Gündəm

 Yenə ehsan qadağası mövzusu gündəmdə
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Hökumət məsələnin təbliğat və tövsiyə yolu ilə həllinə çalışacaq

Azərbaycanda yas mərasimlərində israfçılıq və dəbdəbəli ehsan süfrələrinin yığışdırılması uzun müddətdir ki, müzakirə olunur. Hətta zaman-zaman parlament nümayəndələri yas mərasimlərinin qanunla tənzimlənməsi ilə bağlı müzakirə aparırdılar.

Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov mətbuata açıqlamasında vurğulamışdı ki, Azərbaycanda yas mərasimlərində israfçılığın qarşısının alınmasının iki forması müəyyənləşdirilib: "Birinci forma odur ki, bunun qarşısının qanunla sərt şəkildə alınması, digəri isə təbliğat yolu ilə alınmasıdır . Hələlik bu məsələdə təbliğat yoluna üstünlük verilir. Təbliğatla bu məsələlərin getdikcə sadələşdirilməsi, bərabərləşdirilməsi nəzərdə tutulur. Zənginliyi və kasıblığına fərq qoyulmadan, tanınmış ictimai dövlət xadimləri və Milli Qəhrəmanları çıxmaq şərti ilə, yas mərasimləri eyni səviyyədə olmalıdır. Artıq respublikanın əksər rayonlarında bu məsələ öz həllini tapıb. Bakıda hazırda bu məsələlərin yoluna qoyulması ilə bağlı işlər gedir. Bəzi yerlərdə bu məsələ öz həllini tapıb, bəzi yerlərdə isə israfçılığa yol verilir. Biz də istəyirik ki, bunun qarşısı alınsın və vətəndaşlarımız bu məsələdə əziyyət çəkməsin”.

Qeyd edək ki, uzun müddət bu cür müzakirələr və inzibati tədbirlər aparılsa da, Azərbaycanın çox az bölgəsində effekt verdi. Bir çox yerlərdə hələ də ehsan süfrələrində yeməklər düzülür. Bu günlərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlama verərək deyib ki, çağırışlar tövsiyə xarakterlidir. Belə ki, Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurası yas mərasimlərində israfçılığın aradan qaldırılması ilə bağlı zamanında fətva verib və çağırış edib ki, yas mərasimlərində dəbdəbəli vəziyyət yaradılmasın, o cümlədən israfçılığa yol verilməsin.

M.Qurbanlı vurğulayıb ki, İslamda yas mərasimləri ilə bağlı mütəxəssislərin, imamlarımızın geniş açıqlamaları var: "Bir var adət-ənənələr, bir də var İslamdan irəli gələn vacib şərtlər. Əgər biz İslami dəyərlərə diqqət yetirsək, İslam dinindəki mərasim tamamilə başqa formada olmalıdır. Amma bizdə yas mərasimləri bəzən adət-ənənələrdən irəli gələn məsələlərlə bağlı özünü büruzə verir. Burada hər hansı bir qadağadan söhbət gedə bilməz, yalnız təbliğat, tövsiyələr yolu ilə həll edilə bilər”.

M.Qurbanlı bildirib ki, yas mərasimlərinə hansısa müdaxilədən söhbət gedə bilməz: "Bu məsələ təbliğat yolu ilə tədricən öz həllini tapacaq. İndiyə qədər verilən tövsiyələr kifayət qədər təsir göstərib, bir çox yerlərdə yas mərasimlərinin sadələşdirilməsi istiqamətində əhali özü razılığa gələrək bu addımı atıb. Bir çox kəndlərdə, rayonlarda ümumi razılıqla bu məsələləri həll ediblər”.

Məsələ ilə bağlı ilahiyyatçıların da fikirlərini öyrənməyə çalışdıq.

