Gündəm

21 il öncə ölmüş Gürcüstan vətəndaşı Xızıda “xortlayıb” torpaq davasına başladı?... - QALMAQAL 
 

 
 
 
 

Moderator.az 22 noyabr 2017-ci il tarixdə Xızı rayonu, Altıağac qəsəbə sakini Həsənov Aslan Güllü oğlunun mülkiyyət hüquqlarının tapdanmasıyla bağlı Prezident İlham Əliyevə ünvanlanmış müraciətini təqdim etmişdi. Müraciətdə adı çəkilən vətəndaşın 1997-ci il oktyabrın 30-da Xızı rayon İH başçısının sərəncamı əsasında fərdi mənzil tikintisi məqsədi ilə JN-00023 kod 30602018 saylı şəhadətnaməyə əsasən 0.20 ha torpaq sahəsi almasından və 16 il sonra -2014-cü ildə gözlənilmədən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Vurğun küçəsi, ev 49/41, mənzil 1-də qeydiyyatda olduğu deyilən İradə Mobil qızı Sadıqovanın adından bir qrup şəxsin guya həmin 0,20 ha torpaq sahəsinin bir hissəsinin o qadına aid olduğunu iddia etməsindən bəhs edilirdi(Ətraflı bax: https://www.moderator.az/news/200211.html)

Müraciətdə bildirilib ki, həmin iddia əsasında Xızı rayonunda keçirilən məhkəmə heç bir əsas olmadan 11 noyabr 2014-cü il tarixdə guya vətəndaş A.Həsənovun zəbt etdiyi və guya iddiaçı İ.M.Sadıqovanın mülkiyyətində olan 12 ha torpaq sahəsindən çıxarılması barədə qərardad qəbul edib. Amma mövcud qanunlara və normativ hüquqi sənədlərə əsasən ilkin sənədi olmadan, Xızı rayonunda yaşamayan, və daimi qeydiyyatı olmayan İ.M.Sadıqovaya verilmiş pay torpağı haqqında şəhadətnamə hüquqi sənəd sayıla bilməz. Təəssüf ki, bu əsassız iddia ilə bağlı vətəndaş A.G.Həsənov neçə illər məhkəmələrdə süründürməçiliyə məruz qalıb və ona külli miqdarda maddi-mənəvi ziyan vurulub.

Bu günlərdə Moderator.az-a bir daha açıqlama verən vətəndaş Aslan Güllü oğlu Həsənov bəhs edilən məsələ haqda daha heyrətamiz və biabırçı faktların üzə çıxdığını bildirib.

Saytımızdakı müraciətdən sonra A.Həsənov əlində olan bütün sənəd, fakt və dəlilləri toplayaraq daha geniş şikayət məktubu ilə 1-ci Vitse-Prezident Mehriban Əliyavaya müraciət edib. Onun sözlərinə görə, növbəti müraciətdən az sonra hüquq-mühafizə orqanlarının araşdırmalarından bəlli olub ki, Xızıda torpağının guya zəbt edilməsi iddiasıyla dəfələrlə məhkəmələrə müraciət edən şəxs - İradə Mobil qızı Həsənova heç Azərbaycan vətəndaşı da olmayıb...

"İ.M. Həsənova 1998-ci il aprelin 5-də Gürcüstanın Marneuli rayonunda vəfat edib. Məzarının foto-şəkli də polislərin əlindədir. Yəni bu ad-soyadda şəxs Gürcüstan vətəndaşı olub. Amma 2001-ci ildə həmin ölü Gürcüstan vətəndaşı gözlənilmədən Azərbaycanda "xortlayıb” və ona guya Xızı rayonu Altıağac qəsəbə sakini olması haqda sənəd verilib. 2017-ci ildə isə "o” gedib polisə şikayət edib ki, Aslan Həsənov, yəni mən, guya "o”nun üstünə tüfəng çəkərək hədələmişəm. Məsələni araşdıran müstəntiq məndən soruşur ki, sən belə bir "adam” tanıyıb-görmüsən, deyirəm, yox. O, dəhşətə gəlir ki, "dünya dağılıb, 19 il əvvəl Gürcüstanda ölüb dəfn olunmuş adama sən indi necə silah çəkmisən?..”

Araşdırmalar zamanı o da müəyyən olunub ki, istər Abşeron, istərsə də Sabunçu rayonlarında göstərilən ünvanlarda İradə Mobil qızı Sadıqova adlı vətəndaş yaşamayıb.

Və bir sözlə, Azərbaycan Respublikasının bu məsələ ilə əlaqədar müxtəlif qurumları 20 ilə yaxın müddət ərzində saxta əsaslarla müxtəlif şəxsiyyət vəsiqələri, ekspert rəyləri, məhkəmə qərarları və s. tərtib edərək mənə həm mənəvi, həm fizioloji, həm də külli miqdarda maddii ziyan vurublar. Bu haqsız süründürməçiliklər sayəsində mən şəkər xəstəliyinə düçar olmuşam. Odur ki, bir daha ölkə Prezidenti cənab İlham Əliyevdən, 1-ci Vitse-prezident Mehriban xanım Əliyevadan xahiş edirəm ki, bəhs etdiyimiz məsələ bir daha dəqiqliklə araşdırılsın, günahkar, cinayətkar məmurlar müəyyən olunub haqlı və layiqli şəkildə cəzalandırılsın və mənə vurulmuş maddi və mənəvi ziyan ödənilsin”-deyə Xızı rayon sakini, vətəndaş A.G. Həsənov müraciətini tamamlayıb.

Məsələni nəzarətdə saxalayacağıq.

Qeyd. Materialda adı çəkilən və çəkilməyən sözügedən məsələ ilə əlaqədar şəxs və qurumların da mövqeyini dinləməyə hazırıq

Son xəbərlər

Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək (VİDEO)

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı - 7 il cəza almışdı

"Oğlumu bu vətənə qurban verdim, amma 31 ildir kimsə qapımı tanımır" - Cəbrayıllı şəhid atasının gözünün yaşı qəzəbə dönüşdü // VİDEO + FOTO

Bu gün "Qarabağ" 11-ci dəfə çempion ola bilər

Gəncədə dəfn ilə bağlı qeyri-adi inanclar (VİDEO)

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - VİDEO

Bu gün milli təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramıdır

Bu gün ilk Qədr gecəsidir

Vətəndaşların nəzərinə: Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda Rusiya Kino Günləri keçiriləcək

Ermənistan bu kəndi Gürcüstana qaytarmağa hazırlaşır

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Fransa səfiri Kəlbəcərlə sərhəddə

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

Bütün xəbərlər