Gündəm

    1
 

Məcburi köçkünlərlə bağça müdiri arasında çəkişmə - Ortada pul söhbəti varBakı şəhəri Sabunçu rayonunda yerləşən 86 saylı uşaq bağçasında məşkunlaşan məcburi köçkünlərdən AYNA-ya şikayət daxil olub. Şikayətdə deyilir ki, uşaq bağçasının bir korpusunda yaşayan məcburi köçkünlərin mənzillərinin tavanı bərbad vəziyyətdədir.


"1998-ci ildən burada yaşayan 12 məcburi köçkün ailəsinə verilən otaqlarının təmirə ehtiyacı var, yağış yağanda otaq su içində olur, yığılan vedrələrlə suyu boşaltmaqdan bezmişik. Otaqların çoxunun dam örtüyü pis vəziyyətdədir, təzələnməyə ehtiyac var”, - deyə şikayətdə bildirilir.

Məcburi köçkünlərlə bağça müdiri arasında çəkişmə

Onlar qeyd edirlər ki, bağçanın müdiri binaya ayrılan təmir pullarını ancaq özünə lazım olan hissəyə - tikilinin bağçaya düşən tərəfinə xərcləyir: "Biz tərəfin təmir pulunu isə cibinə qoyur, halbuki dövlət vəsaiti bütünlüklə binaya ayrılıb. Xanım müdir deyir ki, "özünüz yaşayırsınız, özünüz də evinizi təmir edin”. Bizim də imkanımız yoxdur”.

Məsələ ilə bağlı AYNA-ya açıqlama verən sözügedən bağçanın müdiri Rəhilə Fətullayevanın sözlərinə görə, bina ötən əsrin əvvəlində istismara verilib və artıq köhnə tikili kimi istismar müddəti bitdiyindən tez-tez təmirə ehtiyac duyulur: "Hər yer çat-çatdır. Binanın əsaslı təmirdən çox, yenidən tikilməsinə ehtiyac var. Binanın bir hissəsində bağça yerləşir, oranın dam örtüyünü yenicə təmir etdirmişik, hər tərəf yamaq olsa da, hələlik problem yoxdur”.

Məcburi köçkünlərlə bağça müdiri arasında çəkişmə

Şikayətçilərin iddiasına gəlincə, müdir deyib ki, həmin otaqların yalnız bir neçəsinin damında problem var: "Məcburi köçkün ailələrinin bir neçəsi öz hesabına tavanı təmir etdirmişdi, amma faydası yoxdur, çünki dam özü sıradan çıxıb, indi də mənlik heç nə yoxdur, zəhmət çəkib özləri təmir etsinlər. İldə üç dəfə siyahı hazırlayıram, imzalayıram, burada məskunlaşan məcburi köçkünlərlə bağlı ölçü götürülür. İcra hakimiyyətinin də xəbəri var vəziyyətdən. Onlar bir otaqda qala-qala toy ediblər, gəlin gətiriblər. Mən neyləyim axı? Onların sayı artıb, artıq onların evə ehtiyacı var”.

"Sözünüzdən belə çıxır ki, bu insanların ailə qurmaq hüququ yoxdur” sualına R.Fətullayeva belə münasibət bildirib: "Onların çoxalmağına görə mən məsuliyyət daşımıram. Bilirsiniz necədir? İstəsələr, orada özlərinə yaxşı şərait yaradarlar. Həm də hazırda şikayət edənlər özləri bu otaqları başqa bir məcburi köçkündən pulla alıb dəyişiblər. Ona görə də, orada yaşayanlarla hər hansı müqaviləm yoxdur, heç onlara görə məsuliyyət daşımıram. Bağça binası hazırda Dövlət Əmlak Komitəsinin balansındadır, açıq satışa, özəlləşdirilməyə çıxarılıb”.

