Gündəm

Bina tikintisi ilə məşğul olanların nəzərinə!

Milli Məclis tərəfindən 29 noyabr 2019-cu il tarixdə qəbul edilmiş Vergi Məcəlləsinə dəyişikliklərdə bina tikintisi fəaliyyətinin vergiyə cəlb edilməsi ilə bağlı məsələ öz əksini tapıb.

Vergilər Nazirliyindən "Qafqazinfo”ya daxil olan məlumata görə, 1 yanvar 2020-ci il tarixdən etibarən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnun ləğv edilməsi və həmin şəxslər tərəfindən vergi öhdəliklərinin vahid metodla - ƏDV və mənfəət vergisinin ödəyicisi kimi yerinə yetirilməsi nəzərdə tutulur. Həmin tarixədək tikinti obyektinin tikinti-quraşdırma işlərinə başlamış və sadələşdirilmiş vergitutma metodunu tətbiq edən vergi ödəyicisi tikinti-quraşdırma işləri üzrə vergiləri əvvəlki qaydada ödəyir.

 

Tikinti-quraşdırma işlərinə 2019-cu il 1 dekabr tarixindən başlamış vergi ödəyiciləri isə həmin tikinti-quraşdırma işləri üzrə vergitutma metodunu 2020-ci il 1 yanvar tarixinədək seçmək imkanına malikdir. Qanunun 2.2-ci maddəsinə əsasən, tikinti-quraşdırma işlərinə 2019-cu ilin 1 dekabr tarixindən sonra başlamış vergi ödəyicisi həmin tikinti-quraşdırma işləri üzrə seçdiyi vergitutma metodu barədə məlumat formasını 2020-ci il 1 yanvar tarixinədək qeydiyyatda olduğu vergi orqanına təqdim etməlidir. Əks halda tikilən binalar üzrə yaranan vergi öhdəlikləri "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanunla müəyyən olunmuş qaydada, yəni ƏDV və mənfəət (gəlir) vergisi metodu ilə hesablanacaq.

Bu səbəbdən bina tikintisi fəaliyyəti ilə məşğul olan sahibkarlar tərəfindən 2019-cu ilin dekabr ayında tikinti quraşdırma işlərinə başladıqları binalara görə vergi metodu barədə (sadələşdirilmiş vergi və ya ƏDV və mənfəət vergisi) 1 yanvar tarixədək məlumat verilməsi əsas şərt kimi müəyyən olunur.

Son xəbərlər

Şəki Uşaq İncəsənət Məktəbinin direktorunda topdağıtmaz sərvət haradandır? – Adil Kərimlinin masasına

"İldə 5-6 dəfə bizim asfalt örtüyümüzü " təzələyirlər"."- Kürdəmir sakini İTTİHAM edir...

Xırdalan 9 saylı tam orta məktəbdə hansı qanunsuzluqlar hökm sürür və dövlət büdcəsi necə talan edilir? ARAŞDIRMA

Anar Qalayevin fəaliyyətini bir araşdıran olsa... - İTTİHAM VAR...

Özünü qanunlardan üstün sayması bir yana... - ÖZBAŞINALIQ!

Rövşən Məmmədov tanınmış jurnalisti təhqir edən əməkdaşını işdən qovdu — FOTO

Suraxanı İcra Hakimiyyətində qanvermə aksiyası - FOTO

Bu şəxslər 2500 manat cərimə ediləcək

Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO

ISW rusların bu il Ukraynada nə qədər ərazini ələ keçirdiyini açıqladı

Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək (VİDEO)

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı - 7 il cəza almışdı

"Oğlumu bu vətənə qurban verdim, amma 31 ildir kimsə qapımı tanımır" - Cəbrayıllı şəhid atasının gözünün yaşı qəzəbə dönüşdü // VİDEO + FOTO

Bu gün "Qarabağ" 11-ci dəfə çempion ola bilər

Gəncədə dəfn ilə bağlı qeyri-adi inanclar (VİDEO)

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Bütün xəbərlər