Gündəm

 
Saleh Məmmədov Prezidentin tapşırıqlarını hələ də icra etmir
 
Prezident İlham Əliyev oktyabrın 17-də Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) idarə heyətinin sədri Saleh Məmmədovu qəbul edərkən qəsəbədaxili, şəhərlərarası yolların çəkilişinə və kənd yollarının tikintisinə vəsait ayrıldığını diqqətə çatdırıb. O, bəzi yerlərdə hələ də torpaq yolların mövcud olmasını xatırladaraq tapşırıb ki, torpaq yollar olmamalı, qəsəbədaxili yollara asfalt vurulmalıdır.

Dövlət başçısının bu tapşırığı, qarşıya qoyduğu vəzifə sadəcə AAYDA rəhbərliyi üçün deyil, bütövlükdə müvafiq qurumlar üçün ciddi mesaj və xəbərdarlıqdır. Lakin təəssüflər olsun ki, Abşeron rayonunun Mehdiabad qəsəbəsinin timsalında bu tapşırıqdan, xəbərdarlıqdan ciddi nəticə çıxarıldığına şahid ola bilmirik.

Mehdiabad qəsəbəsinin mərkəzi yolu ilə Novxanı yolunu birləşdirən "Təzə yol”un bərbad vəziyyətini əks etdirən fotoları hələ avqust ayında sosial şəbəkədə paylaşanda bəzi dostlar icra hakimiyyəti başçısını müdafiə etməyə çalışır, həmin yolun plana salındığını, təmir olunacağını qeyd edirdilər. Bu hadisənin üstündən 5 aydan artıq vaxt keçməsinə baxmayaraq, hələ ki, o yolda heç bir iş görülməyib. Yenə də köhnə hamam, köhnə tasdır.

İndi isə Mehdiabad qəsəbəsi daxilindəki Bəxtiyar Vahabzadə, Cəfər Cabbarlı, Mirzə Fətəli Axundov, Səttar Bəhlulzadə, Cabir Novruz, Ceyhun İsmayılov, Sabir Muradov, Şahin Həsənov, Asif Ağakişiyev, N.Orduxanov, G.Mehrəliyev, Z.Həbibov küçələrinin, həmçinin "Günəş” Təhsil Mərkəzinin arxasındakı naməlum küçənin, Məscidin arxasındakı xeyir-şər evinin önündən keçən yolun "mənzərəsini” sizlərə təqdim edirəm. Bəzi küçələrin adını çox çətinliklə dəqiqləşdirmişəm. Çünki, heç bir yerdə həmin küçənin adı qeyd edilməyib. Bu reallıqları görmək üçün şənbə günü qəsəbə daxilində 20-30 dəqiqə vaxt sərf edib küçə-küçə gəzməyim kifayət etdi. Amma əlahəzrət icra başı və onun yerli nümayəndələri illərdir bu vəziyyəti "görə bilmirlər”.

Həmin o dınqılı məmurlar icra başçısının keçirdiyi görüşlərə də belə real vəziyyəti deyəcək sakinləri deyil, ütülü kostyumda, köynəkdə tərif deyənləri aparırlar ki, sağlıq söyləyib çəpik çalsın, daha həllini gözləyən problemlərlə əlahəzrətniçanı narahat etməsin. Özünüz baxın və qiymət verin...
Demokrat.az

Saleh Məmmədov Prezidentin tapşırıqlarını hələ də icra etmir
Saleh Məmmədov Prezidentin tapşırıqlarını hələ də icra etmir
Saleh Məmmədov Prezidentin tapşırıqlarını hələ də icra etmir
Saleh Məmmədov Prezidentin tapşırıqlarını hələ də icra etmir

Son xəbərlər

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - VİDEO

Bu gün milli təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramıdır

Bu gün ilk Qədr gecəsidir

Vətəndaşların nəzərinə: Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda Rusiya Kino Günləri keçiriləcək

Ermənistan bu kəndi Gürcüstana qaytarmağa hazırlaşır

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Fransa səfiri Kəlbəcərlə sərhəddə

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

Etirazçılar Pentaqon rəhbərinin evinin qarşısına peyin səpiblər

Orduda müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin NƏZƏRİNƏ

Paşinyan üçtərəfli görüş üçün Brüsselə gedəcək

Havadan atılan yardımlar faciəyə səbəb oldu - VİDEO

"Azərbaycan bu yoldan Naxçıvana birləşmək üçün istifadə edə bilər" - Paşinyan

Bütün xəbərlər