Azərbaycan dünyada meyvə-tərəvəzlə zəngin olan əsas ölkələrdən biridir. Mən deyərdim ki, dünyada ən dadlı meyvə-tərəvəz Azərbaycandadır. Amma siz onları yemirsiniz. Azərbaycanda insanların meyvə-tərəvəz qəbulu səviyyəsi çox aşağıdır. Bu, sizi narahat etməlidir.
Trend-in məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının Qeyri-infeksiyon xəstəliklərin qarşısının alınması və nəzarəti üzrə Avropa Ofisinin rəhbəri Joao Breda deyib.
Onun sözlərinə görə, meyvə-tərəvəz insanları xərçəng, piylənmə, ürək-damar xəstəliklərindən qoruyur