Məcburi köçkünlərlə bağça müdiri arasında çəkişmə

Bağça müdirindən məcburi köçkünlərin yeni yaşayış evləri ilə təmin olunması ilə bağlı hansısa xəbərinin olub-olmadığını soruşduq. "Bu iş növbəli formada həyata keçirilir. Bizə "Qaçqınkom”dan deyirlər ki, "gözləyin”, biz də gözləyirik”.

Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin (QMKİDK) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İbrahim Mirzəyev AYNA-ya deyib ki, Komitəyə ayrılmış vəsait daxilində məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı kompakt yaşayış sahələrinin əsaslı təmiri nəzərdə tutulmur: "Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin kompakt yaşadığı yerlərdə elektrik naqillərinin təmiri və dəyişdirilməsi, dam örtüklərinin, sanitar qovşaqların təmiri kimi cari işlər həyata keçirilir”.

Məcburi köçkünlərlə bağça müdiri arasında çəkişmə

"Bağçalarda müvəqqəti məskunlaşmış məcburi köçkünlərin köçürülməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2004-cü ildə təsdiq etdiyi "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na 2007 və 2011-ci illərdə edilmiş əlavələrdə nəzərdə tutulub. Buna uyğun olaraq qeyd edilən obyektlərdə məskunlaşmış məcburi köçkünlərin mərhələli şəkildə yeni mənzillərə köçürülməsi məsələsinə baxılacaq”, - Mirzəyev əlavə edib.

İqtisadiyyat Nazirliyi nəzdində Əmlak Məsələləri Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Qulu Xəlilov isə AYNA-ya bildirib ki, 86 saylı uşaq bağçası özəlləşdirmə üçün satışa çıxarılsa da, orada baş verənlərin, eləcə də təmir məsələlərin onlara heç bir dəxli yoxdur.

Son xəbərlər

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı - VİDEO

MM-də iki deputat arasında gərginlik: "Bu qanunun əleyhinə səs verəcəm"

COP29-la əlaqədar vergi və ƏDV güzəştləri müəyyənləşir

Dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin siyahısı dəyişir

“AzerGold” QSC-nin 1-ci rübdə pərakəndə satış gəliri 8% artıb

Boşanmaq istəyənlər 15 dollar ödəyəcək

Aşağı keyfiyyətli alkoqollu içkilərin satışının qarşısı alınacaq

Bu işçilərə kompensasiya veriləcək

Siqaret istehsalında yerli xammaldan istifadə tələbi qoyulacaq

Azərbaycanda yeni rüsum müəyyənləşir

Gürcüstandan sərhədin demarkasiyasına başlanılması ilə bağlı AÇIQLAMA

DTX-nin xaricdəki nümayəndələrinin gəlirləri vergidən azad edilir

Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib

Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma aradan qaldırılır

Bu gün Ermənistanda sərhədin demarkasiyasına başlanılacaq

İran XİN-dən 4 kəndin Azərbaycana qaytarılması ilə bağlı AÇIQLAMA

Məhkəmə Əvəz Zeynallının apellyasiya şikayətini təmin etməyib

MDB ölkələrinin fond birjalarının yeni strateji planı qəbul edilib

"Qarabağ uğrunda müharibə aparmaq fikrində deyilik" - Paşinyan

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır

“AzerGold” QSC-nin hasilat həcmlərində artım qeydə alınıb

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Abşeron rayonunda ağacəkmə və təmizlik aksiyaları keçirilib - FOTO

Rusiya sərhədçiləri Ermənistandan çıxır? - Peskov AÇIQLADI

Qubad İbadoğlu ev dustaqlığına buraxıldı - VİDEO

Deputatı sorğu-sual edən olacaqmı? - Sakinlər risq altında yaşayır...

Dövlət Xidməti Komitənin tenderini ləğv etdi – Səbəb bilinmir

"Ramin Abdullayev hər ay 10-larla mənzilə necə sahiblənir?..." - İTTİHAM VAR...

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər

Bütün xəbərlər