxınlaşdıqca artıq ictimai müzakirələrdə, internet səhifələrində və sosial şəbəkələrdə qazdan istifadə üzrə illik ayrılmış 10 qəpiklik limitin sıfırlanma məsələsinə diqqət artır.
MUMTV.az xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi Ceyhun Səfərov bildirib.

Onun sözlərinə görə, bir çoxları, hətta bəzi hüquq müdafiəçiləri bu məsələdən danışarkən səhvlərə yol verirlər, çaşqınlıq yaradacaq məqamlar ortalığa çıxır:

"Abonentlərimiz bu məsələdə çaşqın duruma düşə bilərlər. Bu halda isə bu, heç də onların xeyrinə olmaz, fikirlərinin yanlış tərəfə istiqamətlənməsinə səbəb ola bilər.

Bunun üçün də "Azəriqaz” İstehsalat Birliyi bir daha xatırladır ki, limitin sıfırlanması deyilən əməliyyatlar zamanı smart-kart tipli sayğaclarda dekabrın 31-də, gecə saat 00:00-da 2 200 kubmetrlik 10 qəpiklik limit tam sıfırlanır və artıq gələn ilin əvvəlindən hər abonent üçün 2 200 kubmetrlik həcmin yenidən 10 qəpikdən hesablanmasına başlanılır. Yəni dekaberın 31-də gecə saat 00:00-da bu proses öz işini avtomatik olaraq icra edir və sistemdə bu dəyişiklik gedir”.
Qeyd edək ki, smart-kart tipi sayğaclardan istifadə edən 1 milyon 200 minə yaxın abonent mövcuddur. Digər abonentlər mexaniki sayğacdan istifadə edirlər.

"Azəriqaz” rəsmisi bildirib ki, bəzən sosial şəbəkələrdə bu məsələni şərh edən insanlar mexaniki sayğaclarla olan məsələni bütün sayğaclara aid edirlər: "Əslində isə belə deyil. Mexaniki sayğaclarda hesabat dövrü hər ayın 5-dən digər ayın 5-nə qədər olan müddəti əhatə edir. Birliyin əməkdaşları sayğacın göstəricilərinə baxmalı və qeydiyyat prosesini aparmalıdırlar. Bu da abonent bazasında hər bir abonent üçün ayrılıqda hesabat şəklində öz əksini tapmalıdır. Lakin, 2020-ci il yanvarın ilk 5 günü bayram günləri olacaq.

Ona görə də mexaniki sayğacların qeydiyyat prosesinə ilin ilk iş günü - yanvarın 7-dən başlanılacaq. Həmin vaxtdan etibarən, mexaniki sayğacların oxunmasına start veriləcək, bu da maksimum 4-5 gün vaxt aparacaq. Məhz həmin qısa vaxt ərzində mexaniki sayğaclar üzrə illik limitin sıfırlanması mərhələsi əməliyyatı icra ediləcək. Ən geci yanvarın 10-da bu iş tamamlanacaq və hər bir əhali qrupu üzrə abonentə 2020 ci il üzrə yeni 10 qəpiklik qazdan istifadə üzrə 2200 kubmetrlik limit veriləcək”.

O qeyd edib ki, sosial şəbəkələrdə bu məsələlər barədə geniş məlumat almaq istəyən abonentlər yaxşı olar ki, "Azəriqaz” İstehsalat Birliyinin rəsmi səhifəsinə daxil olsunlar: "Bu gündən etibarən artıq bizim rəsmi səhifəmizdə bununla bağlı məlumatlar yerləşdiriləcək. Bundan başqa, gələn həftə ərzində "Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyevin geniş mətbuat konfransı pıanlaşdırılır və bu mətbuat konfransına təkcə jurnalistlər deyil, həmçinin bu barədə yazan hüquq müdafiəçiləri də dəvət olunacaq. Açıq söhbət olacaq və onlar "Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyi ilə fikir mübadiləsinə qoşula bilərlər”.

C. Səfərov əlavə edib ki, əgər mexaniki sayğac istifadə edən abonent öz sayğacının qeydiyyatının daha tez bir zamanda nəzərə alınmasını və bazaya yerləşdirilməsini istəyirsə, ilin əvvəlində öz sayğacının aydın şəklini çəkib "Azəriqaz” İstehsalat Birliyinin facebook səhifəsinə, eyni zamanda 104 və 185 operativ qaynar xətti xidmətinin +99477 3 104 104 watsapp nömrəsinə də göndərə bilər.

Son xəbərlər

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Prezidentlər sabah Ağdam və Füzuliyə səfər edəcəklər

Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO

Bakıda taksilərin gediş haqqı qalxdı - VİDEO

Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO

DİN: Həmin ərazi bir müddət əvvəl tam nəzarətə götürülüb

Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR

Ələsgər Məmmədli vəsatətini geri götürdü

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər — CANLI

Prezident Allahverən İsmayılovu təltif etdi

Mülki Prosessual Məcəlləyə dəyişiklik edildi

Bu gün Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək

Azərbaycanda “Konsul leqallaşdırılması” informasiya sistemi yaradılacaq

Azərbaycanda ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə bağlı koordinasiya qrupu yaradılıb

Müsavat Partiyası qurultay KEÇİRƏCƏK

Bayılın göz muncuğu olan parkda yaşıllıq məhv olur - İlham Məmmədov Qafur Məmmədov adına parkda yaşıllıqlara divan tutur - VİDEO

Azərbaycan nefti bahalaşıb

Bu gün Şəki və Qəbələdə qaz olmayacaq

Bu ölkə ABŞ-yə etiraz notası göndərdi

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı - VİDEO

Bütün xəbərlər