Gündəm
Gündəm
Türkiyədə Əbubəkr əl-Bağdadinin yaxın adamı tutulub
Türkiyənin Osmaniyyə vilayətində keçirilmiş əməliyyat nəticəsində İŞİD üzvü olan 6 nəfər tutulub.
Mumtv-ın "Hürriyyət” qəzetinə istinadən verdiyi xəbərə görə, tutulanların arasında terror aktları ilə bağlı tapşırıqları birbaşa İŞİD terror təşkilatının öldürülmüş lideri Əbubəkr əl-Bağdadidən alan Hüseyn əl-Həsən də var.
Terrorçular özlərini suriyalı qaçqın kimi təqdim edərək Türkiyədə yaşayıblar.
Əməliyyat zamanı terrorçulara məxsus mobil telefon, komputer və bir sıra sənədlər götürülüb