Gündəm
Gündəm
Azərbaycan Prezidenti Vladimir Putinə başsağlığı verib
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı verib.
MUMTV.az xəbər verir ki, başsağlığı məktubunda deyilir: "Hörmətli Vladimir Vladimiroviç,
Zabaykalyedə yol-nəqliyyat hadisəsi nəticəsində çoxsaylı insan tələfatı haqqında xəbər məni dərindən kədərləndirdi.
Sizə, həlak olanların doğmalarına və yaxınlarına səmimi qəlbdən başsağlığı verir, zərərçəkənlərin hamısının tezliklə sağalmasını arzu edirəm"./ONA