Gündəm
Gündəm
Dünyanın ilk üzən AES-i elektrik enerjisi istehsalına başladı
Dünyanın ilk üzən atom elektrik stansiyası (AES) "Akademik Lomonosov” Rusiyanın şimal-şərqindəki Çukotka Muxtar Dairəsinin Çaun-Bilibin enerji şəbəkəsinə elektrik enerjisi verməyə başlayıb.
Mumtv yerli KİV-ə istinadən bildirir ki, bu barədə "Rosatom” Dövlət Korporasiyası məlumat yayıb.
Bildirilir ki, "Akademik Lomonosov”un generatorları sahildəki elektrik şəbəkəsinə qoşulub və elektrik enerjisinin istehsalına başlayıb.
Üzən AES-in 2020-ci ilədək Pevek şəhərinin istilik sisteminə qoşulması planlaşdırılır.
O da qeyd olunur ki, "Akademik Lomonosov”un da işə düşməsi ilə Rusiyadakı AES-lərin sayı 11-ə çatıb