"Əjdərbəy” məscidinin axundu Hacı İlham Səlimov dedi ki, bu məsələ inzibati yolla həll oluna bilməz: "Ona görə ki, bu ixtiyari şəkildə həyata keçirilir. Bir insan istəyir ki, atasına ehsan versin. Düşünür ki, atam məni oxutdurub, zəhmətimi çəkib və onun müəyyən mal varlığı miras qalıb. Borca-xərcə düşmədən bunu edə bilər. Təbii ki, biz həm də maarifləndirmə işləri aparmalıyıq ki, borc edib ehsan vermək olmaz. Bankdan kredit götürərək, faizlə borc alaraq ehsan vermək olmaz. Ancaq bir şəxsin pulu varsa, valideynindən miras qalıbsa, onun ehsan verməsində qəbahət yoxdur. Şəxsən mənim anam mənə vəsiyyət etmişdi ki, yas mərasimimi yaxşı keçir, bu dünyada xoş bir gün görməmişəm. Mən də onun vəziyyətinə uyğun olaraq ehsan verdim. Burada vəsiyyətə və şəraitə uyğun addım atmaq lazımdır. İnzibati yollardan istifadə etmək olmaz və bunu Mübariz müəllim tam doğru olaraq qeyd edib”.

İlahiyyatçı vurğuladı ki, ehsan sözünün mənası yaxşılıq deməkdir, bu təkcə yeməkdən ibarət deyil: "Hər hansı yaxşılıq etmək, yol çəkdirmək, qocalar evinə yardım etmək, bir gənci evləndirmək, bir qızın cehizini almaq olar. İsrafçı ehsan süfrələri əvəzinə bu kimi əməllər daha yaxşı olar. Mən Bakı kəndlərini misal çəkə bilərəm ki, bizdə yas süfrəsində həmişə bir cür yemək olub. Son vaxtlar müəyyən yerlərdə buna əlavələr etdilər, çeşidlər çoxaldı. Biz din xadimləri də, Şeyx həzrətləri də dəfələrlə deyib ki, tövsiyə xarakterli məlumatlarla insanları məlumatlandırmaq lazımdır ki, onlar ehsanın nə olduğunu bilsin. Ehsanın mahiyyətini açıqladıqdan sonra bütün məsələlər öz əksini tapacaq. Hazırda Bakı kəndlərində imkanı olanlar ehsan verir, imkansızlar isə vermirlər. Bəzi imkansız və ac insanlar var ki, onlar ancaq ehsan süfrələrində isti xörək yeyə bilirlər. Ehsan 100 nəfər üçün deyil, onların arasında 1-2 nəfər üçündür. Bu durum hər kəskin başına gələ bilər. İsti yeməyə ehtiyacı olan insanlar var. Yas çadırları təkcə rəhmətə gedənlərin qohum tanışları üçün deyil, yoldan keçən, ac olan, rayondan gələn, isti yeməyə ehtiyacı olan hər bir insan dönüb çadırda bir qarın yemək yeyə bilər”.

"Əjdərbəy” məscidinin axundu onu da vurğuladı ki, hər bir rayonun öz adət-ənənəsi var: "Bəzi bölgələrdə ağsaqqallar yığılıb razılaşıb ki, ehsan süfrəsində yemək verilməsin və digərləri də ağsaqqalların tövsiyəsinə əmək edir. Ancaq Bakıda məsələ qəlizdir, çünki bütün rayonların insanları Bakıya axışır. Hər gün nə qədər insan bizim məscidə gəlir, ac olduğunu, yolda qaldığını, pulunun olmadığını deyir, kömək istəyir. Bu insanlar hər yerdə ola bilər. Ən azı yolda bir çadır görüb, gedib orada bir tikə çörək yeməsinin qəbahəti yoxdur. Bu mənim öz mövqeyimdir. Ancaq onu da tövsiyə edirik ki, vətəndaşlar borca girib, kredit götürüb ehsan verməsinlər. Bizim fikrimiz odur ki, imkanlılar ehsan versin, imkansızlar ondan faydalansın. Məntiq budur”.

Son xəbərlər

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Bütün xəbərlər